GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ZİYA MƏMMƏDOVUN MÜŞAVİRİNİN MİLYONLARI…MÜDHİŞ AÇIQLAMALAR

ZİYA MƏMMƏDOVUN MÜŞAVİRİNİN MİLYONLARI…MÜDHİŞ AÇIQLAMALAR

Tarix: 18-11-2016, 23:54 Bölmə :Siyasət Baxış: 665
ZİYA MƏMMƏDOVUN MÜŞAVİRİNİN MİLYONLARI…MÜDHİŞ AÇIQLAMALAR

“Milyonları, bağlamalarla qızılı həyətimizdə torpağa basdırırdım”

“O, milyonlarla manatını, bağlamalarla qızıl-zinət əşyalarını, milyonlarla xarici valyutasını saxlamaq üçün mənə verirdi. Mən də onları yaşadığım həyətimizdə torpağa basdırırdım, maşının yük yerində gəzdirirdim, evimizdəki köhnə əşyaların içində gizlədirdim…”. Söhbət bu yaxınlaradək nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxışovdan gedir. Onun milyonlarla pulunu, bağlamalarla qızılını gizlətdiyini deyən isə öz qohumu Rövşən Əhmədovdur.
Çingiz Baxışov 2014-cü ilin yanvarında Ziya Məmmədovun müşaviri təyin edilib. Daha əvvəl Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, ona qədərsə “Avtonəqliyyat” Servis Departamentinin rəisi olub.
Çingiz Baxışovla Rövşən Əhmədov qohumdurlar – anaları əmiqızıdır. Rövşən Əhmədov uzun müddət onun tabeliyində işləyib, münasibətləri də yaxın olub. İndi isə Ç. Baxışov qohumunu onun 800 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməkdə suçlayır.

“695 mini özümün, 50 mini bir qızımın, 55 mini də o biri qızımın”

Çingiz Baxışov qohumundan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Onun şikayəti əsasında da Rövşən Əhmədov ötən il aprelin 4-də həbs olunub. Artıq Rövşən Əhmədovun məhkəməsi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yaxın günlərdə Rövşən Əhmədov məhkəmədə ifadə verəcək.
Çingiz Baxışov iddia edir ki, qohumunun ələ keçirdiyi 800 min manatlıq daş-qaşın 695 min manatlığı onun, 55 min manatlığı bir qızının, 50 mini də o biri qızının olub.
Məhkəmənin hazırlıq iclasında qısaca danışan Rövşən Əhmədov ittihamı qəbul etmir. Deyir ki, Çingiz Baxışov onu şərləyir. İstintaqda üzləşmədə də onun yalan danışdığını bildirib.
Rövşən Əhmədovun sözlərinə görə, 2003-cü ildən Nəqliyyat Nazirliyində Çingiz Baxışovun rəhbərlik etdiyi departamentdə müfəttiş kimi işə düzəlib. 2005-ci ildən Çingiz Baxışov öz pullarını, qızıl-zinət əşyalarını onun evində gizlədib: “Çünki mənə etibar edirdi. Gizlədib saxlamaq üçün mənə etibar elədiyi əşyalar sırasında milyonlarla manat, qızıl-zinət əşyaları, milyonlarla xarici valyuta və s. olurdu”.
Rövşən Əhmədovun dediyinə görə, işdə rəhbəri olan qohumunun təkcə var-dövlətini gizlətməyib, onun başqa göstərişlərini də yerinə yetirib. Məsələn, kimdən pul almaq lazım idisə, gedib alıb, kimə pul vermək lazım olubsa, gedib verib.
Rövşən Əhmədov bildirib ki, qohumu 2015-ci ilin əvvəlində ona saxlamaq üçün iki bağlama qızıl-zinət əşyaları verib. O da heç bağlamaların içini açıb baxmadan gizlədib saxlayıb. Bir müddət keçəndən sonra sahibi bağlamaları geri istəyəndə aparıb verib: “Bağlamaları mənim yanımda açmadı, o biri otaqda açdı. Gəlib dedi ki, “iki yox, üç bağlama vermişdim”. Nə qədər dedim ki, iki bağlama idi, inanmaq istəmədi. Əlacsız qalıb, evi axtarmağa icazə istədim. Gəldim, yoldaşımla iki gün evi axtardıq. Bir neçə gündən sonra Çingiz zəng eləyib, üzrxahlıq elədi ki, bağlamanın biri evdəymiş. Məni nahaqdan günahlandırdığı üçün onu qınadım, üzrxahlıq elədi. Amma 2015-ci ilin yayında yenidən evinə çağırıb, bir torbanın içində – bu dəfə üç bağlama verdi. 2016-cı ilin fevralında qızımın toyu idi. Toy öncəsi kənar adamların evə çox gəlib-getdiyini nəzərə alaraq, fikirləşdim ki, bağlamaları aparım verim. Onunla danışdım, evlərinin blokunda Çingiz zəng elədi ki, “evdə heç kim yoxdur, bağlamaları qızım Fatmagilə apar”. Təxminən 20 dəqiqəyə qızıgildə oldum. Qızı evdə yox idi, qapını kürəkəni Ayaz açdı. Zəng eləyib Çingizə dedim ki, Fatma evdə yoxdur, Ayaza verməyimi istədi, mən də verdim”.

“Oğlumu Qarabağa göndərib şəhid qaytarmaqla hədələdi”

Fevralda Çingiz Baxışov xəstəxanaya düşüb, bir müddət sonra isə oğlunun ad gününə görə xaricə gedib. Oğlu Avstriyada yaşayır. Novruz bayramı ərəfəsində ölkəyə qayıdıb.
“Martın 30-da zəng eləyib dedi ki, “səninlə işim var”. Getdim. Çingiz “skoçu” açılmış iki bağlamanı göstərib dedi ki, “içindəki qızıllar yoxdur”. Amma üçüncü bağlamanın “skoçu” açılmamışdı. Çingiz özü açdı, məlum oldu ki, bu bağlamada hər şey yerindədi. Tələb elədi ki, o biri iki bağlamadakı qızılları da gətirib yerinə qoyum. Dedim ki, bu bağlamalar fevralın 1-dən – iki aydır ki, Fatmanın evindədir”, – Rövşən Əhmədov ifadəsinin davamında danışıb.
Rövşən Əhmədov düşünür ki, qohumu onunla ədavət aparır, çünki bu hadisədən az əvvəl maşına görə aralarında mübahisə olub. Dediyinə görə, polisə verməzdən əvvəl onu oğlunu işdən qovdurmaqla, cəbhə bölgəsinə göndərib, şəhid kimi geri qaytarmaqla hədələyib.
Nazirin keçmiş müşavirinin özü ilə yanaşı, iki qızı da zərərçəkən kimi tanınıb. Zərərçəkən tərəf olaraq, onları məhkəmənin hazırlıq iclasında Paşa Səfərov təmsil edib. O, məhkəməyə bildirib ki, zərərçəkənlər təqsirləndirilən Rövşən Əhmədovdan maddi ziyanla yanaşı, mənəvi ziyanın da ödənilməsini tələb edirlər – mənəvi ziyana görə ata 20 min, qızların hər biri isə 10 min manat istəyir.
Rövşən Əhmədovun vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxsin həbsdən buraxılması barədə vəsatət qaldırıb. Qeyd edib ki, onun 800 min manatlıq qızıl-brilyantı ələ keçirməsi barədə ittiham absurd və nağıldan başqa bir şey deyil: “Çingiz Baxışovun özünün ifadəsindən başqa heç bir sübut yoxdur. Bəlkə elə özləri hardasa itiriblər, satıb xərcləyiblər? Bu adamın haqqında həbs qərarının verilməsi üçün heç bir mötəbər sübut olmayıb”.
Amma vəkilin vəsatəti təmin edilməyib. Məhkəmə baxışı noyabrın 22-nə təyin olunub
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis təyin olundu

    Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis ...

    30-01-2014, 16:24

  • 
  • Bakıda 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

    Bakıda 70 min manat dəyərində qızıl-zinət ...

    11-06-2013, 12:34

  • 
  • Ziya Məmmədov qardaşını işdən çıxardı

    Ziya Məmmədov qardaşını işdən çıxardı ...

    5-02-2014, 14:58

  • 
  • Azərbaycanın nəqliyyat sistemində yeni direktor

    Azərbaycanın nəqliyyat sistemində yeni direktor ...

    20-08-2015, 11:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu