Nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarıb.
Bir neçə gün əvvəl nazir qardaşı ilə bağlı əmr verib. Əmrdə bildirilir ki, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “MMC 85”adlı qurumun rəhbəri Nəriman Məmmədov vəzifəsindən azad olunsun.
Xatırladaq ki, bir neçə müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədov başçılığə ilə “Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr” adlı kollegiya iclası keçirilib. Həmin iclasda nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir.
Qeyd edək ki, problem barədə millət vəkili Çingiz Qənizadə dəfələrlə mətbuatda çıxış edib. Onun təklifləri də naziriliyin kollegiya iclasında müzakirə olunmuşdu. Görünür, mövcud problemlər həll edilmədiyinə görə Nəqliyyat naziri Ziya Məmmədov qardaşını vəzifədən azad edib. Hər halda bu problemin həll olunmasına daha səlahiyyətli orqanlar da cəlb olunub. Belə ki, yolların çəkilişinə hər il milyonlarla vəsait ayrılsa da , bir neçə müddətdən sonra çəkilmiş yollar yararsız vəziyyətə düşür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?