Prezident İlham Əliyev Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsində 84 sərnişin və 8 ekipaj üzvünün həlak olması ilə bağlı həmkarı Putinə başsağlığı verib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Başsağlığı məktubunda deyilir: "Hörmətli Vladimir Vladimiroviç, "Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni sarsıtdı. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".
Sorğu
Yeni dizaynımız necədir?