GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

Tarix: 5-01-2017, 20:49 Bölmə :Siyasət Baxış: 535
Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

“MTN mafiyası”nın qurbanlarından biri də məmurdur. Həm də sahibkar-məmur. Onun adı MTN qurbanlarının siyahısında sadəcə olaraq sahibkar kimi göstərilir. MTN-nin həbs edilən yüksək vəzifəli zabitləri ilə bağlı açılan cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş kimi tanınan Saleh Səmədov ifadəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də məmur olması haqda danışmayıb.
“Gündəm Xəbər” musavat.com-a istinadən bildirir ki, araşdırma zamanı məlum olub ki, “MTN çetesi”nin zərərçəkmişi kimi tanınan “Araz” MMC-nin sahibi Səmədov Saleh Mehralı oğlu həm də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiridir. Bundan əvvəl isə İmişli Rayon İcra Hakimiyyətində başqa vəzifələrdə də çalışıb.

Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

Saleh Səmədovla MTN-nin “ilk tanışlığı” necə olub?

İstintaq zamanı MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı mübarizə Baş idarəsi tərəfindən bir sıra vətəndaşların telefon nömrələrinin qanunsuz olaraq dinlənilməsi araşdırılarkən zərərçəkmişlər siyahısında Saleh Səmədovun da olduğu müəyyən edilib.

Zərərçəkmiş Saleh Səmədov istintaqa ifadəsində göstərib ki, 2015-ci ildə Nərimanov rayonu, H.Əliyev küçəsi ev 70 ünvanındakı mənzilindən çıxıb İmişliyə getmək istəyərkən tanımadığı nömrədən zəng gəlib. Özünü MTN-nin şöbə rəisi Natiq Alıyev kimi təqdim edən şəxs evinin qarşısına çıxmasını istəyib.
Evinin qarşısına çıxan S.Səmədov Natiq Alıyev və digər MTN əməkdaşları ilə qarşılaşıb. Və görüb ki, artıq MTN əməkdaşları sürücüsü Ramil Şirinovu saxlayıblar. O, həmin vaxt Ramil Şirinovun xəsarət aldığını da bilib. S.Səmədovdan MTN-ə gələməsi tələb olunub. Onunla birlikdə sürücüsü də nazirliyin binasına aparılıb.

Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

Tələb edilən məbləğ 1 milyon

MTN-də Natiq Alıyev ona Sübahir Qurbanovun göstərişi ilə gətirildiyini, sahibi olduğu “Araz” MMC-nin vergidən yayındığını və bu əməllərinə görə də həbs edəcəklərini deyib. S.Səmədov ifadəsində deyib ki, daha sonra söhbətə digər MTN əməkdaşı Fizuli Əliyev də qoşulub və həbs olunacağı barədə ona hədə-qorxu gəlib. Söhbətlərin və hədə-qorxunun sonunda S.Səmədovdan azadlığa buraxılması üçün 1 milyon dollar tələb edilib.
Bu qədər pulunun olmadığını deyən S.Səmədovu bir gecə MTN-də saxlayıblar. Səhər isə ona “güzəşt” edərək 300 min verməsini təklif ediblər. Məmur Səmədov bu təkliflə razılaşanda onu MTN-dən buraxıblar.

MTN-dən qapıya qədər “xidmət”

Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

S.Səmədovu Natiq Alıyev özünün “Audi Q7” markalı maşını ilə evinə aparıb. Məqsədi isə pulun bir hissəsini nağd şəkildə almaq imiş. S.Səmədovu evinə aparan N.Alıyev qapıda gözləyib ki, 100 min dolları isti-isti alsın. 100 min dolları alan Natiq Alıyev qalan 200 min üçün Səmədova 1 ay vaxt verildiyini söyləyib və gedib.

Bir ay sonra “MTN çetesi”nin qurbanları ilə daimi görüş yerlərindən olan “Sultan” kafesinə gələn Səmədov 200 min dolları da burada N.Alıyev və digərlərinə təhvil verib. Zərərçəkmiş şəxs qismində S.Səmədovun sürücüsü Ramil Şirinov da ifadə verib. O, döyüldüyü və hədə-qorxu gəlindiyi üçün zərərçəkmiş kimi tanınıb.
Müdiri Saleh Səmədov kimi eyni məzmunlu ifadə verən Ramil Şirinov telefon danışıqlarının dinlədiyinə əmin olduğunu da ifiadəsində deyib. Bu əminliyini onunla izah edib ki, MTN əməkdaşları onu saxlayarkən haradan gəldiyini, kiminlə görüşəcəyini, gün ərzində telefonda nə danışdığını bilirmişlər.
“MTN mafiyası”nın qanunsuz əməllərindən biri olan bu epizodla bağlı istintaqın gəldiyi nəticə belədir ki, Saleh Səmədovun telefon nömrələri üzrə əməliyyat-texniki tədbirlərin keçirilməsi ləğv edilmiş MTN-nin 4-cü Baş idrəsinin sabiq rəisi Sübahir Qurbanovun razılığı ilə, həmin idarənin sabiq rəis müavini Fizuli Əliyev tərəfindən təşkil edilib. Səmədovun olduğu yer və edəcəyi görüş barədə olan məlumatlardan istifadə etməklə, hər hansı rəsmi araşdırma olmadan MTN-ə məcburi gətirilməsi üçün istifadə edilib.

Eyni zamanda istintaq belə qənaətə gəlib ki, “Araz” MMC-nin vəzifəli şəxslərinə qarşı 2009-2015-ci illər ərzində ləğv olunmuş MTN-nin Ramin adlı və sabiq vəzifəli şəxsləri tərəfindən törədilmiş qanunsuzluqlar, hədə-qorxu ilə pul tələb edilməsi, rüşvət alınması xüsusatı üzrə cinayət əməlləri hazırda iş üzrə təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədovla birbaşa bağlı olmadığından, həmçinin, əlavə sübutların toplanmasına zərurət olduğundan bu epizod üzrə cinayət təqibi ayrıca cinayət işinin istintaqı çərçivəsində davam etdirilməlidir.
Məmur Saleh Səmədovdan hədə-qorxu ilə pul tələb olunması epizodu üzrə Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev də ifadə verib. S.Səmədovu evindən MTN gətirib, daha sonra isə evinə yola salan N.Alıyev deyib ki, adı çəkilən şəxsin ətrafında hər hansı texniki əməliyyat tədbirinin həyata keçirilməsi barədə məlumatı olmayıb.
N.Alıyev bildirib ki, Səmədovun MTN-ə gətirilməsi tapşırığını rəisi Fizuli Əliyev verib. Saleh Səmədovun və sürücüsünün dəqiq olaraq harada olması ilə bağlı məlumatı da F.Əliyevdən adlığını deyən N.Alıyev pul alınması məsələsindən xəbərsiz olduğunu söyləyib.
Qeyd edək ki, adları çəkilən MTN əməkdaşları qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşalra qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər. Son olaraq “Gündəm Xəbər” olaraq bildiririk ki, MTN çetesi sahibkarları həbs edirdisə, bəs onlarla bağlı hökmü elan edən hakimlərin əməllərinə hansı qiyməti vermək lazım gəlir? Axı, məhkəmə hakimləri ədalət prinsipini hər zaman qorumalı və ədalətli qərarlar da çıxartmalıdır. Çünki, onlar çıxartdıqları qərarları öz adlarından deyil, məhz Azərbaycan Respublikası adından elan edirlər. Deməli, məsuliyyətin bir yükü çoxsaylı şəxsləri azadlıqdan məhrum edən hakimlərin də üzərinə düşür
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MASKALILAR ŞÖBƏ MÜDİRİNİ EVİNDƏN APARIB – 300 min dollarını aldılar

    MASKALILAR ŞÖBƏ MÜDİRİNİ EVİNDƏN APARIB – 300 min ...

    5-01-2017, 12:53

  • 
  • "MTN əməkdaşı" tutuldu

    "MTN əməkdaşı" tutuldu ...

    17-10-2015, 13:58

  • 
  • Vilyam Hacıyev Prezident Admnistrasiyasında kimdən tapşırıq alıb?

    Vilyam Hacıyev Prezident Admnistrasiyasında ...

    2-10-2015, 18:43

  • 
  • “MTN işi”nin istintaqı uzun çəkəcək

    “MTN işi”nin istintaqı uzun çəkəcək ...

    21-01-2016, 21:09

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (514)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu