Almaniyadakı vətəndaşlarımızın 25 faizindən çoxu səs verib.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsində seçki fəallığı yerli vaxtla saat 16:00-da 25 faizdən çox təşkil edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, məntəqədə Almaniyada daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan bütün zəruri hazırlıq işləri görülüb, səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?