GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tibb Universitetində korrupsiya halları

Tibb Universitetində korrupsiya halları

Tarix: 31-01-2014, 13:16 Bölmə :Ölkə Baxış: 1 061
Tibb Universitetində korrupsiya halları
Əhliman Əmiraslanov təhsil ocağını özününküləşdirib

Son vaxtlar Azərbaycan Tibb Universitetinin fəaliyyətində müşahidə olunan çeşidli korrupsiya haları yenidən mətbuatın gündəminə gətirilməkdədir. Bu ali təhsil müəssisəsində baş verən rüşvət yığımları, qeyri-qanuni tələbə transferləri, müəllim-professor heyətinə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları müxtəlif kütləvi informasiya vasitələrinə, o cümlədən redaksiyamıza ünvanlanan şikayət məktublarında da öz əksini tapır. İlk növbədə daxil olan məlumatlarda bildirilir ki, bir müddət əvvəl qəbul olunmuş yaş senzi birbaşa Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun müəyyən səbəblərdən “yaxa qurtarmaq” istədiyi müəllimlərə tətbiq olunur. Qeyd olunur ki, rektorun universitetdə tətbiq etdiyi qaydalara etiraz etməyənlər hətta 80-90 yaşında belə burada işləyə bilərlər. Narazılarla isə artıq əmək müqaviləsi bağlanmır. Mənbələr bildirirlər ki, Əhliman Əmiraslanov Tibb Universitetinə rektor təyin ediləndə, buna bir çox əməkdaşlar öz kəskin etirazlarını bildiriblər. Təyinatdan sonra isə universitetdə həmin əməkdaşlara qarşı əməlli-başlı kampaniyaya start verilib ki, bu təqiblər indi də davam etməkdədir.Daha sonra məlumatlarda qeyd olunur ki, rektorun tapşırığı ilə bütün kafedraların kollektivindən aylıq puı yığımları həyata keçirilir. Bu pulların məbləği isə işçilərin sayından asılı olaraq 3-5 min manat təşkil edir. Bildirilir ki, universitetdə bəzi müəllimlər 1 və ya 2 qrupa dərs deyirlər. Bu isə illik dərs yükünün 100 və 200 saatını təşkil edir. Lakin jurnalda illik dərs yükü kimi 500 saat doldurulur. Göstərilən artıq saatları həmin qruplarda ya loborantlar dərs deməklə ödəyir, yaxud da başqa müəllimlər öz qurpları ilə birləşdirərək dərs keçirlər. Həmin müəllimlər əmək haqlarını normal alsalar da, onun 60-80 faizini kafedra müdirlərinə verirlər.Məlumatlarda həmçinin Tibb Universitetində sessiya imtahanlarının keçirilməsinə dair də maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, imtahandan xeyli əvvəl kafedra müdirləri qrup nümayəndələri ilə danışıq aparırlar. Kafedra müdirləri tərəfindən pul müqabilində bütün “problemlərin həlli” birbaşa təklif olunur. Bu isə tələbələri arxayın edir. Buna görə də tələbələrin hazırlıq səviyyələri aşağı olur. İmtahanlar ərəfəsində isə o qədər yüksək məbləğ təyin olunur ki, bu da tələbələri pis vəziyyətdə qoyur.Məlumatlarda qabardılan problemlərdən biri də Əhliman Əmiraslanovun göstərişinə əsasən universitetdə yaradılmış kitab biznesidir. Bildirilir ki, bəzi kafedralarda praktik məşğələlər aparmaq üçün xüsusi kitablar çap olunur. Onların da qiyməti üst-üstə 100 manat edir. Kafedra müdiri qruplara gedərək həmin kitabları tələbələrə göstərərək, deyir ki, bu kitabların hamısını alıb oxumalısınız. Əks halda, imtahan zamanı qiymət ala bilməyəcəksiniz. Maraqlıdır ki, növbəti ildə yeni qəbul olunmuş tələbələrdə həmin kitablar varsa, onları oxumaq qadağan olunur və mütləq qaydada yenilərini almaq “tövsiyyə” edilir. Təbii ki, bunda dayeganə məqsəd pul toplamaqdır...Yəqin elə bütün bunların nəticəsidir ki, son illər Azərbaycanda olan imkanlı xəstələr müalicə və əməliyyat olunmaq üçün daha çox xarici ölkələrə üz tuturlar. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, elə bizim səhiyyə başbilənlərimiz özləri də, imkan düşdükdə xarici ölkələrdə tibb ocaqlarına sahib olmaqdan imtina etmirlər. Elə Əhliman müəllimin oğlu, Azər Əmiraslanov da Dubayda və Moskvada iki (bildiyimiz qədər iki) özəl klinikanın sahibidir. Həm də maraqlıdır ki, hər iki klinika fəaliyyət göstərdikləri şəhərlərdə məhz “Metropoliten” otellərinin yanında yerləşirlər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Həsənovla rektor arasında qalmaqal

    Zakir Həsənovla rektor arasında qalmaqal ...

    4-03-2014, 10:29

  • 
  • Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət mexanizmi

    Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət ...

    14-01-2015, 16:22

  • 
  • Tibb Universitetinin tələbələri aksiyaya hazırlaşır

    Tibb Universitetinin tələbələri aksiyaya ...

    11-11-2013, 17:16

  • 
  • Rektor hazırladıqları kadrların zəif olduğunu etiraf etdi

    Rektor hazırladıqları kadrların zəif olduğunu ...

    5-12-2013, 11:43

  • 
  • Ali məktəblərdə “jurnalistika”, “hüquqşünas”, “tibb” ixtisasları bərpa oluna bilər

    Ali məktəblərdə “jurnalistika”, “hüquqşünas”, ...

    23-09-2013, 12:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu