Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs olunmaması cəmiyyətdə ciddi narazılıqla müşaiyyət olunmaqdadır. Hətta əksər ekspertlər, ictimai xadimlər Baş prokuror Zakir Qaralovu Eldar Mahmudovdan çəkinməkdə, onu həbs etməyə cəsarət etməməkdə günahlandırır. hüquq-mühafizə orqanlarından əldə etdiyimiz bir məlumatda məsələnin heç də belə olmadığı bəlli olub. Belə ki, MTN-in rəhbərliyinə daxil olan mütəşəkkil cinayətkar dəstənin həbsdə olan üzvlərinin cinayət işlərinin istintaqında Eldar Mahmudovun həbsi üçün kifayyət qədər hüquqi zəmin yarandığı, sübutlar ortaya çıxdığı bəlli olub. MTN-nin həbsdə olan yüksək vəzifəliləri istintaqa ifadələrində Eldar Mahmudov barəsində ifşaedici faktlar açıqlayıb. “Ancaq Mahmudov istintaqa cəlb olunsa da həbs olunmaması sırf siyasi məsələdir” deyən qaynağımız əlavə edir: “Eldar Mahmudovun həbsi üçün ölkə başçısının göstərişi lazımdır. Bu olmayınca Zakir Qaralovun həbs etməsi imkansızdır”. Mənbəmizin sözlərinə görə, Eldar Mahmudovun törətdiyi bütün cinayətlər nazir işlədiyi dönəmlərdə sahib olduqları varidat barəsində ölkə rəhbərliyinə lazimi informasiyalar təqdim edilib. “Baş prokuror oturub siyasi qərarı gözləyir” deyə mənbəmiz əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?