Göyçay rayonu Qızılağac kənd sakini Şirinova Tükəzban Salman qızı “Gündəm xəbər” qəzetinə şikayət məktubu ünvanlayıb. O da bir çox həmvətənlərimiz kimi yerli məmurlardan şikayətçidir. Gəlin, görək, şikayətçi nə yazır? O, nədən narazıdır?
Öncə qeyd edək ki, Tükəzban Çirinovanın 74 yaşı var. O, qeyd edir ki, daim dövlətin qanunlarını ali tutub, qanunlara əməl edib: “Azərbaycan Respublikasının Konstitusiyası istər qoca, istər cavan olsun, hər bir vətəndaş üçün müqəddəs sayılmalıdır. Ancaq Göyçay rayon İcra şöbəsinin rəisi İlqar Abdurrəhmanov Azərbaycan Respublikasının Konstitusiyasını öz şəxsi və maddi maraqlarına qurban verərərk cinayət əməlləri ilə məşğul olur. İşinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış icra məmuru dövlət idarəsini kolxoz bazarına döndərib”.
Tükəzban xanım bildirir ki, Göyçay rayon məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilib, torpağa mülkiyyət hüququna JN-002 KOD 40808018 saylı dövlət aktına əsasən onun və ailə üzvülərinin ümumi-birgə mülkiyyətinizdə olan 5,40 hektar pay torpaq sahəsinin 1.32 ha hissəsindən cavabdeh Mahmudov Gündüz Ağəli oğlunun çıxarılması və həmin torpaq sahəsinə daxil olmasına son qoyulması qət edilib: “Göyçay rayon məhkəməsinin həmin qətnaməsi qanunu qüvvəsini alıb icraya yönəlmiş, ancaq qeyd etdiyim kimi, dövlət idarəsini kolxoz bazarına döndərmiş Göyçay rayon icra şöbəsinin rəisi İlqar Abdurrəhmanov rüşvət alaraq həmin qətnaməni qəsdən icra etmir, müxtəlif bəhanələrlə saxtakarlıqlar etməyə çalışır. Həmin pay torpağını mərhum prezidentimiz Heydər Əliyevin imzası ilə bizim ailəyə veriblər. Cavabdeh Gündüz Mahmudov həyat yoldaşım öləndən sonra həmin qanunu torpağımızı zəbt edib üzərindəki ağacların meyvəsini hər il satıb küllü miqdarda qazanc əldə edir .Ortada qanunu qüvvəyə minib icraya yönəlmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, cavabdeh yenə də zəbt etdiyi bizə məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə edir ki, bunun bütün məsuliyyəti tam olaraq korrupsiyaya qurşanmış icra şöbəsinin rəisi İlqar Abdurrəhmanovun üzərinə düşür. Necə olur, təxminən bir ay öncə məhkəmə qətnaməsini icra etməyən Kəmaləxanım Əsgərova adlı müəllimə qadının barəsində inzibati həbs seçilməsi üçün əldən ayaqdan gedən İlqar Abdurrahmanov Göyçay rayon məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsini icra etmək istəmir. Hansı ki, həmin müəllimə buna görə 10 gün müdətinə inzibati həbs edildi. Çünki tələbkar Məzahir Fətaliyev adlı Ucar rayon sakini İlqar Abdurrahmanova rüşvət vermişdi”.
Şikayətçi yazır ki, İlqar Abdurrəhmanovun saxta əməlləri nəticəsində Konstitusiyanın müddəaları pozulmuş, qanunlarımız hörmətsiz olmuşdur: “Korrupsioner İlqar Abdurrahmanov vəzifəsini dövlət qanunları ilə yox, öz qaydaları ilə icra edir. Artıq bizim ailə korrupsioner məmur İlqar Abdurrahmanovun cinayət əməlləri barədə prezidentə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət edib. Ədliyyə Naziri cənab Fikrət Məmmədov 30 sentyabr 2016-cı il tarixdə Ağcabədi rayonunda vətəndaşların qəbulunu keçirəcək. Həmin gün məni ağbirçək ananı qəbul etməsi üçün cənab Fikrət Məmmədova artıq müraciət göndərmişəm və Ağcabədi rayonuna qəbula gedəcəyəm. Prezident İlham Əliyevdən, hörmətli Mehriban xanımdan , Ədliyyə Naziri Fikrət Məmmədovdan xahiş edirəm Ədliyyə Nazirliyinin üz qarası olan Göyçay rayon icra şöbəsinin korrupsioner rəisi İlqar Abdurrahmanovun barəsində ciddi tədbirlər görəsün. Bu adamın yeri zindandır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?