Heydər Əliyev liderliyi və uzaqgörənliyi ilə dost və qardaş Azərbaycanın xalqının önündə hər zaman mayak kimi parlayıb.
gundemxeber.az xəbər verir ki, bunu Trend-ə Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib.
N.Ünüvar qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim yolumuza işıq salan bir rəhbər olub və olmağa da davam edəcək:
"Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" sözü Azərbaycan və Türkiyə üçün nəsildən-nəsilə ötürülən atalar sözünə çevrilib və keçmişdə olduğu kimi, gələcəkdə də münasibətlərimizin təməli olacaq".
Millət vəkili bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərində 1918-ci ildən bu günə qədər, o cümlədən Heydər Əliyevin dövründə olduğu kimi, köməyə ehtiyacı olan qardaşın əlindən tutmaq prinsipi, bərabər fəaliyyət göstərmək niyyəti ortaya qoyulub:
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım da eyni prinsiplərə əsaslanaraq Türkiyə-Azərbaycan münasibətlərini daha da inkişaf etdirməyə səy göstərirlər".
N.Ünüvar əlavə edib ki, Heydər Əliyev hər addımında Türkiyənin xeyrini, Türkiyənin vəziyyətini nəzərə alan bir lider olub: "Birliyimizi, qardaşlığımızı qoruduğumuz müddətdə dəf edə bilməyəcəyimiz problem olmayacaq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?