GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Akif Çovradov məhkəməyə xərəkdə gətirildi

Akif Çovradov məhkəməyə xərəkdə gətirildi

Tarix: 16-11-2016, 00:26 Bölmə :Siyasət Baxış: 436
Akif Çovradov məhkəməyə xərəkdə gətirildi

Həbsdə olan generalın vəziyyəti ağırdır, o həkim nəzarəti altında saxlanılır

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Akif Çovdarovun törətdiyi cinayətlərin əksəriyyəti hərbi cinayətlər olduğub üçün onun və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Məlumat üçün bildirək ki, Bakı Hərbi Məhkəməsində təhlükəsizlik tədbirləri güclü olmadığı üçün Akif Çovdarovun işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

Buna səbəb isə bu məhkəmədə təhlükəsizlik tədbirlərinin güclü olmasıdır. Amma prosesə jurnalistlər buraxılmır. Bunu da belə əsaslandırırlar ki, Akif Çovdarovun cinayət işində dövlət əhəmiyyətli sirlər var.

Bu sirlərdən əsası birdə ondan ibarətdir ki, MTN-nin agentura şəbəkəsinə ayrılan pullar və şəbəkənin üzvlərinin ictimayyətə açıqlanmaması üçün nəzərdə tutulur.

Məhkəmə prosesi səhər saat 10.00-a təyin edilsə də, prosesin keçiriləməsi həmin vaxt baş tutmayıb. Buna səbəb təqsirləndirilən Akif Çovdarov məhkəməyə gətirilməməsi olub.

Vəkil Cavid Rzazadə bildirib ki, Akif Çovdarovun səhhətində ciddi problem var: “Hazırda məhkəməyə fasilə elan olunub. Digər təqsirləndirilən şəxsləri məhkəməyə gətirsələr də, Akif Çovdarovun səhhətində ciddi problemlər olduğu üçün prosesə gətirilməyib. Hazırda bir neçə həkim onun saxlanıldığı təcridxanada Akif Çovdarovu müayinə edir”.

Bu səbəbdən hakim prosesi saat 12.30-a qədər təxirə salıb. Fasilədən sonra keçirilən prosesə Akif Çovdarov xərəkdə gətirilib. O, məhkəmədə həkim nəzarətində asaxlanılıb. Akif Çovdarov prosesi xərəkdə uzanaqlı vəziyyətdə izləyib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatətlə çıxış ediblər. Həmçinin zərərçəkmişlərdən Mübariz Məmmədov mülki iddiasından imtina edib və zərərçəkmişlər siyahısından çıxarılması istəyib. Məhkəmə mülki iddiadan imtinanı qəbul etsə də zərərçəkmişlər siyahısından çıxartmayıb.

Akif Çovdarovun vəkilləri məhkəmə heyətinə etirazla bağlı vəsatət vermək istəyiblər. Amma buna imkan verilməyib və hakimlər müşavirəyə gediblər.

Müşavirədən qayıdan hakimlər cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar açıqlayıblar. Məhkəmə baxışı noyabrın 14-nə təyin olunub.

Vəkil Kamandar Nəsibov bildirib ki, Akif Çovdarovun səhhəti daha da ağırlaşıb: “Hətta o otura bilmirdi, hakimdən xahiş etdi ki, uzansın”.

Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zakir Bədəlov bildirib ki, 1990-cı ildən Azərbaycanda yaşayır. Onun sözlərinə görə, qohumu, Gürcüstan vətəndaşı Zakir Mustafayevlə münasibətləri hər zaman yaxşı olub, hər hansı ədavəti, düşmənçilik münasibətləri olmayıb: “2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi, ev 23, mənzil 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evini tikdim, evin 3-cü mərtəbəsində ailəm ilə birlikdə yaşadım. 1-ci və 2-ci mərtəbələrində isə kafe işlətdim. Həmin ildə qohumum Zakir Mustafayev evimə qonaq gələrkən evinin birinci və ikinci mərtəbəsində olan kafeni işlətməməyimin səbəbini soruşdu. Zakir Mustafayevə kafenin avadanlıqlarını almağa maddi imkanının olmadığını dedim. Zakir Mustafayev isə mənə maddi köməklik göstərə biləcəyini, Gürcüstan Respublikasında yaşayan bir nəfər tanışından borc alaraq mənə verəcəyini söylədi”.

“Pulu dayısı oğluna verməyimi tapşırdı”

Zərərçəkmişin sözlərinə görə, 20 may 2006-cı il tarixdə həyat yoldaşı Nazilə Ramazanova ilə birlikdə Zakir Mustafayevin Gürcüstan Respublikasındakı evinə gedib: “Həmin gün Zakir Mustafayev 60000 ABŞ dolları pulu mənə borc verdi. Mayın 21-də Azərbaycana qayıtdım. Zakir Mustafayevdən aldığım 60000 ABŞ dollar məbləğində pula işlətdiyim kafe üçün inventar alsam da, həmin pul məni qane etmədi. Zakir

Mustafayev bir daha mənə zəng edərək vəziyyəti barədə maraqlandı, Zakir Mustafayevin borc verdiyi pulun məni təmin etmədiyini dedim. Zakir Mustafayev mənə 30.000 ABŞ dolları da verəcəyini bildirdi. Buna görə iyunin 27-də Qırmızı Körpü adlanan gömrük postuna tərəf gedərək Paşa İsmayılov ilə görüşdüm. Paşa İsmayılov postu keçərək Zakir Mustafayevin verdiyi 30.000 ABŞ dollarını mənə verdi. Həmin pul vasitəsilə də işlətdiyim kafe üçün avadanlıq aldım. Həmin ilin sentyabrın 1-də Zakir Mustafayev mənim Bakı şəhərindəki yaşadığım evə gəldi, işlərim ilə maraqlandı. Yenə də maddi cəhətdən çətinliyimin olduğunu bildirdim. Zakir Mustafayev isə cibində 10.000 ABŞ dolları olduğunu dedi, həmin pulu mənə borc verdi. Zakir Mustafayevə olan borcumun konkret olaraq 100.000 ABŞ dolları olmasını bildirdim. Zakir Mustafayev borclu olduğum pulları ayına 5% olmaqla qaytarmağımı söyldi. Mən də onunla razı oldum”.

Zərərçəkmişin sözlərinə görə, sonradan Zakir Mustafayev ona verəcəyi pulu dayısı oğlu Abdul Həbibova verməyini ondan istəyib: “2007-ci ilin aprel-may aylarında yaşadığım evi girov qoyaraq “Azərbaycan Kredit Bank”ından 200.000 ABŞ dolları məbləğində kredit pul götürdüm, həmin puldan 125.0000 ABŞ dollarının Zakir Mustafayevə verməsi üçün bir-iki gün sonra Abdul Həbibova verdim”.

“Məni icra hakmiyyətini binasının qarşısına çağırdı”

Zakir Bədəlov qeyd edib ki, daha sonra 2007-ci ildə Abdul Həbibov onu mütəmadi olaraq narahat etməklə, onun Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğunu bildirib: “Mən isə Abdul Həbibova etirazımı bildirərək

borcumu artıqlaması ilə qaytardığımı bildirdim. 2008-ci ildə Abdul Həbibov bir daha yanıma gələrək Zakir Mustafayevə 150.000 ABŞ dolları verməli olduğumu dedi. Buna etiraz etdikdə, Abdul Həbibov bildirdi ki, əgər ailəsinin sağ qalmasını istəyirsə və əgər Gürcüstan Respublikasına deportasiya olunmaq istəmirsə, tələb edilən pulu verməlisən. 2008-ci ilin yanvar-fevral aylarında Zakir Mustafayev mənə zəng edərək Sabunçu rayon İcra hakimiyyətinin inzibati binasının qarşısına çağırdı. Zakir Mustafayevlə görüşməyə qohumum Vaqif İsmayılovla birlikdə getdim. Qohumumdan başqa avtomaşında oturaraq məni izləməsini xahiş etdim”.

“Əli ilə belindəki tapançanı tutdu”

Zakir Bədəlovun sözlərinə görə, Zakir Mustafayev özünə məxsus “VAZ-21099” markalı avtomaşınında olub: “Həmin vaxt Zakir Mustafayevə yaxınlaşdım. Zakir məndən avtomaşına əyləşməyimi tələb etdi. Buna etiraz etdikdə isə Zakir Mustafayev avtomaşından düşərək əli ilə belindəki tapançanı tutdu və avtomaşına oturmağımı tələb etdi. Avtomaşına oturduqdan sonra Zakir Mustafayevə məni uşaq oyuncağı ilə aldatmamasını dedim. O tapançasını mənə göstərdi, məni öldürəcəyi ilə hədələdi və pulunu tələb etdi. Zakir Mustafayevdən möhlət istəyərək pulunu qaytaracağımı bildirdim”.

Zakir Bədəlovun sözlərinə görə, 2008-ci ilin iyun-avqust aylarında yenə də “Azərbaycan Kredit Bank”ına kredit götürmək üçün müraciət edib: “Bankdan 360.000 ABŞ dolları məbləğində kredit götürdü. Həmin puldan 200.000 ABŞ dolları ilə köhnə kreditini bağladıqdan sonra əlimdə 158.000

ABŞ dolları məbləğində pul qaldı. Bundan sonra Zakir Mustafayevə zəng edərək pulu özünün gətirəcəyini və ya kiminsə götürəcəyini soruşdum. Zakir Mustafayev isə pulu Abdul Həbibova verməyimi dedi”.

“Bildirdi ki, məni MTN-nin Səlim adlı əməkdaşı axtarır”

Zərərçəkmiş bildirib ki, 28 avqust 2008-ci il tarixdə Zakir Mustafayevə verməsi üçün 150.000 ABŞ dollarını Abdul Həbibova verib: “Daha sonra Abdul Həbibov Mübariz adlı şəxslə və adlarını bilmədiyim başqa şəxslərlə birlikdə kafemə gələrək mənə Zakir Mustafayevə 200.000 ABŞ dolları da verməli olduğunu bildirdilər. Bu söhbət zamanı işlətdiyim kafeyə bitişik ev alqı-satqısı ilə məşğul olan tanışım Elxan Əliyev də yanımızda olub. Söhbət zamanı Elxan Əliyevdən söhbətə qoşulmasını istəsəm də, sonuncu imtina edərək oradan ayrıldı”.

“Akif Çovdarov məni həbs edəcəklərini bildirdi”

Zərərçəkmiş qeyd edib ki, 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyevlə rastlaşıb: Tofiq bildirid ki, məni MTN-nin Səlim adlı əməkdaşı axtarır. O Səlim adlı şəxsin mobil telefon nömrəsini mənə verdi. Bundan sonra Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxladım. Səlimlə birlikdə MTN-ə qohumum olan Akif Çovdarovun otağına daxil olduq. Akif Çovdarov məndən Zakir Mustafayevə 200.000 ABŞ dolları borclu olduğumu, pulu qaytarmadığım halda məni əcnəbi kimi qeydiyyata aldıraraq ölkədən Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə məni həbs

edəcəklərini bildirdi. Mən Akif Çovdarovla razılaşmadım. Buna görə Akif Çovdarov mənim şəxsiyyət vəsiqəmi aldı. Sonra mən Sabunçu rayon Polis İdarəsinə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi aldım. Bu barədə Səlim adlı şəxsə bildirməsi üçün qonşum Tofiq Əliyevə dedim. Bundan sonra şəxsiyyət vəsiqəm bir daha ləğv edildi və ölkə xaricinə çıxışıma qadağa qoyuldu. Ölkə prezidentinə etdiyim müraciətdən sonra şəxsiyyət vəsiqəmi bərpa edə bildim. Daha sonra Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun məndən 175.000 ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyimi bildirsəm də, iddiam təmin edilmədi. Bununla bağlı Sabunçu rayon Polis İdarəsinə müraciət etdim. Orada cinayət işi istintaq edildi və Sabunçu rayon prokurorluğuna göndərildi”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Zakir Mustafeyev bildirib ki, Zakir Bədəlov ona tikdiyi restoranın üçüncü mərtəbəsini tikmək üçün kifayət qədər vəsaitinin olmamasını deyərək borca təcili olaraq pul lazım olduğunu, həmin borcu isə Moskva şəhərində yaşayan qohumunun ona pul göndərdikdən sonra ödəyəcəyini bildirib: “Mən isə qardaşım, Ukraynada alverlə məşğul olan Gürcüstan vətəndaşı Camaldan bu barədə xahiş etdim və Zakir Bədəlovun qısa müddət ərzində həmin pulu qaytaracağını bildirdim. Bundan sonra həmin pulu Camaldan alaraq Zakir Bədəlova verdim. Zakir Bədəlovun borcları qaytarmaq vaxtı çatarkən Camal mənə zəng edərək verdiyi pulların qaytarılma məsələsinin nə yerdə qaldığını soruşdu. Bu barədə Zakir Bədəlovdan soruşdum, o, borcları qaytara bilmədiyini, bu gün, sabah qaytaracağını deyərək vaxt qazandı. Zakir Bədəlovun pulları qaytarmadığını

gördüm, konkret olaraq bu barədə Zakir Bədəlovdan soruşdum. Zakir Bədəlov məndən xahiş etdi ki, Camal onu sıxmasın, vaxt versin, borc aldığı pulları ayına 5 faiz olmaq şərti ilə qaytaracaq. Zakir Bədəlovun sözlərini Camala dedim”. Zakir Mustafayevin sözlərinə görə, 2007-ci ildə Zakir Bədəlov ona zəng edərək 125.000 ABŞ dollarını düzəltdiyini və borcundan çıxmaq istədiyini bildirib: “Həmin ərəfələrdə Gürcüstan Respublikasının hüquq-mühafizə orqanlarında işlədiyimə görə sərhədi tez-tez keçə bilmədiyimdən Zakir Bədəlovun dediyi pulu dayım oğlu Abdul Həbibovun götürəcəyini söylədim. Həmin ərəfələrdə Abdul Həbibov Zakir Bədəlovu tanıyıb. Zakir Bədəlovun qaytarmalı olduğu 500.000 ABŞ dollarından 225.000 ABŞdolları borcu qalıb. Zakir Bədəlov həmin məbləği ödəmədiyindən məcbur qalaraq özü həmin məbləği borc aldığı şəxslərə ödədim. Zakir Bədəlova hər hansı silahla hədə-qorxu gəlməmişəm. Zakir Bədəlovla 2008-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinin binasının yanında restoranda görüşmüşəm. Zakir Bədəlovu avtomaşınına otuzduraraq harasa aparmamışam, ona silahla hədə-qorxu gəlməmişəm. Səlim Məmmədovu üzdən Zakir Bədəlova görə tanısam da, Səlim Məmmədovla hər hansı münasibətim və ya əlaqələrim olmayıb. Nə Akif Çovdarova, nə də Səlim Məmmədova Zakir Bədəlovun mənə olan borcu barədə nəsə danışmamışam”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • General Akif Çovdarovun asıb-kəsən vaxtları... - FOTO

    General Akif Çovdarovun asıb-kəsən vaxtları... - ...

    30-08-2016, 13:33

  • 
  • Akif Çovdarovun işçisi türmədə özünü öldürmək istədi

    Akif Çovdarovun işçisi türmədə özünü öldürmək ...

    4-02-2016, 20:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu