Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumatda bildirilir ki, Divan öz işinə sentyabrın 10-da vəfat edən Müsavat Partiyasının Qax rayon təşkilatının sədri Oruc Novruzovun xatirəsinin yad etməkla başlayıb.
İclasda görülən işlər və qərarların icrası barədə məlumat verilib.
İcra Aparatının rəhbəri Gülağa Aslanlı Müsavat Partiyasının 18 sentyabr 2016-cı il tarixinə təyin etdiyi mitinqə hazırlıqla baglı ümumi məlumat verib. 18 sentyabr mitinqə hazırlıq işləri geniş müzakirə edilib. Yekunda mitinqin kütləviliyinin təmin edilməsi üçün başqan müavinləri və Divan üzvlərinə yerli strukturlarla aparılan işlərin sürətləndirilməsi yönündə müəyyən edilmiş iş bölgüsü üzrə müvafiq tapşırıqlar verilib.
Divan, eyni zamanda kütləvi aksiyaların sentyabrın 18-dən sonra da davam etdirilməsi məsələsini geniş müzakirə edib. Referenduma çıxarılan məsələlərə etiraz edən ictimai-siyasi təşkilatların 24 sentyabr tarixində birgə mitinqinin keçirilməsini xalqın maraqlarının qorunması və ümumxalq etirazının təşkil edilməsi baxımından məqsədəuyğun sayıb.
15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsinin 98-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 11:00-da “Türk Şəhidliyi”nin ziyarət edilməsi barədə qərar qəbul edilib.
Divan ölkədə və dünyada baş verən İctimai-siyasi vəziyyəti müzakirə edib. İndiki ağır böhran şəraitində hakimiyyətin zəruri siyasi-iqtisadi islahatların aparılmasından inadkarlıqla imtina etməsinin xalqın maddi vəziyyətini dözülməz həddə qədər pisləşdirəcəyi, bütövlükdə ölkəni çökdürəcəyi bildirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?