Navid Həsən Naqvi Dünya Bankının Azərbaycanda nümayəndəliyinin yeni rəhbəri təyin edilib. O, Larisa Leşşenkonu əvəz edib.
O, indiyədək Bankın Avropa və Mərkəzi Asiya üzrə proqram meneceri olub.
Ehtimal ki, onun Bakıya gəlişi oktyabrın əvvəli və ya ortalarında olacaq. DB nizamnaməsinə görə, bankın təmsilçiləri ölkələrdə 3 il işləyir, sonra ezamiyyət 1 il uzadıla bilər.
Larisa Leşşenkonun Bakıda ezamiyyəti uzadılmış, sələfləri isə 3 il işləmişdi.
1992-ci ildən 1 sentyabr 2016-cı ilə kimi Azərbaycan DB-dan 70 layihə üçün $3,99 mlrd alıb. Bunun $2,9 mlrd-ı (72,56%) mənimsənilib.
Bundan başqa, hökumət Db-dan 45 qrant üzrə $41 mln 586 min vəsait alıb. --17D—
Sorğu
Yeni dizaynımız necədir?