Benyamin Netanyahu: “Dövlət naminə bəzən çətin qərarlar qəbul etməli oluruq”
İsrail Nazirlər Kabinetinin Qüdsdə təşkil etdiyi konfransda 1993-cü ildə “Fələstin Qurtuluş Təşkilatı” ilə imzalanan Oslo Müqaviləsinə uyğun olaraq əvvəllər həbs olunan 104 fələstinlinin azadlığa buraxılması ilə bağlı səsvermə keçirilib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermə zamanı 13 nəfər lehinə, 7 nəfər əleyhinə, 22 nəfər isə bitərəf olmaqla, 104 fələstinlinin azadlığa buraxılması təsdiqlənib.
İsrail baş naziri Benyamin Netanyahu səsvermədən sonra bildirib ki, bununla bağlı bir qərar vermək həm onun, həm də nazirlər üçün olduqca çətin idi: “Amma dövlət naminə bəzi dövrlərdə çətin qərarlar qəbul etməli oluruq”.
Qeyd edək ki, səsvermə keçirilən zaman bir qrup israilli fələstinli məhbusların sərbəst buraxılmasına etiraz edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?