Bu gün Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə toplantıda Mərkəzi Seçki Qərargahının işinin təşkili istiqamətində təkliflər səsləndirilib, qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Bundan başqa, yerlərdə seçki kampaniyasını təşkil edəcək şəxslərin siyahılarının dəqiqləşdirilməsinə dair tapşırıqlar verilib. Qeyd edək ki, iclas Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Mərkəzi Seçki Qərargahının rəhbəri Arif Hacılının sədrliyi ilə keçirilib.Müsavat Partiyasının Məclisi aprelin 6-də Arif Hacılının İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının rəhbəri təyin olunmasına dair qərar qəbul edib.
Sorğu
Yeni dizaynımız necədir?