GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

Tarix: 19-09-2016, 12:10 Bölmə :Dünya Baxış: 876
Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

Ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqləri olub. Bu məşqlərdə Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən "İsgəndər-M" operativ-taktiki raketləri nümayiş etdirilib. İrəvan küçələrindən üzəri maskalanmış azı 3 belə raket kompleksinin keçdiyi görünüb. Lakin Ermənistan Müdafiə Nazirliyi məsələyə dair şərh verməyib.

gundemxeber.az virtualaz.org-a istinadən bildirir ki, Rusiyanın "Vedemosti" həftəliyi də Ermənistan Müdafiə Nazirliyindən şərh ala bilməyib. Rusiyanın silah ixracı ilə məşğul olan "Rosoboroneksport" dövlət korporasiyasının da telefonları cavab verməyib.

Lakin korporasiyanın iki meneceri anonimlik şərti ilə təsdiq edib ki, Ermənistana bir diviziyon "İsgəndər-M" raket komleksləri verilib. Mənbələr deyib ki, "Rosoboroneksport"un bu sövdələşməyə aidiyyəti yoxdur. Çünki raketlər KTMT çərçivəsində silah təchizatı razılaşması əsasında verilib. Bir diviziyonda dörd "İsgəndər-M" raket kompleksi var. Hər kompleks iki raket daşıyır.

Xatırladaq ki, Rusiya Ermənistana 200 milyon dollar güzəştli silah krediti verib. Həmin kredit əsasında alınacaq silahların siyahısında "İsgəndər-M" raketləri yer almırdı. "Rosoboroneskport"un meneceri deyib ki, raketlərin verilməsinə dair müqavilə həmin kreditdən vəsaitlər cəlb edilmədən həyata keçirilib. Xəbər verildiyi kimi Ermənistan 200 milyon dollarlıq kredit hesabına Rusiyadan "Smerç" reaktiv yaylım atəşi sistemləri və "Solntsepyok" TOS-1A ağır odsaçan sistemləri almalıdır.

"Vedemosti" qeyd edir ki, bu vaxta qədər "İsgəndər" raketləri heç bir ölkədə ixrac edilməmişdi. Bu raketlərin ixrac variantı 280 kilometr uçuş radiusuna malikdir. KTMT üzvü olan ölkələrdən birinin Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, Azərbaycan Rusiya, Ukrayna və İsraildən uzaqvuran reaktiv yaylım atəşi sistemləri alandan sonra Ermənistanda bu silahların yaşayış məntəqələrinə zərbələr üçün istifadə ediləcəyinə dair qorxu yarandı. Mənbə xatırladıb ki, aprel döyüşləri zamanı müdafiə naziri Zakir Həsənov Xankəndinə dağıdıcı zərbələr barədə xəbərdarlıq edib. Mənbə bildirib ki, bu baxımdan "İsgəndər" raketləri Azərbaycanın belə planlarının reallaşması baxımından ciddi çəkindirici amil ola bilər.

Lakin virtualaz.org qeyd edir ki, Azərbaycanın əlində Ermənistanın "İsgəndər" raketlərini neytrallaşdıracaq vasitələr var. O cümlədən Azərbaycan ordusu Naxçıvan istiqamətindən uzaqvuran raket komplekslərini İrəvana və Metsamor AES-ə tuşlamaqla Ermənistanın mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı "İsgəndər" raketlərini işə salmasını istisna edə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus “İsgəndər”ləri Avropanı və Azərbaycanı təhdid edir (Video)

    Rus “İsgəndər”ləri Avropanı və Azərbaycanı təhdid ...

    16-12-2013, 01:35

  • 
  • Ermənistan Rusiyadan silah almağa başladığını təsdiqlədi

    Ermənistan Rusiyadan silah almağa başladığını ...

    4-05-2016, 11:28

  • 
  • Vəziyyət gərginləşsə Rusiya Ermənistana “İsgəndər-M” göndərəcək, İran hava sahəsini açacaq

    Vəziyyət gərginləşsə Rusiya Ermənistana ...

    18-06-2016, 17:24

  • 
  • Rus general: “İsgəndər” raketləri Avropaya yerləşdirildi

    Rus general: “İsgəndər” raketləri Avropaya ...

    17-12-2014, 00:13

  • 
  • General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

    General Zahid Hüseynovun raket bəyanatı Rusiyada ...

    26-05-2016, 16:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu