Bakı Şəhər Baş Polis İdarəsi "Müsavat"ın bu gün keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb.
İdarədən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də "Müsavat" partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?