Prezident İlham Əliyev Türkiyədə baş verən faciə ilə bağlı prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğana başsağlığı verdi. "gundemxeber.az" İlham Əliyevin həm prezidentə, həm də baş nazirə ünvanladığı başsağlığını təqdim edir: "Hörmətli cənab Prezident, Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm". "Hörmətli cənab Baş nazir, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?