GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Sürətli iqtisadi inkişaf Azərbaycanı donor ölkəyə çevirib"

"Sürətli iqtisadi inkişaf Azərbaycanı donor ölkəyə çevirib"

Tarix: 18-09-2016, 11:49 Bölmə :Siyasət Baxış: 490
"Sürətli iqtisadi inkişaf Azərbaycanı donor ölkəyə çevirib"

"Biz son qlobal gərginliklər və siyasi böhranların daha çox inkişaf etməkdə olan ölkələrə zərbə vurmaqla, onların iqtisadi və sosial inkişafını ləngitdiyini və beləliklə, bu ölkələrdə insan inkişafı üzrə göstəriciləri aşağı saldığını yaxşı bilirik".

Milli.Az bildirir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 17-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında "İnkişaf naminə sülh, suverenlik və həmrəylik" devizi altında keçirilən 17-ci Sammitində çıxışında deyib.

Nazirin çıxışını təqıdim edirik:

"Prezident Nikolas Maduro,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar,

Mən bütün əvvəlki natiqlərin fikirlərinə şərik çıxaraq, Qoşulmama Hərəkatının yeni və əvvəlki sədrləri statusunda Venesuela Bolivar Respublikası və İran İslam Respublikasının Hərəkatın ədalətli məqsəd və prinsiplərinin inkişaf etdirilməsindəki səylərini yüksək qiymətləndirirəm.

Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynamışdır. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirmişdir.

Bizim Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilmişdir. Müstəmləkələrin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.

Lakin hələ də Hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində görüləcək işlər çoxdur.

Biz son qlobal gərginliklər və siyasi böhranların daha çox inkişaf etməkdə olan ölkələrə zərbə vurmaqla, onların iqtisadi və sosial inkişafını ləngitdiyini və beləliklə, bu ölkələrdə insan inkişafı üzrə göstəriciləri aşağı saldığını yaxşı bilirik.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. İki önəmli beynəlxalq nəqliyyat dəhlizinin - Şimal-Cənub və Şərq-Qərb - kəsişməsində yerləşən Azərbaycan Cənub-Cənub əməkdaşlığı da daxil olmaqla, siyasi müstəqillik və iqtisadi əməkdaşlıq vasitəsilə inkişafı hər zaman təşviq edir.

Son on il ərzində Azərbaycan dünya enerji bazarında və nəqliyyat infrastrukturu inkişafı layihələri üzrə önəmli aktorlardan birinə çevrilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının rəhbərliyi əhalinin rifahının artırılması, savadsızlıq və yoxsulluğun azaldılması, həmçinin Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətinə görə 2015 Cənub-Cənub mükafatına layiq görülmüşdür.

Sürətli iqtisadi inkişaf Azərbaycanı donor ölkəyə çevirmişdir. Xarici İşlər Nazirliyi yanında Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanda aparıcı qeyri-hökumət xeyriyyə təşkilatı olan Heydər Əliyev Fondu vasitəsilə mənim ölkəm Hərəkata üzv olan bir neçə ölkədə çoxlu sayda sosial, humanitar və inkişaf layihələrini dəstəkləmiş və həyata keçirmişdir.

Biz həmçinin xalqlar arasında inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmaya da xüsusi əhəmiyyət veririk. 25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etmişdir. Bundan başqa, biz 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Biz bütün bunların Qoşulmama Hərəkatı çərçivəsində və ondan kənarda mədəniyyətlər və dinlər arasında qarşılıqlı harmoniyanın təşviqinə davamlı xidmət edəcəyinə inanırıq.

Xanımlar və cənablar, təəssüf ki, zorakılıq və münaqişələr hələ də inkişaf və çiçəklənməyə mane olur. Artıq 20 ildən çoxdur ki, Ermənistan beynəlxalq hüququn fundamental norma və prinsiplərini davamlı şəkildə və açıq-aşkar pozur və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20%-ni işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirmiş, nəticədə nə Ermənistanda, nə də Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasətini pisləyən və Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnaməsi (822, 853, 874 və 884) hələ də icra edilməmişdir.

Beynəlxalq ictimaiyyətin birmənalı mövqeyi beynəlxalq sülhə qarşı bu cür dəhşətli təhlükələrin aradan qaldırılması baxımından oluqca önəmlidir. Bu xüsusda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı Yekun Sənəddə bir daha ifadə edilən əsaslı dəstəyə görə öz minnətdarlığını bildirir. Bu, üzv dövlətlərin Bandunq prinsiplərinə ciddi riayət etməsinin aşkar təzahürüdür və onların zorakılıq, işğal, etnik təmizləmə və qaçqın və məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulması hallarına qarşı qəti mövqeyini əks etdirir.

Hörmətli qonaqlar, mən bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və üç il sonra Hərəkata sədrlik edəcək dövlətimin adından burada çıxış etdiyim üçün qürur duyuram. 2019-cu ildə Bakıda keçiriləcək 19-cu Sammit rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Mən fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatına üzv olan bütün ölkələrin dövlət və hökumət başçılarına növbəti sammitdə iştirak etmək üçün səmimi dəvətimizi çatdırıram".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Yekun Əlcəzair Sənədi"ndə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bənd də var

    "Yekun Əlcəzair Sənədi"ndə ...

    30-05-2014, 09:16

  • 
  • Venesuela müxalifəti etirazlara çağırdı

    Venesuela müxalifəti etirazlara çağırdı ...

    18-05-2016, 19:10

  • 
  • Həsən Ruhani İlham Əliyevə zəng edib

    Həsən Ruhani İlham Əliyevə zəng edib ...

    5-07-2016, 12:49

  • 
  • Elmar Məmmədyarov: "Danışıqlar tamamlanıb"

    Elmar Məmmədyarov: "Danışıqlar ...

    23-07-2013, 15:16

  • 
  • Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib

    Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib ...

    10-02-2016, 18:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu