GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

Tarix: 23-09-2016, 01:38 Bölmə :Siyasət Baxış: 573
İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

Xəbər verdiyimiz kimi dünən sentyabrın 21-də İrəvanda “İsgəndər-M” operativ-taktiki raketlərinin də nümayiş olunduğu hərbi paraddan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Müdafiə Nazirliyindən yayılmış qısa rəsmi məlumatda deyilir ki, müşavirə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında keçirilib. Müşavirədə “regionda yaranmış hərbi-siyasi vəziyyət” təhlil edilib.

Virtualaz.org qeyd edir ki, nazirliyin kifayət qədər diplomatik dildə yazılmış bu rəsmi bəyanatında yer alan “regionda yaranmış hərbi-siyasi vəziyyət” ifadəsi heç şübhəsiz ki, Rusiyanın Ermənistana “İsgəndər-M” raketlərini ötürməsi, yaxud hələ 3 il əvvəl bu ölkədə yerləşdirilmiş raketlərin indi Ermənistan ordusunun kamuflyajında rəngələnərək nümayiş etdirilməsi ilə bağlı yaranmış vəziyyəti nəzərdə tutur. Bəli, hərbi deyil, məhz hərbi-siyasi vəziyyət. Çünki Rusiyanın bu raketləri Ermənistana ötürməsi təkcə hərbi məsələ deyil, eyni zamanda regionda yeni siyasi situasiya da yaradır və Azərbaycan bu situasiyaya uyğun olaraq çevik şəkildə öz addımlarını müəyyən etməlidir.

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

Bəs prezidentin göstərişi ilə təcili xidməti müşavirəyə toplaşan müdafiə naziri Zakir Həsənov və ordunun generalları hansı sonrakı addımları müəyyən ediblər? Ermənistanın “İsgəndər”ləri İrəvan küçələrinə çıxarıb bu raketlərin Dağlıq Qarabağın müdafiəsinə xidmət edəcəyini təntənə ilə elan etməsinə qarşı Azərbaycanın hərbi planda görə biləcəyi tədbirlər nədən ibarət ola bilər?

Şübhəsiz ki, Müdafiə Nazirliyi bu kimi suallara detallı cavabları öz bəyanatında əks etdirməyib, əks etdirə bilməz. Lakin bəyanatda yenə də diplomatik dillə ifadə olunmuş bir neçə cümlənin arxasında hansı tədbirlərin dayana biləcəyinə dair bəzi təxminlər irəli sürmək olar.

Bəyanata əsasən müşavirədə “əsas istiqamətlər” üzrə kəşfiyyatın “bütün növlərinin” gücləndirilməsi, düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhvetmə ardıcıllığının müəyyən edilməsi xüsusi diqqət mərkəzində olub.

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

Diqqət yetirmək gərəkdir ki, bu cümlədə işğal altındakı Azərbaycan ərazilərində deyil, məhz düşmən ərazisindəki, yəni Ermənistandakı yeni hədəflərdən və bu hədəflərin koordinatlarını müəyyənləşdirmək üçün kəşfiyyatın dərinləşdirilməsindən söhbət gedir. Bu yeni hədəflər nədən ibarət ola bilər? Təxmin etmək çətin deyil ki, Ermənistan ərazisindəki strateji və hərbi obyektlər, o cümlədən “İsgəndər” raketlərinin dislokasiya bazası bundan sonra Azərbaycan ordusunun raket qüvvələrinin hədəfində olacaq.

Dünya hərb praktikasından məlumdur ki, raket təhlükəsini neytrallaşdırmağın ən effektiv metodu həmin raketləri start meydançasında, yaxud dislokasiya olunduğu bazada məhv edə bilməkdir. Məsələn, İsrail İranın ballistik raket hədələrinə qarşı məhz bu metod üzrə hazırlıqlar aparıb. İsrail hərbçiləri əvvəllər dəfələrlə deyiblər ki, əgər İran ballistik raketləri start meydançasına çıxarsa onlara birinci zərbə elə orada endiriləcək. Bu zərbədən yayınıb havaya qalxmağa imkan tapan raketlərə qarşı isə İsrailin güclü raketdən müdafiə sistemi döyüşə girməliydi.

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

Deməli, Azərbaycan ordusunun da mümkün cavab tədbirlərindən biri məhz “İsgəndər” raketlərini startdan əvvəl dislokasiya yerində məhv edə bilmək imkanları olmalıdır və bu, tamamilə məntiqli görünür.

Müşavirədə habelə müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki (!) strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaq üçün müvafiq əmrlər verib. Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.

Nazirin bu əmri o deməkdir ki, bundan sonra nəinki Qarabağdakı erməni qüvvələrinin baza və obyektləri, eləcə də bütün Ermənistan ərazisindəki strateji və hərbi təyinatlı obyektlər Azərbaycan kəşfiyyatının diqqət mərkəzində olacaq, raketlər bu obyektlərə tuşlanacaq.

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

Bəs Azərbaycan ordusunun imkanları Ermənistanın bütün ərazisində strateji və hərbi təyinatlı hədəfləri məhv etməyə imkan verirmi? Birmənalı olaraq, hə!

Birincisi, Naxçıvan istiqamətindən Azərbaycanın hədəfi yüksək dəqiqliklə vuran raketlərinin və reaktiv yaylım atəşi sistemlərinin İrəvanı və ətrafını vurmağa imkan verdiyi məlumdur. Ermənilər özləri də təsdiq ediblər ki, Azərbaycan Naxçıvanda İrəvanı vura biləcək silahlar yerləşdirib. Əgər Ermənistan “İsgəndər” raketlərini Bakının neft-qaz infrastrukturuna və digər strateji obyektlərə tuşlayacaqsa o zaman Azərbaycanın öz raketlərini İrəvana, o cümlədən Metsamor AES-ə tuşlamasına nə mane ola bilərdi?

Digər tərəfdən Azərbaycan ordusu təkcə Naxçıvan istiqamətindən deyil, cəbhənin digər istiqamətlərindən də Ermənistan ərazisinin dərinliklərindəki obyektləri hədəf ala bilər. Ordumuz İsraildən alınan, 150 km radiuslu “Extra Lynx” raket sistemlərinə, Türkiyədən alınan eyni mənzilli “Kasırga” reaktiv sistemlərinə və digər yüksək dəqiqlikli raket-artilleriya sistemlərinə malikdir.

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

Nəhayət Azərbaycanın raket qoşunları öz arsenalını 500 kilometrə qədər radiuslu, yüksək dəqiqlikli ballistik raketlərlə genişləndirməyə hazırlaşır. Və belə raketlər imkan verəcək ki, Ermənistanın istənilən nöqtəsi elə Bakıdan uzağa getmədən hədəfə alınsın.

İndiyə qədər Azərbaycan bəyan edirdi ki, onun hərbi strategiyası müstəsna olaraq işğal edilmiş ərazilərin azad edilməsi üçün döyüş əməliyyatlarının aparılması üzərində qurulub. Lakin indi MN-nin bəyanatında deyildiyi kimi, regionda yeni hərbi-siyasi situasiya yaranıb. Ermənistan “İsgəndər” raketləri ilə təchiz olunub və bu raketləri öz ərazisindən Azərbaycana tuşlayıb. Deməli, Azərbaycan hərbi komandanlığı da indiyə qədər masa üzərində olan əməliyyat planlarında dəyişiklik edib mümkün hərbi əməliyyatlar teatrını Ermənistanın bütün ərazisini hesaba almaqla genişləndirməlidir. Bunun siyasi məsuliyyəti isə Ermənistana “İsgəndər” raketlərini verənlərin üzərinə düşür.

Fərhad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

    Rusiya Ermənistana "İsgəndər-M" ...

    19-09-2016, 12:10

  • 
  • Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv olundu

    Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv ...

    16-01-2014, 16:04

  • 
  • Rus general: “İsgəndər” raketləri Avropaya yerləşdirildi

    Rus general: “İsgəndər” raketləri Avropaya ...

    17-12-2014, 00:13

  • 
  • Rus “İsgəndər”ləri Avropanı və Azərbaycanı təhdid edir (Video)

    Rus “İsgəndər”ləri Avropanı və Azərbaycanı təhdid ...

    16-12-2013, 01:35

  • 
  • Ehtiyatda olan 10 min nəfər hərbi təlimlərə çağırıldı - (Fotolar)

    Ehtiyatda olan 10 min nəfər hərbi təlimlərə ...

    16-09-2014, 10:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu