GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » MTN-nin sabiq rəhbərinin adı cinayətlərdə hallandı

MTN-nin sabiq rəhbərinin adı cinayətlərdə hallandı

Tarix: 9-12-2016, 13:17 Bölmə :Siyasət Baxış: 422
MTN-nin sabiq rəhbərinin adı cinayətlərdə hallandı

Akif Çovdarov və işçisi Akif Əliyev Eldar Mahmudovun adını cinayətlərdə hallandırır

Zərərçəkmiş Fuad Zülfüqarov: “Akif Əliyev dedi ki, nazirimizi saymamısınız, Eldar Mahmudov üçün pay ayırmamısınız”

“50 min manatı Eldar Mahmudov üçün istədi”

Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

MTN-nin sabiq rəhbərinin adı cinayətlərdə hallandı

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Akif Əliyevin epizodu üzrə zərərçəkmiş “Met-ak” MMC-nin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarov ifadə verib və istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Fuad Zülfüqarov bildirib ki, dayısı Alik Kərimov 1997-ci ildə “Met-ak” MMC-ni təsis edib: “2012-ci ildən həmin MMC-nin icraçı direktoru dayım oğlu Aydın Kərimovdur. 1997-ci ildən Alik Kərimovun yanında işləyirəm, 2012-ci ildən isə MMC-nin maliyyə işləri üzrə müdir vəzifəsində icra edirəm. İstehsalat müdiri Əzizov Mübariz Səlimxan oğludur. MMC-nin əsas fəaliyyəti plastik boru və fitinqlərin istehsaslı və topdan satışıdır. MMC-nin ofisi və istehsal sahəsi Bakışəhəri, Nərimanov rayonu, Böyük Şor 15a, dalan 2 ünvanında yerləşir”.

Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin fevral ayından etibarən onun istifadəsində olan 050-210-77-47 nömrəli telefonuna mütəmadi olaraq MTN-nin əməkdaşı Akif Əliyev 050-211-16-05 nömrəli telefonla zənglər edib: “Akif Əliyev məni MTN-nə dəvət etid, bəzi maliyyə məsələlərinə aydınlıq gətirilməsi üçün verilən suallara cavab verməyimi istədi. Bu barədə dayım Alikə məlumat verdim”.

“Eldar Mahmudovu indiyənə qədər saymamısınız”

Fuad Zülfüqarov əlavə edib ki, bu ilin fevral ayının əvvəllərində Akif Əliyevin qəbuluna gedib: “Səhər saat 09:00-da MTN-nin inzibati binasına getdim, Komendaturanın qarşısında məni Akif Əliyevin idarəsinin işçisi qarşıladı və binanın 2-ci mərtəbəsinə apardı. Məni orada axşam saat 19:00-dək saxladılar. Həmin vaxt ərzində məni bir necə nəfər dindirdi, hədələdi və yazılı izahatı aldıqdan sonra saat 16 radələrində Akif Əliyev otağa daxil oldum. Akif Əliyev söhbət əsnasında bildirdi ki, uzun illərdirki işləyirsiniz nazirimiz Eldar Mahmudovu indiyənə qədər saymamısınız, bir dəfə də olsun əldə etdiyiniz gəlirdən Eldar Mahmudov üçün pay ayırmamısınız. Sizin maliyyə dövriyyəniz əlimizdədir. İşiniz ancaq pul qazanmaqdır, 50.000 manat pul verməlisiniz, həmin pulu verməyəcəyimiz təqdirdə sizə işləməyə imkan verilməyəcəkdir”. Mən isə Akif Əliyevə bildirdim ki, tələb olunan 50.000 manatın verilib-verilməməsini məsələsini MMC-nin təsisçi Alik Kərimov həll edə bilər, onunla danışıb, söz deyə bilərəm”.

“Dayım 10 min manat verilməsini istədi”

Fuad Zülfüqarovun sözlərinə görə, Akif Əliyev ilə bu məzmunda söhbətdən sonra axşam saat 19 radələrində onu MTN-dən buraxıblar: “Səhəri günü dayım Alik Kərimovla MMC-nin ofisində görüşdük, baş verənləri birlikdə təhlil etdik. Hər hansı bir qanun pozuntuları və ya qanunsuz fəaliyyətlərimiz olmadığına

görə Alik Kərimov rahat işləmələri Akif Əliyevin tələb etdiyi 50.000 manatın əvəzinə 10.000 manat verilməsini məndən istədi. Mən də MMC-nin xəzinəsindən rəsmi qaydada 10.000 manatı götürdüm. 11 fevral 2015-ci il tarixdə Akif Əliyevin istifadəsində olan telefonuna zəng etdim. Həmin gün MTN-nin yaxınlığında yerləşən “Sultan” kafesində Akif Əliyevlə görüşdüm və həmin pulu əlbəəl ona verdim. Bundan sonra Akif Əliyev bizi narahat etmədi”.

“10 min manatı Amkif Əliyevə bağışlamaq istəyirəm”

Bu epozod üzrə ifadə verən digər zərərçəkmiş Alik Kərimov bildirib ki, 1997-ci ildən bəri bu şirkətin rəhbəridir və iş adamı kimi fəaliyyəti dövründə bir çox problemlərlə və süni əngəllərlə qarşılaşıb. Bu epizoda gəlincə isə, Akif Əliyevi və digər təqsirləndirilənləri ilk dəfə gördüyünü deyib: “Akif Əliyevə baxıram və görürəm ki, pis adama oxşamır. 10 min manat elə də böyük məbləğ deyil və onunla şirkətin əməkdaşı arasında sonradan münasibət də olub. Mən 10 min manatı Amkif Əliyevə bağışlamaq istəyirəm. Şəxsən mənə Akif Əliyevin heç bir pisliyi dəyməyib. Bilmirəm, hüquqi cəhətdən bu nə dərəcədə düzgündür, hüquqşünas deyiləm, amma imkan olarsa, şikayəti geri götürərəm”.

Daha sonra təqsirləndirilən Akif Əliyev epizodla bağlı ifadə verib. O, zərərçəkmişlərin səsləndirdiyi ifadəslərinin əksər hissəsini təsdiqləyib. Qeyd edib ki, “METAK” MMC-nin əməkdaşı nazirliyə daxil olan operativ məlumatın araşdırılması üçün dəvət olunub. Təqsirləndirilən dövlət ittihamçısının sualını cavablandıraraq bildirib ki, heç kimdən 10 min manat pul almayıb.

“Akif Çovdarovun pul tələb etdiyini dedi”

Zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid qismində İradə Vəliyeva dindirilib. İradə Vəliyevanın sözlərinə görə, tanışı

Şahmar Qurbanov 2007-ci ildə ondan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Akif Çovdarovun istədiyi külli miqdarda pulu verməsini tələb etdiyini deyib: “Buna görə də Şahmar Qurbanov məndən borca pul istədi. Mən də Şahmara özümdə olan puldan 70.000 ABŞ dolları verdim”.

O, həmçinin ifadəsində qeyd edib ki, Şahmarın həmin ərəfələrdə öz evini, avtomaşınlarını, obyekini və sair əmlaklarını sataraq Akif Çovdarova külli miqdarda pul və brilyant verdiyini eşidib.

“Borclu olması barədə söhbət getdi”

Cinayət işi üzrə şahid kimi adı keçən Akif İsgəndərovun adamı İsgəndər Hüseynovun həyat yoldaşı Xədicəxanım Hüseynova bildirib ki, 2007-ci ildə onun həyat yoldaşı İsgəndər Hüseynovun yaxın dostu Şahmar Qurbanovun Qriş adlı Hindistan vətəndaşına olan borcunun əvəzinə onun adına mənzil alınıb: “Bu barədə razılığa gəlinərək söhbət aparılmasını bilsəm də, tərtib olunan müqavilənin mənim tərəfimdən imzalanıb-imzalanmadığını, konkret hansı mənzilin verildiyini xatırlamıram. Təxminən 8-9 il bundan qabaq Qriş İsgəndər və Şahmarın tanışı kimi yaşadığım evə gəldi. Evdə Şahmarın Qrişə borclu olması barədə söhbət getdi. Şahmar da Qrişə pulunun olmadığını bildirdi, Qriş isə onun barəsində öz ölkələrinin səfirliyinə şikayət edəcəyini söylədi. Şahmar borcun qaytarılması əvəzinə Qrişə ev təklif etdi və bundan sonra evin kimin adına alınması məsələsi ortaya çıxdı. Şahmar evin mənim adıma rəsmiləşdirilməsi və sonra satılması barədə razılığa gəlinmişdi. Daha sonra Şahmarın Qrişlə aralarında olan borc söhbətinin nə ilə nəticələndiyini bilməmişəm və bu barədə maraqlanmamışam”.

Onu da əlavə edək ki, İsgəndər Hüseynov noyabrın 23-də keçirilən prosesdə ifadə verib.

Proses dekabrın 5-də davam edəcək.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • "Çovdarov dedi ki, bu brilyantlar Eldar Mahmudova çatacaq" - məhkəmədə gərginlik

    "Çovdarov dedi ki, bu brilyantlar Eldar ...

    23-11-2016, 23:06

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (90)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu