“Allahın yardımı ilə ömrümün sonuna qədər əsgər olaraq qalacağam.”
İslaminSesi FarsNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Keşikçilər Korpusunun əfsanəvi briqada generalı Qasim Süleymani verdiyi bəyanatda deyib.
Son günlərdə bəzi xarici və Qərb KİV-lərində prezident seçkilərinə namizədliyini verəcəyi barədə iddalara münasibət bildirən Qasim Süleymani ömrünün sonuna qədər əsgər kimi qalacağını vurğulayıb.
O sözügedən məlumatları təfriqəsalan çıxışlar adlandırıb və iranlılardan istəyib ki bu kimi səslərə səs verməyib, ayıq olsunlar.
“Mən öz canımdan əziz olan millətimin, İslam Respublikasının və vilayətin əsgəriyəm, İnşallah ömrümün sonuna qədər də belə qalacağam.” deyə əfsanəvi general İranın prezidenti olacağı ilə bağlı aldadıcı, təfriqəsalan və hiyləgər çıxışlara qulaq asmamağa çağırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?