GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Akif Çovdarov kimləri şantaj edir?

Akif Çovdarov kimləri şantaj edir?

Tarix: 19-10-2016, 11:42 Bölmə :Siyasət Baxış: 969
Akif Çovdarov kimləri şantaj edir?

Həbsdən olan general mühüm açıqlamalar verməyə hazırlaşır

Məhkəmə qorxu içində, jurnalistlər prosesə buraxılmır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Akif Çovdarovun törətdiyi cinayətlərin əksəriyyəti hərbi cinayətlər olduğub üçün onun və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Məlumat üçün bildirək ki, Bakı Hərbi Məhkəməsində təhlükəsizlik tədbirləri güclü olmadığı üçün Akif Çovdarovun işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

Akif Çovdarov kimləri şantaj edir?

Buna səbəb isə bu məhkəmədə təhlükəsizlik tədbirlərinin güclü olmasıdır. Amma prosesə jurnalistlər buraxılmır. Bunu da belə əsaslandırırlar ki, Akif Çovdarovun cinayət işində dövlət əhəmiyyətli sirlər var.

Bu sirlərdən əsası birdə ondan ibarətdir ki, MTN-nin agentura şəbəkəsinə ayrılan pullar və şəbəkənin üzvlərinin ictimayyətə açıqlanmaması üçün nəzərdə tutulur.

Akif Çovdarova verilən ittihamlar arasında Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi də var. Bu maddə ona agentura şəbəkəsinə ayrılan pulların “yeyilməsi” ittihamı ilə əlaqədar verilib.

3 milyon manatlıq mənimsəmə

Söhbət 920 min manat, 455 min dollar və 790 min avro büdcə vəsaitinin mənimsənilməsindən gedir. İttihama görə, təkcə iki il ərzində, yəni 2013-2015-ci illərdə əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə, guya cəlb olunmuş, əslində isə mövcud olmayan adamlara mükafat verilməsi adı altında 3 milyon manatdan çox vəsait mənimsənilib.

Agentura pullarının mənimsənilməsində Akif Çovdarov və işçiləri ilə yanaşı, MTN-nin Monitorinq Mərkəzinin rəisi olmuş Teymur Quliyev, Əməliyyat-Texniki İdarəsinin keçmiş rəisi Natəvan Mürvətova da günahlandırılır.

Amma Akif Çovdarov bu ittiham üzrə özünü təqsirli bilmir. O, deyir ki, MTN-in Maliyyə İdarəsindən hər dəfə pul götürmək üçün əvvəlcə nazir Eldar Mahmudova raportla müraciət edib.

Razılıq alandan sonra tabeliyində olan işçilərə – Akif Əliyev, Səlim Məmmədov və Ramin Hüseynova pulu götürməyə vəkalətnamə verib. Elə həmin əməkdaşlar da pulu cəlb olunan adamlara veriblər.

Akif Çovdarovun dediyinə görə, vəsaitin götürülməsindən ötrü sənədlərdə yazılmış bütün əməliyyatlar keçirilib, pullar da ödənilib. Amma özü pul ödənilən, əməkdaşlığa cəlb olunmuş adamları tanımır: “Götürülmüş pulların təyinatı üzrə

xərclənməyib ələ keçirilməsi, MTN rəhbərliyinə verilməsi yalandır”.

Akif Çovdarov kimi və nəyi şantaj edir?

Yeri gəlmişkən, keçmiş MTN generalı bir müddət əvvəl agentura pullarının mənimsənilməsi ittihamı ilə əlaqədar vəkili Sadiq Rəsulov vasitəsilə açıqlama yaymışdı.

Həmin açıqlamada deyilir: “Mən büdcədən ayrılan pulları mənimsəməmişəm, onlar agentura şəbəkəsinə sərf olunan pullardır. Əgər mən bu mövzuya danışmağa başlasam, onda Azərbaycanda biabırçı vəziyyət yaranacaq. Mənə qarşı ittiham aktında göstərilən bütün pullar 2013-2015-ci illərdə agentura şəbəkəsinə xərclənib”.

Akif Çovdarovun vəkili vasitəsilə verdiyi bu açıqlama gündəmi qarışdırıb. General açıq şəkildə bildirib ki, danışsa, agentura şəbəkəsi ifşa olunar.

Vəzifəsinə görə, Akif Çovdarov bir çox sirləri bilir. Onun tutduğu vəzifə elə yer olub ki, nəticədə bir çox sirlərə malik olub. Ən azı özünün görüşdüyü agentlər, tabeliyində olan əməliyyat işçilərinin, şöbə rəislərinin görüşdüyü agentlərin hamısı ilə olmasa da, məşhurları ilə tanışdır.

Burada söhbət sıravi agentlərdən deyil, dəyərli agentlərdən gedir. Bir də söhbət respublikada populyar olan şəxslərdən gedir. Həmin şəxslər MTN-in agentura şəbəkəsinin üzvü olublar.

Agentlər düşmən deyillər, onlar dövlət tapşırıqlarını icra edirlər. Amma qeyd etmək yerinə düşər ki, Akif Çovdarovun dedikləri birbaşa şantajdır.

Çünki Akif Çovdarov qol çəkib işə daxil olanda da, işdən çıxanda da söz verib ki, xidmətdə olduğum müddətdə mənə məlum olan sirləri heç vaxt heç yerdə açıqlamayacam. Bunu yazılı və şifahi şəkildə edir.

Akif Çovdarovu azad etmək mümkün deyil

Çox təəssüf ki, bu işin kökündən yanlışlıq var idi. Bu, düzgün olmayan şəxslərin nazir, nazir müavini və digər yüksək vəzifələrə yerləşdirilmələri idi. İlk günah buradan başlayır.

Çünki Akif Çovdarov tipli şəxslərin nə zamansa bildikləri sirləri açması mümkündür. Bu baxımdan, o danışa bilər, çünki itiriləsi bir şeyi qalmayıb. Sirləri açarsa, ölkədə vəziyyətin gərginləşə biləcəyini deyir.

Bəli, tam gərginləşməsə də, müəyyən qruplar arasında vəziyyət doğrudan da gərginləşər. İndiki Dövlət Təhlükəsizlik Xidmətinin də agentura şəbəkəsinə ciddi zərbə vurmuş olar.

Çünki perspektivdə agent cəlb etmək də çətin olacaq, indiki agentura da görüşlərdən qaçacaq. Heç kimin qarantiyası olmayacaq ki, səhərisi gün Akif Çovdarov onlardan kiminsə adını açıqlamayacaq.

Akif Çovdarov şantajla məşğuldur

Akif Çovdarovun faktiki şantajla həbsdən yaxa qurtarmağa çalışdığı heç kimə sirr deyil. Amma burada əsası olan şantaj var. O, bilir ki, kimlərlə işləyib, sıradan agentlər olmayıblar.

Söhbət siyasi nöqteyi-nəzərdən gedir. Azərbaycanda populyar olan jurnalistlər, siyasi xadimlər və digər şəxslər burada əsasdır. Onun tutduğu vəzifə elə idi ki, bilirdi, kimlərlə, hansı ranqlı şəxslərlə işləyir. Bu baxımdan bunun adı şantajdır, amma əsası olan şantajdır. Bir şəxsin adını açıqladı, yüzünü açıqladı, fərqi yoxdur, birbaşa cinayət məsuliyyətidir.

Akif Çavdarovun həyatına təhlükə varmı?

Akif Çovdarov şantaj etsə də, bu sirləri açıqlayacaq durumda deyil. Çünki onun bildiyi bu sirlər həyatına olan təhlükələri aradan qaldırır.

Düzdür, Akif Çovdarovun həyatına təhlükə ola bilər. Dövlətçilikdə bir, yaxud yüz adamın ölməsi təəccüblü deyil. Söhbət burada Azərbaycan dövlətçiliyinin əsaslarından gedir. Onun şantaj etdiyi məsələlər də dövlətçiliyimizin əsaslarına aiddir.

Çünki dövlətin bel sütunlarından biri onun xüsusi xidmət orqanıdır. Bel sütun da agenturadır. Bütün bunlar bir daha dərs olmalıdır ki, kimi bu orqana götürəcəksiniz, kimlərlə işləyəcəksiniz...

Maraqlıdır, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan A.Çovdarovun agentura şəbəkəsinə daxil olan şəxslərinn siyahısı ilə tanış olmaq yetkisi olubmu? Əgər olmayıbsa, o zaman sabiq MTN generalı bu agnetlərin kimliyi ilə necə tanış olub?

Akif Çovdarovun hansı səlahiyyəti olub?

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, əslində Akif Çovdarovun xüsusi xidmət orqanının gizli agentlərinin kimliyini bilmək səlahiyyəti olmayıb. Akif Çovdarovun vəzifəsi rəhbəri olduğu qurumun adından da göründüyü kimi, energetika və nəqliyyatda təhlükəsiliyi təmin etmək olub.

Hansı ki, buna məsul olan yetki sahibinin gizli agentlərin kimliyi ilə tanış olmaq səlahiyyəti yoxdur. Ümumiyyətlə, xüsusi xidmət orqanının həm ölkə daxilində, həm də ölkə xaricindəki agentlərinin məxfiliyi qanunla ən yüksək səviyyədə qorunmalıdır.

Belə ki, mövcud qaydalara görə, həmin agentlərin kimliyi yalnız nazir və bir də bilavasitə kəşfiyyat və əks-kəşfiyyat xidmətini həyata keçirən idarələrin rəisləri bilə bilər. Qalan şəxslərin isə rütbə və vəzifəsindən asılı olmayaraq bu siyahı ilə tanış olması qadağandır.

Yəni xüsusi xidmət orqanında general rütbəsi daşımaq və ya idarə rəisi olmaq, gizli agentlərin kimliyi ilə tanış olmaq yetkisi vermir. Bu, sadəcə həmin şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq edilən bir qadağa deyil.

Bu qadağa, həm də, dövləti siyasi qalmaqallardan qorumaq, onunla digər dövlətlər arasında gərginliyə yol verməmək məqsədinə xidmət edir. Dövlət bu cür agentlərin yetişdirilməsi və onların lazımi yerlərdə yerləşdirilməsi üçün xeyli miqdarda vəsait sərf edir ki, gizli agentin kimliyinin deşifrə edilməsi çoxpilləli kombinasiya nəticəsində əldə edilən nəticənin sıfırlanması deməkdir.

Məhz buna görə də agentlərin kimliyi ilə tanış olmaq yetkisi çox az sayda rəhbər şəxsə verilib ki, Akif Çovdarov bu qəbildən olan şəxs olmayıb.

Lakin əgər Akif Çovdarovun dediyi həqiqətən də düzdürsə, yəni ona gizli agentlərin kimliyi bəllidirsə, bu, gizli agentlərin məxfiliyinin lazımınca qorunmadığından xəbər verir. Bu fakt onu göstərir ki, sabiq nazir Eldar Mahmudov bütün digər zəruri məsələlər kimi gizli agentlərin məxfiliyinin qorunması məsələsinə də barmaqarası yanaşıb.

Bu səbəbdən də Akif Çovdarov və çox güman ki, daha bir neçə şəxs də bu agentlərin kimliyindən xəbər tutub. Bu baxımdan, öncə Akif Çovdarovun agentlərin kimliyi ilə necə, hansı əsasla tanış olduğu araşdırılmalı, agentlərin məxfiliyinin qorunmasına cavabdeh olan bütün şəxslər, eləcə də Eldar Mahmudov məsuliyyətə cəlb edilməlidir...

Qeyd edək ki, Akif Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Akif Çovdarov Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi

ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Akif .Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri,

istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • General Akif Çovdarovun asıb-kəsən vaxtları... - FOTO

    General Akif Çovdarovun asıb-kəsən vaxtları... - ...

    30-08-2016, 13:33

  • 
  • Akif Çovdarovun işçisi türmədə özünü öldürmək istədi

    Akif Çovdarovun işçisi türmədə özünü öldürmək ...

    4-02-2016, 20:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (67)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu