Azərbaycan prezidenti İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Rəsmi məlumata görə, Nazirlər Kabinetinə prezidentin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?