GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Günümə 20 manat istəyirəm”

“Günümə 20 manat istəyirəm”

Tarix: 1-08-2016, 22:52 Bölmə :Ölkə Baxış: 622
“Günümə 20 manat istəyirəm”

Binəqədidəki yanan binada zərərçəkmişlər təqsirləndirilən şəxslərdən təzminat tələb edir

Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nigar Yəhyayeva ifadə verib. O bildirib ki, yanğın vaxtı yaşadığı evdə olub: “Bizim ev 14-cü mərtəbədədir. Mən mətbəxdə olduğum vaxt tüstü hiss etdim. Elə bildim ki, kimsə yemək yandırıb. Bloka çıxanda 13-cü mərtəbədəki qadın qışqırdı ki, bina yanır. Tez evə gələrək yanğınsöndürənə zəng vurdum. Dedilər ki, xəbərimiz var, yanğınsöndürənlər gəlir. Sonra uşaqları götürərək evdən çıxmaq istədim. Amma tüstü olduğu üçün həyətə düşə bilmədim. Ən axırda bizi xilas etdilər”.

Digər zərərçəkmiş Ləman Xudiyeva bildirib ki, hadisə vaxtı evlərində heç kim olmayıb: “Həmin vaxt işdə olmuşam. Bizə ziyan dəyib, həmin ziyanın təqsirləndirilən şəxslərdən ödənilməsini istəyirəm”.

Zərərçəkmiş Aleksiya Lenya bildirib ki, binanın 8-ci mərtəbəsində yaşayıb, yanğının başlamasını görməyib: “Binada partlayış səsi eşitməmişəm. Mənim evimin pəncərəsi açıq idi. Bina 2 dəqiqəyə alışdı. Binadan çıxmaq istədim. Amma tüstüdən çıxa bilmədim”.

Zərərçəkmiş Lətafət Hüseynovanın sözlərinə görə, mənzili binanın 5-ci mərtəbəsində olub: “Həmin vaxt mənzil boş idi. Mən həmin binaya yaxın olan “Avrasiya” klinikasında idim. Oğlum əməliyyat olunurdu. Bu zaman səs gəldi. Bildirdilər ki, bizim bina yanır. Binanın yandığını görəndə huşumu itirdim. Özümə gələndə binanın alışdığını gördüm”.

Hilal İsmayılov bildirib ki, hadisə vaxtı özü binada yaşamayıb: “Mənzili Amil Səlimova kirayə vermişəm. Həmin vaxt evdə olublar. Şükür Allaha, salamatçılıq olub. Heç kimə qarşı şikayətim yoxdur”.

Zərərçəkmiş Səbahəddin Əliyev qeyd edib ki, binanın yaxınlığında iş yeri olub: “Bu zaman kömək etməyə getdim. 2-ci mərtəbəyə qalxdım. Tüstüdən çıxa bilmirdim. Geri qayıdanda yıxıldım, ayağımı şüşə kəsdi. İşsiz qalmışam. Borc edib dolanmışam. Fəhlə idim. Günə 20 manat alırdım. Heç kim mənə köməklik etməyib. Günümə 20 manat istəyirəm”.

Zərərçəkmiş Səfurə Mazanova bildirib ki, mənzili 11-ci mərtəbədə olub: “Həmin binada bacım da yaşayırdı. Bacım mənə zəng vurdu və bildirdi ki, hardasan. Dedim ki, işdən gəlmişəm, evdə yatıram. Bacım binanın yandığını, aşağı düşməyimi dedi. Mən də aşağı düşdüm. Evimiz yanıb, həyətdə maşınımıza ziyan dəyib. Siqareti yandırıb, aşağı atırdılar. Bu da yanğına səbəb ola bilərdi. Mən bunu həmişə deyirdim”.

Səfurə Mazanova bildirib ki, hadisə zamanı özünü binadan atan Yaşar Nəcəfzadəni tanımayıb: "Bilirdim ki, bizim binada yaşayır.

Bura gələnlərin çoxunu orada heç vaxt görməmişəm. Onları da tanımamışam”.

Polis əməkdaşı Şahin Qocayev bildirib ki, Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsinə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: “Biz də hadisə yerinə yollandıq. Orada xilasetmə işləri ilə məşğul olmuşam. Binadan özünü atan oğlanın meyitini birinci biz gördük. Meyitin başı partlamışdı. Üstünə mələfə örtdük ki, görünməsin. Sonra üç nəfəri xilas etdik. Dördüncü şəxsi xilas edəndə özüm də xəsarət aldım. Sonra məni xəstəxanaya apardılar”.

Şahin Qocayev qeyd edib ki, təxminən yarım saat xilasetmə işləri ilə məşğul olub: “Orada vəziyyət qarışıq idi. Buna görə də nəyisə dəqiqliklə yadda saxlamaq mümkün deyil”.

Proses avqustun 9-da davam edəcək.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “40 dəqiqə sonra özüm düşməyə başladım”

    “40 dəqiqə sonra özüm düşməyə başladım” ...

    26-07-2016, 23:52

  • 
  • Yanan bina ilə bağlı məhkəmədə şok ifadələr

    Yanan bina ilə bağlı məhkəmədə şok ifadələr ...

    20-07-2016, 02:48

  • 
  • Bakıda yanan bina faciəsi hələ bitməyib

    Bakıda yanan bina faciəsi hələ bitməyib ...

    20-05-2016, 02:32

  • 
  • Bakıda yanğın zamanı ölən 15 insanın qatili müəyyənləşdi-VİDEO

    Bakıda yanğın zamanı ölən 15 insanın qatili ...

    20-04-2016, 23:43

  • 
  • Yanan binaya görə həbslər başladı - Rəsmi

    Yanan binaya görə həbslər başladı - Rəsmi ...

    22-05-2015, 00:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu