Köhnə arxivlər yavaş-yavaş açılır. Aşağıda görəcəyiniz videkadrlar 1989-cu ilin noyabrında çəkilib. Azadlıq meydanında keçirilən mitinq “Meydan hərəkatı”nın birinci ildönümünə həsr olunub. Tribunada çıxış edən şəxs şair Əli Nasirdir. Ondan başqa tribunada hərəkat liderləri, o cümlədən artıq yaradılmış Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy, şair Xəlil Rza, AXC lidelərindən Etibar Məmmədov, Sabit Bağırov və başqaları da var. Hələ sovet dövrü olduğu üçün çıxış edən şair sovet imperiyasından, onun xalqımıza etdiyi təzyiqlərdən, ancaq xalqın dəyanət və mətanət göstərərək köləyə dönmədiyindən bəhs edir. Hələ 20 Yanvar faciəsinə iki ay qalır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?