GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Gəray Gəraybəylinin təşviş doğuran “kadr islahatları”

Gəray Gəraybəylinin təşviş doğuran “kadr islahatları”

Tarix: 29-09-2016, 16:07 Bölmə :Siyasət Baxış: 1 058
Gəray Gəraybəylinin təşviş doğuran “kadr islahatları”

Bu ad altında Azərbaycan Tibb Universitetinin yeni rektoru öz qohum-əqrabalarını aparıcı vəzifələrə yerləşdirir

Bir neçə gün bundan öncə qəzetimizin səhifələrində dərc etdiyimiz yazılardan birində Azərbaycan Tibb Universitetinin (ATU) fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs olunmuşdu. Həmin yazıda diqqət mərkəzinə çəkdiyimiz əsas fikir bundan ibarət idi ki, universitetə yeni rektor təyin olunmuş Gəray Gəraybəylinin iş üsulları artıq indidən kollektiv tərəfindən kəskin tənqidə məruz qoyulur. Bu barədə redaksiyamıza təqdim olunan açıqlamalarda bildirilir. Həmçinin məqalədə biz qeyd etmişdik ki, aldığımız məlumatlarda ilk növbədə Gəray Gəraybəylinin həyata keçirdiyi kadr islahatları ciddi iradlara yol açmışdır. Bu barədə açıqlamalardan birində deyilirdi ki, yeni tektor Tibb Universitetinə gəldiyi ilk gündən “islahatçı kadr” imicini qazanmağa səy göstərsə də, cəhdləri uğursuz alınmaqdadır. Universitetin həm professor-müəllim heyəti, həm də tələbələr yeni rektor tərəfindən aparılan “islahatlara” etiraz edərək yuxarı instansiyaların baş verənlərə müdaxilə etməsini israrla tələb edirlər.

Dünən redaksiyamıza daxil olmuş növbəti məlumatlarda da ATU-nun yeni rektoru Gəray Gəraybəylinin, rəhbərliyinə gəldiyi bu ali tibb təhsili müəssisəsində törətdiyi özbaşınalıqlardan bəhs olunur. Bu barədə açıqlama verən mənbənin sözlərinə görə, yeni rektor kadr islahatları bəhanəsilə öz qohum-əqrəbalarına vəzifə paylamaqla məşğuldur. Eyni zamanda da mənbə bildirir ki, bu “islahatlar” nəticəsində vəzifəyə gətirilən yeni kadrların səriştəsizliyi, peşəkar olmamaları, bir sözlə, tutduqları vəzifələrə uyğunsuzluqları universitetin bütün kollektivini hiddətləndirir və narahat edir.

Yeni rektorun maliyyə- təsərrüfat kadrları...

İlk növbədə aldığımız açıqlamada yeni rektorun yeznəsi Əlizadə Elçin Telman oğlunun və Mehrabov İlqar Abdulla oğlunun adları çəkilir. Bildirilir ki, bu şəxslərdən birincisi təsərrüfat işləri üzrə mühəndis vəzifəsinə, digəri isə, baş mühasibi postuna təyin olunublar. Mənbənin təqdim etdiyi məlumatda bu barədə deyilir: “Çoxlarına təsərrüfat işləri üzrə mühəndis vəzifəsi kiçik görünsə də, əslində bu təyinatın altında böyük pullar “yatır”. Uzun illər maliyyə sahəsində çalışan, DSMF strukturlarında, “Texnika Bank”ın müştəri xidmətləri şöbəsinin müdiri vəzifəsində, nəhayət “Azər-Sənaye Tikinti Dəmir Beton” şirkətində mühasib işləyən Elçin Əlizadə, yeni vəzifəsində işinin “ağırlığını” nəzərə alaraq özünə yaxın olan daha 2 nəfəri də yanında yerləşdirməyə macal tapıb. Məqsəd gün kimi aydındır. Əl-ələ verərək ciddi maliyyə piramidası qurmaq və büdcədən ayrılan vəsaitləri öz ciblərinə yönəltmək. Yeni rektora yaxınlığı ilə seçilən Mehrabov İlqar Abdulla oğlu da Tibb Universitetinin baş mühasibi postuna təsadüfən gətirilməyib. 1971-ci il təvəllüdlü baş mühasib vergi orqanlarından tutmuş, DSMF strukturlarına qədər uzun yol keçərək, DSMF-nin Qaradağ rayon şöbəsinin “gəlirlər” sektorunun müdiri vəzifəsində son iş yeri kimi çalışarkən, ağlına belə gətirə bilməzdi ki, yaxın münasibətdə olduğu Gəray Gəraybəyli onu ATU-ya baş mühasib vəzifəsinə gətirə bilər. Rektor tərəfindən verilən təklifi anındaca dəyərləndirən İlqar Mehrabov baş mühasib vəzifəsini məmnuniyyətlə qəbul edir. Uzun illik “təcrübəsinə” əsaslanan baş mühasib təyanatının ilk günlərindən özünü “göstərməyə” başlayıb. Nəzərə alsaq ki, ATU-nun gündəlik və aylıq büdcəsi kifayət qədər böyük rəqəmlərlə ölçülür, onda “qara mühasibatlıq” sahəsində təcrübəsi olan İlqar Mehrabovun bu vəzifəyə təyinatında hansı məqsədlərin güdüldüyütam aydın olar. Elçin Əlizadə və İlqar Mehrabov cütlüyünün səhiyyənin təşkilindən və müalicə proseslərindən heç bir anlayışı və təcrübələri olmamasına diqqət yetirsək, onda ATU-nun gələcək maliyyə durumuna indidən “fatihə” oxumaq lazım gələcək.”

Elmi potensialı şübhə doğuran prorektor...

Təbii ki, hər bir müəssisənin maliyyə və təsərrüfat strukturlarının fəaliyyəti son dərəcə vacib və bir çox hallarda həlledici məqamlar kimi qəbul olunmalıdır. Lakin ATU-nun hər halda elm və təhsil müəssisəsi olduğunu nəzərə alsaq, Gəray Gəraybəylinin bu sahəni əhatə edən vəzifələrə də səriştəsiz kadrları yerləşdirməsindən universitet kollektivinin heç də az narahat olmadığını anlamaq olar. Bu barədə mənbənin təqdim etdiyi açıqlamada deyilir: “ATU-da çalışan kadrların hiddətinə və təəccübünə səbəb olan hadisələrdən biri də 1992-ci ildə Moskva şəhərində tibb elmləri namizədi adını alan dosent Rauf Bəylərovun elmi işlər üzrə prorektor vəzifəsinə təyin olunmasıdır. Bu təyinatın anormallığı isə ondadır ki, Rauf Bəylərov 24 il ərzində 1 nəfər də olsun elmi kadr yetişdirməyib. ATU-da uzun illər sözün həqiqi mənasında can qoyan, çoxlu sayda peşəkar kadrlar hazırlayan tibb elmləri namizədləri və doktorlar ola-ola, elm sahəsində heç bir xidməti olmayan şəxs prorektor təyin olunur. Universitetdə vəzifə yerləri boş olduğu halda bu kadr potensialından istifadə olunmur və heç kimə elmi vəzifələr verilmir. Hətta akademik və professorlar layiq olduqları vəzifələrən kənarda saxlanılır. Buna necə ad vermək olar? Görəsən yeni rektor atdığı addımların məsuliyyətini dərk edirmi?”

Tədris klinikaları da “nəzarətə” götürülüb...

Redaksiyamıza təqdim olunan digər bir məlumatda isə, Azərbaycan Tibb Universitetinin tədris klinikalarında mənimsənilən milyonlardan və yeni rektorun bu mənimsəmələrə nəzarət etmək uğrunda göstərdiyi “çabalar”dan bəhs edilir. Məlumat üçün bildirək ki, bu gün ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Burada tələbələr və rezidentlər müxtəlif tibb sahələri üzrə nəzəri və praktiki təhsil alırlar. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarında cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib. Bunlardan Onkoloji klinika istisna olmaqla yerdə qalanları tam təsərrüfat hesabı ilə fəaliyyət göstərirlər.

Lakin redaksiyamıza təqdim olunan açıqlamalarda ölkə prezidentinin səhiyyə sektoruna büdcədən ayırdığı milyonlarla vəsaitin, əslində öz yerlərində olmayan kadrlar tərəfindən mənimsənildiyi iddia olunur: “Azərbaycan Tibb Universitetinin tədris klinikalarında bütün şəraitin dövlət tərəfindən yaradılmasına baxmayaraq, həmin klinikanın rəhbərləri ciddi qanun və maliyyə pozuntularına yol verməklə, həm vətəndaşları dövlətdən narazı salırlar, həm də dövlət vəsaitlərini dədə malı kimi ciblərinə yönəldirlər. Bunlardan ən çox gəlir gətirən Cərrahiyyə klinikasında baş verənlər isə, ümumiyyətlə insanı dəhşətə gətirir. Bu klinika ATU-nun yeni rektorunun xüsusi nəzarəti altında fəaliyyət göstərir. Çünki söhbət yüz minlərlə vəsaitdən gedir. Bununla kifayətlənməyən Gəray Gəraybəyli bütün klinikalarda olduğu kimi, burada da xüsusi nəzarətçilər qrupu yaradıb. Həmin nəzarətçilərin funksiyası ondan ibarətdir ki, klinikaya müraciət edən pasientləri xəzinəyə pul ödəməyə məcbur etsinlər. Xəzinədə işləyən qızlar isə, xırda pulun olmadığını bəhanə gətirərək pasientlərə ödəniləsi xırda pulları məharətlə ciblərinə qoyurlar. Nəzərə alsaq ki, bu klinikaya gün ərzində yüzlərlə vətəndaş müraciət edir, onda vəziyyətin nə yerdə olduğunu dərk etmək o qədər də çətin olmaz. Maraqlıdır ki, xəzinədə və qeydiyyatda işləyən xanımların əksəriyyətinin adları rəsmi şəkildə ştat cədvəlinə salınmayıb. Onlar qeyri-rəsmi çalışdıqlarına görə, maaşları nəğd pul şəklində özlərinə verilir. Cərrahiyyə və terapevtik klinikada həkim məsləhətinə görə xəzinəyə 50 azn ödənilir. Buna baxmayaraq, həkimlər pasientlərdən müalicə pulu adı altında müxtəlif məbləğlərdə “şirinlik” də alırlar. Bu klinikanın əvvəlki direktoru olmuş Nuru Bayramov respublikada cərrahiyyə üzrə tanınmış elmi və praktiki mütəxəssis olmasına baxmayaraq, yeni təyin olunmuş rektor Gəray Gəraybəyli tərəfindən göstərilən təzyiq altında “öz xahişi ilə” işdən azad oluması barədə ərizə yazmağa məcbur edilmişdir. Nuru Bayramovun cavan olmasına baxmayaraq akademik titulunu daşıması

da Gəray Gəraybəylini qətiyyən narahat etməyib. Bu gün isə, akademik Nuru Bayramov özəl klinikalarda iş fəaliyyətini davam elətdirir. Bu o deməkdir ki, ATU-da nəzəri və praktini təhsil alan tələbələr onların gələcəkdə peşəkar cərrah kimi yetişmələrində mühüm rol oynaya biləcək təcrübəli mütəxəssisi itiriblər. Bunun ağır nəticələrini isə təbii ki, gələcəkdə hamılıqla müşahidə edəcəyik. ATU-nun terapevtik klinikasının direktoru Surxay Musayev digər kolleqaları ilə eyni taleyi yaşamaq məcburiyyətində qalıb. Bu həmin Surxay Musayevdir ki, respublikada tanınmış həkim pediatr kimi məşhur olub, tədris terapevtik klinikanın bünövrəsi qoyulandan fəaliyyətə başladığı dövrə qədər böyük zəhmətlər çəkərək yüksək nailiyyətlər əldə edib və respublikada tam elektron fəaliyyət göstərən aparıcı klinikanın yaradılmasına nail olub. Təzyiq altında ərizəsi alınaraq işdən uzaqlaşdırılan professor Surxay Musayevin yerinə isə, heç bir rəhbər təcrübəsi olmayan xanım təyin edilib. Burada da pulların yığılması və onlara nəzarət digər klinikalardakı oxşar üzullarla həyata keçirilir”.

Yığılan pullar, saxta qəbzlər, büdcədən yayındırılan milyonlar...

Daha sonra məlumatda bildirilir ki, yuxarıda sadalanan neqativ hallar ATU-nun stomotoloji və onkoloji klinikalarında damüşahidə olunmaqdadır. İddia olunur ki, Stomotoloji klinikada ora müraciət edən pasientlərdən elə girişdəcə 2 AZN pul tələb olunur. Həkimlər isə, müalicə pulunu kabinetlərdə özləri alırlar. Onkoloji klinika da büdcədən maliyyələşdiyi halda, burada göstərilən tibbi xidmət, müayinə və müalicə prosedurları pul alınmadan həyata keçirilmir. Hətta ölümə məhkum olunmuş onkoloji xəstələrin mütəmadi qəbul etdiyi kimyəvi-terapiya tədbirləri də 500-600 AZN-ə başa gəlir. Həmçinin daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, bu gün Tibb Universitetinin fəaliyyətində aşkar müşahidə olunan bir çox faktlar ATU-nun rəhbərliyinin cinayət əməllərini ifşa etmək üçün hüquq-mühafizə orqanlarına geniş imkanlar açır. Öz ittihamlarını konkretləşdirən mənbə, universitetdə və klinikalarda maliyyə maxinasiyalarına zəmin yaradan saxta qəbz əməliyyatlarından bəhs etdiyini bildirir: “Xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı, mədaxil qəbzi əvəzinə printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir. Məhz həmin qeyri-rəsmi pulların hesabına ştat cədvəlində olmayan və qeyri-rəsmi çalışan işçilərin maaşları paket şəklində təqdim olunur. Yerdə qalan vəsait isə təbii ki, bu mexanimi düşünən “başların” cibinə axır”.

Gəraybəylini durdurun...

Bu və digər məlumatları redaksiyamıza təqdim edən mənbələr təbii ki, yeni rektor Gəray Gəraybəylinin qəzəbindən qorxduqlarını dilə gətirərək iş yerlərini itirmək istəmədiklərini bildirirlər. Onlar qocaman təhsil ocağı olan ATU-da qeyri-sağlam, qeyri-peşəkar qüvvələrin rəhbər vəzifələri ələ keçirməsindən narahat olduqlarını ürək ağrısıyla qeyd edirlər. KİV-lər vasitəsi ilə prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya, prezident aparatının rəsmisi Fatma xanım Abdullayevaya, Baş nazirin müavini Əli Əhmədova və Səhiyyə naziri Oktay Şirəliyevə müraciət edən şikayətçilər baş verənlərin nəzarətə götürülməsini xahiş edirlər: “Dövlətimizin səhiyyə sektoruna göstərdiyi diqqətin sayəsində günü-gündən inkişaf edən, tibb elmində xüsusi çəkisi və rolu olan milli kadrlarımıza qarşı aparılan “soyqırım” cinayətini həyata keçirməyə cəhd edən Gəray Gəraybəyli və onun komandasına dur deməyin vaxtı çoxdan çatıb. Baxmayaraq ki, Gəray Gəraybəyli bu vəzifəyə yeni təyin olunub, onun “islahatlat” adı altında həyata keçirdiyi tədbirlərin acı nəticələrini bir müddətdən sonra hamımız hiss edəcəyik”.

Materialda adı keçən bütün tərəflərin öz mövqeyini bildirmək hüququ var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qafqaz Universitetinə yeni rektor təyin olunub

    Qafqaz Universitetinə yeni rektor təyin olunub ...

    2-09-2016, 12:09

  • 
  • Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət mexanizmi

    Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət ...

    14-01-2015, 16:22

  • 
  • Əli Əhmədov: “Kadr islahatları olacaq”

    Əli Əhmədov: “Kadr islahatları olacaq” ...

    14-10-2013, 12:43

  • 
  • Zakir Həsənovla rektor arasında qalmaqal

    Zakir Həsənovla rektor arasında qalmaqal ...

    4-03-2014, 10:29

  • 
  • Tibb Universitetində korrupsiya halları

    Tibb Universitetində korrupsiya halları ...

    31-01-2014, 13:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu