"Dekabr ayının 12-də cəbhə xəttinin müxtəlif istiqamətlərində 2 ədəd pilotsuz uçuş aparatını itirən erməni tərəfi hər zaman olduğu kimi absurd bəhanələr gətirməklə real faktı növbəti dəfə inkar etməyə çalışır".
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib. Advertising 14
"Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi utanmadan onlara məxsus vurulmuş PUA-ları bu dəfə guya “Azərbaycanlı uşaqların oyuncaqları” kimi qələmə verir. Halbuki, bu vaxtadək elə Yerevanın müxtəlif səviyyəli rəsmiləri özləri etiraf edərək Ermənistan ordusunun təminatına kustar üsulla və əldəqayırma pilotsuz uçuş vasitələrinin daxil edilməsi barədə dəfələrlə məlumatlar səsləndiriblər.
Fotonun sol və sağ künclərində pərlərdən də göründüyü kimi bu foto Ermənistana məxsus vurulan pilotsuz uçuş aparatlarından birindən əldə edilib. Fotoda PUA uçuşa buraxılmadan əvvəl aparatı idarə etmək üçün əlində pult olan hərbi qulluqçu və onun ətrafına toplaşan digər hərbçilərin prosesi izləməsi təsvir olunub.
Bu bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün fəaliyyətlərini yalnız yalan və saxtakarlıq üzərində qurmaqla dünya ictimaiyyətini aldatmağa cəhd göstərirlər". - deyə MN-dən qeyd olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?