GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Biz ilkin verilən məhsullara görə belə rəy vermişik”

“Biz ilkin verilən məhsullara görə belə rəy vermişik”

Tarix: 28-10-2016, 22:57 Bölmə :Siyasət Baxış: 1 596
“Biz ilkin verilən məhsullara görə belə rəy vermişik”

Yanan bina ilə bağlı qurulan məhkəmədə qalmaqal baş verdi, hakim vəkillərin sözünü kəsdi

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş verniş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirən prosesdə zərərçəkmiş Ağasəlim Cəfərov ifadə verib. O bildirib ki, hadisə vaxtı Bakıda olmayıb: “Qardaşım mənə zəng etdi və binanın yandığını bildirdi. Mən Bakıya gələndə yanğın söndürülmüşdü. Evim yanmışdı, mənə ziyan dəymişdi. Dəymiş ziyanı dövlət ödəyib, heç kimdən şikayətim yoxdu”.

Daha sonra şahid qismində Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupunun əməkdaşı Elçin Əbilov bildirib ki, hadisə baş verən günü yanğınla bağlı həyəcan siqnalı alıblar: “Bizdə hadisə yerinə gəldik. Biz ora çatanda hamı təlaş içində idi. Bunanın üzlüklərinin şüşələri çox qalın idi. Biz həmin üzlüklərin şüşələrini sındırırdıq ki, binanın içində olan tüstü çıxsın. Həmin vaxt şüşə əlimi kəsdi”.

Şahid qeyd edib ki, hadisə vaxtı alov bütün binanını bürümüşdü. Onun sözlərinə görə, hadisə vaxtı partlayış səsi eşitməyib.

Daha sonra vəkillərin şahidə təkrar suallar verməsi hakim Əfqan Hacıyevi hövsələdən çıxarıb. Hakim Miryusif Mahmudovun

vəkili Ilhamə Həsənovaya xəbərdarlıq edib. Digər vəkillərin də mübahisəyə qarışıb. Bu zaman hakimlərlə vəkillər arasında mübahisə olub. Əfqan Hacıyev vəkilləri şou yaratmaqda günahlandırıb.

FHN-nin digər əməkdaşı Anar Hacıyev bildirib ki, hadisə vaxtı onların işləri xilasetməkdən ibarət olub: “Tüstülənmə güclü olduğu üçün biz maskadan istifadə etmişik. Orada qapıları sındırmışıq, sakinləri xilas etmişik”.

Şahid ifadəsində qeyd edib ki, xilasetmə işini 14.00-da başa çatdırıblar. Vəkillərdən biri qeyd edib ki, şahidin məhkəmədə verdiyi ifadəsi ilə istontaqa verdiyi ifadəsi arasında ziddiyət var. Vəkil əlavə edib ki, şahid istintaqa verdiyi ifadəsində xilasetmə işini saat 17.00-da yekynlaşdırıblar. Şahid bu ziddiyyəti belə izah edib: “Bizim olduğumuz qurup xilasetmə işlərini saat 14.00-da yekunlaşdırıb, digər qurup xilasetmə işlərini davam etdirib”.

Digər xilasedici Asif Əhmədov bildirib ki, hadisə vaxtı binanın içinfə yanğındöndürənlərdən biri xəsarət alıb: “Mən həmin yanğınsöndürəni xilas etdim. Binanın 3 və 4-cü mərtəbələrinə qədər qalxmışam. Daha sonra binanın həyətində çəpərlənmədə dayanmışam”.

Sonra S.Dadaşov adına Elmi-oTədqiqat və Layihə- Konstruktor İnşaat Materialları İnstitutunun beton işləri üzrə mütəxəsisi Azər Xanlarov ifadə verib. O bildirib ki, 2011-ci ildə Poliüretan materiallarının tərkibinin yoxlanılması üçün müraciət olunub: “Həmin materialların keyfiyyəti ilə bağlı yoxlama aparılıb və sertifikat verilib. Yoxlama zamanı həmin materialın çətin yanan

materallara aid olması müəyyən edilib. Biz ilkin verilən məhsullara görə belə rəy vermişik, sonrakı materallardan xəbərimiz olmayıb. Bu materialları açıq havada yoxamaq imkanımız olmayıb. Yalnız bufer yoxlaması aparılıb və rəy verilib”.

İttihama görə, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi

    Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi ...

    12-10-2016, 19:02

  • 
  • “Günümə 20 manat istəyirəm”

    “Günümə 20 manat istəyirəm” ...

    1-08-2016, 22:52

  • 
  • Binadakı yanğınla bağlı məhkəmə prosesi davam etdirildi

    Binadakı yanğınla bağlı məhkəmə prosesi davam ...

    20-09-2016, 13:58

  • 
  • Bakıdakı yanğınla bağlı ən son xəbər

    Bakıdakı yanğınla bağlı ən son xəbər ...

    19-05-2015, 19:07

  • 
  • “40 dəqiqə sonra özüm düşməyə başladım”

    “40 dəqiqə sonra özüm düşməyə başladım” ...

    26-07-2016, 23:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu