GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Bakını İstanbula döndərməyin!”

“Bakını İstanbula döndərməyin!”

Tarix: 9-09-2016, 17:29 Bölmə :Siyasət Baxış: 703
“Bakını İstanbula döndərməyin!”

"İstanbula vurğunam. Ancaq bu dəfə İstanbulu görəndə göz yaşlarımı saxlaya bilmədim. Mən İstanbulu tanımadım. Hara baxsan, ərəbcə yazılar, danışıqlar, ərəb musiqisi... Dəhşət içərisindəyəm. Türk mədəniyyətinin paytaxtı olan qədim, möhtəşəm şəhər ərəb mədəniyyətinin altında itir”. Bu sözləri Korrespondent.Az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri
Novella Cəfəroğlu deyib.

Bir neçə gün öncə həmkarları Səidə Qocamanlı və Səadət Bənanyarlı ilə bərabər İstanbulda keçirilən beynəlxalq insan haqlarını konfransına qatılan Novella Cəfəroğlunun sözlərinə görə, yerli əhali də durumdan narazıdır:"Bütün dünyanı gəzmişəm, amma cəmi 3 şəhərin yeri mənimçün başqadır. Birincisi, İstanbul, ikinci Vyana, üçüncü isə Praqa. Mənə hər zaman elə gəlib ki, türkün zəfər ruhunu daşıyan əzəmətli İstanbul şəhər yox, canlı varlıqdır. Bu şəhərin hər bucağı tarixi elə canlandırır ki, bəzən zaman anlayışı itir, özünü eyni anda bir neçə əsrin canlı şahidi kimi hiss edirsən. Mən dünyanın başqa heç bir şəhərində bu hissi yaşamamışam. Düşünürəm ki, damarında türk qanı axan hər insan üçün İstanbul müqəddəs şəhərdir. Ona görə də onu belə miskin və basqı altında görmək mənim ürəyimi ağrıdır. Həm konfrans boyu, həm də sonrakı günlərdə yerli əhali ilə xeyli təmasımız oldu. Hər kəs İstanbulun sözün əsl mənasında yaşadığı ərəb basqınından narazıdır. Yerlilər deyir ki, ərəblər o qədər sərbəstdirlər ki, biz özümüzü şəhərimizdə qonaq hiss edirik”.

Ərəblərə qarşı heç bir xüsusi iddiası olmadığını vurğulayan Novella Cəfərolu deyir ki, Türkiyə hökumətinin Türkiyənin simvolu olan İstanbulla bağlı siyasətini bəyənmir:"Ərəb mədəniyyətinin Türkiyədə bu cür rahatlıqla ayaq açmasını təmin etmək türk düşmənçiliyidir. Bu siyasətin acısını Türkiyə yaşayacaq və bizim narahatlığımızın səbəbi budur. Xidmət sektoru artıq ərəbcəni ikinci dil kimi istifadə edir. Kafe-restoranlarda təkcə menyülər deyil, giriş lövhələri də ərəbcəyə keçib. Şəhərin mərkəzi səmtlərində belə bir xidmət obyektində o gözəl türk musiqisini eşitmək mümkün deyil – səsgücləndiricilərdən ətrafa yayılan ərəb musiqisidir. Biz ərəb mədəniyyətinə qarşı deyilik. Məsələ burasındadır ki, insan hansısa ölkəyə gedəndə oranın mədəniyyəti ilə tanışlıq üçün gedir. İnanmıram ki, bir alman, ya yapon, yaxud da bir macar turist bu gün İstanbulda gəzəndə özünü türk şəhərində hiss eləsin. Türkiyədə bəziləri bu siyasətin daha çox ərəb turist cəlb etmək üçün yürüdüldüyünü deyir. Bu iddiaları qəbul etmək mümkün deyil. İstanbul dünyanın ən böyük mədəniyyət paytaxtlarından, bütün dönəmlərində ən böyük turist axını yaşayan şəhərlərindəndir. Hər il Avropadan, Amerikadan, Uzaq Doğuya qədər dünyanın ən müxtəlif ölkələrindən milyonlarla turist gəlir İstanbula. Məgər, indiyə qədər yapon gələcək deyə, xidmət sektoru yaponca "danışırdı”? Dünyanın bir çox ölkələrində olduğu kimi beynəlxalq dil olaraq ingiliscədən istifadə edilirdi. Düşünmürəm ki, ərəb turistlər Türkiyə iqtisadiyyatına digər ölkələrin turistlərindən çox xeyir verir. Əksinə, ərəb axınından sonra Türkiyədə narahat bir ortam yaranıb, İstanbulda, Ankarada və digər şəhərlərdə terror aktları inkişaf etmiş ölkələrdən gələnlərin sayını azaldıb. Biz bu haqda konfrans iştirakçılarından da eşitdik. Onlar açıq şəkildə deyirdilər ki, artıq Türkiyəni turizm üçün o qədər də güvənli saymırlar”.

N.Cəfərolunu narahat edən daha bir məqam ərəblərin İstanbulda öz bayraq sevdalarını nümayiş etdirməsidir:"Ərəb dünyası ağır durumdadır. Milyonlarla insan yurdundan-yuvasından didərgin düşüb, onların bir qismi Türkiyəyə sığınıb. Sözsüz ki, bütün sivil dövlətlər həmin insanların torpaqlarında barış əldə edilməsi üçün çalışmalıdır. Ancaq bu o demək deyil ki, onlar sığınacaq aldıqları yerdə ev sahibliyinə iddialı olmalıdırlar. Türkiyədən başqa ərəb dünyasından qaçqınları qəbul edən heç bir ölkədə bunu görmək mümkün deyil. İstanbulun hansı səmtinə getsəz, ərəb ölkələrinin bayraqlarını görəcəksiniz. Qaçqın ərəblər işlətdikləri obyektlərə öz bayraqlarını asır. Bayraq dövlətin simvoludur, bir ölkənin bayrağının başqa bir ölkədə asılması qanunlarla tənzimlənir. Ancaq çox təəssüf, Türkiyə iqtidarı ərəb dünyasının bayraqlarının harada gəldi asılmasına heç məhəl də qoymur”.

İnsan haqları müdafiəçisi deyir ki, Azərbaycana ərəb axını başladığı üçün bu durumun yaxın illərdə Azərbaycanda da təkrarlanacağından rahatsızdır:"Konfrans iştirakçıları ilə bərabər Böyük Adaya gedirdik, elə gəmi yerindən tərpənmişdi, ərəb musiqisi səslənməyə başladı. Biz dərhal etirazımızı bildirdik və tələb etdik ki, türk musiqisi səsləndirilsin. Eyni tendensiya Bakıda da müşahidə olunmağa başlayıb - ərəbcə, ərəb musiqisi yavaş-yavaş bizdə də yayılmağa başlayır. Mən hökuməti bu məsələyə xüsusi həssaslıqla yanaşmağa çağırıram - bura Ərəbistan deyil, Bakını İstanbula döndərməyin. Əgər biz Bakıda, ya digər bölgələrdə ərəb ölkələrinin bayraqlarını, simvolikalarını, yazılarını görsək, həmin ərazinin icra hakimiyyəti orqanı qarşısında mitinq keçirib etirazımızı bildirəcəyik. Xidmət sektoru sahiblərini də qanunlara ciddi əməl etməyə çağırıram. Unutmasınlar ki, ərəblər turistdirlər və Bakıda onlara bizim mədəniyyətimiz təqdim olunmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Novella Cəfəroğlu ilə DSMF arasında məhkəmə davam edir

    Novella Cəfəroğlu ilə DSMF arasında məhkəmə davam ...

    19-04-2016, 01:13

  • 
  • İstanbulu partladan qadın (VİDEO)

    İstanbulu partladan qadın (VİDEO) ...

    7-01-2015, 10:56

  • 
  • İstanbul su altında qaldı

    İstanbul su altında qaldı ...

    13-09-2015, 13:48

  • 
  • İŞİD İstanbulu Parislə eyni vaxtda partladacaqmış...

    İŞİD İstanbulu Parislə eyni vaxtda ...

    16-11-2015, 12:21

  • 
  • Azərbaycan vətəndaşı İstanbulu ayağa qaldırdı - FOTO+VİDEO

    Azərbaycan vətəndaşı İstanbulu ayağa qaldırdı - ...

    25-02-2014, 22:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu