GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)

"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)

Tarix: 5-04-2015, 20:10 Bölmə :Ölkə Baxış: 0
"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)

"Aprelin 5-də özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib".

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumatda deyilir.

Məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

BŞBPİ-dən o da bildirilib ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

* * *17:04

Aksiya bitəndən sonra polis radikallıq edən mitinq iştirakçısını həbs edib.

Virtualaz.org saytının reportyor qrupu xəbər verir ki, həbs olunan aksiya iştirakçısı polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq ölkə rəhbərliyinin ünvanına təhqiramiz şüarlar səsləndirməkdə davam etdiyi üçün saxlanılıb. Qeyd edək ki, mitinqin təşkilatçıları da bundan əvvəl aksiya iştirakçılarına müraciət edərək onları təxribatçı şüarlar səsləndirməməyə çağırmışdı.

* * *16:55

Milli Şuranın sədri Cəmil Həsənli çıxışında bir çox sosial-iqtisadi problemlərə toxundu, hökuməti tənqid etdi, onu islahatlara çağırdı.

C.Həsənli bildirdi ki, bu gün ölkədə kredit böhranı var: "Ölkədə kredit borcu olmayan vətəndaşların sayı çoxdur. Onlar krediti biznes qurmaq üçün yox, ailələrini dolandırmaq üçün götürüblər. Devalvasiyadan sonra isə krediti qaytarmağa vəsait tapmırlar".

C.Həsənli çıxışında hökuməti siyasi məhbusları azad etməyə də çağırdı.

Daha sonra o, növbəti aksiyaların olacağını da bəyan edib müxalifəti həmin mitinqlərdə iştirak etməyə çağırdı. Bununla da aksiya başa çatdı.

* * *16:30

Müxbirlərimiz xəbər verir ki, aksiya zamanı mitinq iştirakçıları razılaşmanı pozaraq fərqli şüarlar səsləndiriblər. Onlar iqtisadi tələblərlə çıxış etmək əvəzinə radikal siyasi xarakterli şüarlar və ölkə rəhbərliyinin ünvanına təhqirlər səsləndiriblər.

Buna görə də Bakı Şəhər Baş Polis İdarəsinin məsul şəxsləri mitinq təşkilatçılarına xəbərdarlıq edib.

Daha sonra söz Milli Şuranın sədri Cəmil Həsənliyə verilib. Hazırda C.Həsənli çıxış edir.

* * *16:10

Gültəkin Hacıbəylidən sonra çıxış edən Milli Şura üzvü Nurəddin Məmmədli ona ayrılmış vaxtı ümumi sözlərlə yola verməyə çalışdı.

Halbuki professor kimi təqdim edilən N.Məmmədlinin iqtisadi siyasətdən, ölkədəki iqtisadi vəziyyətdən danışacağı, konkret faktlar, çıxış yolları göstərəcəyi, təkliflər verəcəyi gözlənilirdi.

Daha sonra isə çıxış üçün söz Milli Şura üzvü Oqtay Güləliyevə verildi. O, çıxışında hökuməti siyasi məhbusları azad etməyə çağırdı.

* * *15:50

Mitinqin aparıcısı aksiya iştirakçılarına məlumat verərək dedi ki, ona verilən məlumata görə, aksiyanın keçirildiyi məkanın yaxınlığındakı çoxmərtəbəli binanın sakinləri etiraz əlaməti olaraq meydana guya kartof-soğan atıblar.

Daha sonra söz keçmiş deputat, bir vaxtlar iqtidarın alovlu tərəfdarlarından olmuş Gültəkin Hacıbəyliyə verildi. O, iddia etdi ki, verilən məlumatlara görə, aksiyaya gəlmək istəyənlər çox olub, amma onlar... gəlməyib.

G.Hacıbəyli də çıxışında neftin qiymətinin düşməyindən, sosial problemlərdən danışdı. Hökuməti təcili iqtisadi islahatlara başlamağa çağırdı.

G.Hacıbəyli dedi ki, hələ də gec deyil: "Azərbaycan hökuməti sosial-iqtisadi, hüquqi, siyasi islahatlara başlamalıdır. Müxalifət də meydanda olmalı və hökuməti bu islahatların həyata keçirilməsinə məcbur etməlidir. Hökumətdən ilk tələbimiz siyasi tələbdir. Siyasi məhbusları azad etmək lazımdır".

* * *15:36

Mitinqin aparıcısı olan AXCP fəalı Əbülfəz Qurbanlı çıxış üçün ilk sözü AXCP sədri Əli Kərimliyə verdi.

Ə.Kərimli hökumətin iqtisadi siyasətinni tənqid edərək bildirdi ki, manatın ucuzlaşması fonunda bir sıra sosial problemlərin daha çox qabardığını söylədi, hökuməti israfçılıq etməməyə çağırdı.

Ə.Kərimli sosial müdafiəyə ehtiyacı olan vətəndaşları düşünməyə çağırdı.

Mitinq iştirakçılarının bir neçə dəfə “İstefa” qışqırmasından vəcdə gələn AXCP sədri daha sonra açıq-aşkar populizmə yuvarlandı və ciddi səhv buraxdı: “Ölkədə sosial problemləri olan insanlar olduğu halda Madridin “Atletiko” klubuna sərmayə qoymaq lazım idimi?”

Amma Ə.Kərimli bir məqamı vurğulamağı unutdu (yaxud da bu, ona sərf etmədi) ki, “Atletiko”ya sərmayəni Azərbaycan hökuməti yox, azərbaycanlı iş adamı Hafiz Məmmədov qoyub. Digər tərəfdən, Çempionlar Liqasında oynayan “Atletiko”ya qoyulmuş sərmayə Azərbaycanın azı 2 milyardlıq auditoriyada effektiv reklamı deməkdir. Halbuki müxalifət özü də hökuməti bir vaxtlar Azərbaycanı xaricdə yetərincə təbliğ etməməkdə ittiham edirdi.

* * *15:21

Virtualaz.org saytının hazırda aksiya məkanında olan müxbirləri xəbər verir ki, saat 15:00-da başlaması nəzərdə tutulan mitinqi hələ başlamayıb.

Təyin olunan vaxtdan 15-20 dəqiqə keçsə də meydana çox az adam toplaşıb. Bununla belə adamlar aksiyaya gəlməkdə davam edir. Polis onların stadiona girişinə heç bir maneə törətmir. Aksiyaya gələnlər meydana xüsusi turniketlərdən keçməklə daxil olur. Onların üstü metalaxtaran cihazla yoxlanır. Heç bir insident qeydə alınmayıb.

Mitinqin təşkilatçıları iştirakçılara müraciət edərək onları qapının ağzında dayanmamağa və meydana toplaşmağa dəvət edir. Mitinq hələ də açıq elan edilməyib.

* * *14:49

Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda - "Məhsul" stadionunda mitinq təyin edib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın bu aksiyanı keçirməsinə razılıq verib. Müxalifət fəalları bu aksiya zamanı da ölkədə bahalaşmaya etirazlarını bildirirməyə hazırlaşırlar.

Milli Şura manatın ucuzlaşmasına etiraz olaraq martın 15-də də Bakıda etiraz aksiyası keçirmişdi. O zaman təşkilatçılar aksiyaya 10 min nəfərin qatıldığını iddia etsələr də müstəqil ekspertlər və BŞBPİ mitinqdə 1000 nəfərin iştirak etdiyini bildirmişdi.

Virtualaz.org saytının müxbirləri hazırda "Məhsul" stadionundadır. Aksiyadan reportajı təqdim edəcəyik.

Virtualaz.org-un reportyor qrupu

"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)
"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)
"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)
"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)
"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)
"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)
"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)
"Qorotdel"dən mitinq açıqlaması: "500 nəfər idilər..." - (Yenilənib 8, Fotolar)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Polis: Milli Şura və digər qüvvələrin mitinqində 1000 nəfərədək insan iştirak edib - YENİLƏNİB

    Polis: Milli Şura və digər qüvvələrin mitinqində ...

    14-04-2018, 20:42

  • 
  • Baş Polis İdarəsindən mitinq AÇIQLAMASI

    Baş Polis İdarəsindən mitinq AÇIQLAMASI ...

    18-09-2016, 19:06

  • 
  • Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib — FOTO / YENİLƏNİB (VİDEO)

    Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib — ...

    31-03-2018, 17:54

  • 
  • "Mitinqdə ictimai asayiş kobud şəkildə pozulmayıb" - Bakı polisindən açıqlama

    "Mitinqdə ictimai asayiş kobud şəkildə ...

    29-09-2018, 19:19

  • 
  • Müxalifət aprelin 14-də mitinq keçirəcək

    Müxalifət aprelin 14-də mitinq keçirəcək ...

    12-04-2018, 12:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (326)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu