GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi

Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi

Tarix: 8-01-2017, 22:31 Bölmə :Siyasət Baxış: 478
Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi

İslahata əngəl olan kabinet dəyişdiriləcəkmi?

Vüsal Qarayev: “Hökumətdən radikal addımlar gözləməyə dəyməz”

Əli Orucov: “Mövcud kabinet çox bacarıqsızdır”

Elman Fəttah: “İdarəetmə islahatlarına getməyəcəklər”

Ümidlər var ki, 2017-ci ildə Nazirlər Kabinetinin tərkibi dəyişəcək. Müzakirələrə və istəklərə, o cümlədən, səsləndirilən fikirlərə insansaq, il ərzində Baş nazir Artur Rəsizadədən tutmuş ən sonuncu dövlət komitəsinin rəhbərinədək ciddi dəyişikliklər olacaq. Gələn məlumatlara görə, hakimiyyət daxilində uzun müddətdir müzakirə olunan bu məsələ 2017-ci il üçün nəzərdə tutulan planlar içindədir.

Hesab olunur ki, mövcud kabinet işlək və davam edən sosial-iqtisadi böhrandan ölkəni çıxaracaq qədər texnokrat deyil. Artıq bu, o müzakirələrə yol açıb ki, mövcud Nazirlər Kabinetinin ölkəni sosial problemlərə apara biləcək, proseslərə səthi münasibəti, yaxud münasibətsizliyi təhlükə mənbəyidir. Deputat Əli Məsimli də son müsahibəsində bu məsələyə toxunub və deyib ki, hökumətin belə fəaliyyəti dövlətçiliyimizə təhlükədir. Söhbət Nazirlər Kabinetinin dəyişdiriləcəyindən, ya da mövcud komandanı saxlamaqla, işlək vəziyyətə gətiriləcəyindən gedir. Müzakirələrə qoşulan bir sıra ekspertlər də kabinetin fəaliyyətində ciddi dəyişiklərin olacağını istisna etmirlər.

“Daxildə qarşıdurmalar artacaq”

Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi

AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət”ə bildirib ki, il ərzində hökumətdən ciddi, radikal struktur dəyişiklikləri gözləməyə dəyməz. Lakin AXCP rəsmisi bununla belə, müəyyən dəyişikliklərin olacağını istisna etməyib: “Bəlkə də kabinetin tərkibində hansısa dəyişiklik olacaq, amma bu, hər zamankı kimi səthi, ölkənin siyasi, sosial, iqtisadi gündəminə ciddi təsir etməyəcək dəyişikliklər ola bilər. Hətta hökumət istəsə belə, radikal, köklü dəyişikliyə gedə bilməz. Hakimiyyət daxilindəki iqtisadi klanların mövcudluğunu, onların idarəetmə, qəbul edilən qərarların üzərində təsirlərinin olduğunu, nüfuzlarını unutmaq olmaz. 2017-ci ildən gözləntim budur ki, iqtisadi vəziyyət daha da ağırlaşacaq. Pul, gəlir, büdcə azaldıqca hökumətin daxilində ciddi didişmələr olacaq.

Bu da təbii ki, xalqın onsuz da ağır olan güzəranını daha da acınacaqlı hala salacaq. Sırf Nazirlər Kabinetinin yenilənməsinə gəlincə, bunun üçün baş nazir də daxil olmaqla, ən azı 90 % dəyişiklik olmalıdır”.

“Bacarıqsızdırlar, oturub ölümlərini gözləyirlər”

Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi

AMİP siyasi şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə kabinetin bu tərkibdə nəsə əldə edəcəyini, hansısa müsbət addımlar atacağını düşünmədiyini bildirib. Ə.Orucov mövcud kabinetin bacarıqsız olduğunu da diqqətə çatdırıb: “Bu komandanın müsbət iş əmsalı yoxdur. Kabinetdə oturanların əksəriyyəti qocadır, ölmək üçün günlərini sayırlar. Yəni, belə bir sistemin irəlini fikirləşməsi mümkün deyil. Kabinetə yeni kadrlar cəlb etməkdən əlavə, yanaşma dəyişməlidir. Məsələn, təhsil naziri postuna gənc kadr təyin olundu, nazirliyin tərkibi dəyişdirildi. Amma nəticəsi olmadı, çünki yanaşma dəyişmədi. Əksinə, vəziyyət əvvəlkindən də pis günə düşdü. Təsəvvür edin ki, ölkədə 80 mindən çox uşaq təhsildən kənarda qalıb. Lənkəranda 200-dən çox müəllim öz ixtisasından verdiyi testdən keçə bilmədi. Bu o deməkdir ki, sistemin özü dəyişməlidir. Sistemin özündə ciddi qüsurlar var. Bu olmasa, hansısa struktur islahatlarına gedilməyəcək, bu yöndə addımlar atılmayacaq”.

“Gözləməyə dəyməz”

Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi

Müsavat Partiyası başqanının müavini Elman Fəttah “Cümhuriyət”ə deyib ki, hökumət nə 2017-ci ildə, nə də gələn il ciddi idarəetmə islahatlarına getməyəcək. E.Fəttah hesab edir ki, bu siyasi sistemdən xalqın lehinə hansısa qərar verəcəyini gözləmək əbəsdir: “Gözləntimiz yoxdur. Konstitusiyaya əlavə və dəyişikliyi nəzərdə tutan referendum keçirildi. Nəticəyə uyğun olaraq vitse-prezidentlik institutu yaradıldı, amma keçən dövrdən bu günədək hansısa təyinat yoxdur.

Bu, icra strukturunun dəyişməsi anlamına gəlirdi, Nazirlər Kabinetinin alternativi kimi görünürdü. Amma bu da ortada yoxdur. Ölkədə inkişaf və müsbət dəyişikliklərin baş verməsi üçün bütövlükdə hökumət dəyişməlidir, yəni indiki hakimiyyət dəyişməlidir. Buna görə də bu hökumətdən heç nə gözləmirik”.(cebhe.info)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlər Kabinetinin indiki tərkibi dəyişə bilər: «Hər an qərarın verilməsi mümkündür» - Kimlər yol üstündədir?

    Nazirlər Kabinetinin indiki tərkibi dəyişə bilər: ...

    21-11-2014, 02:11

  • 
  • Artur Rasizadə işinin başındadır” - Nazilər Kabinetindən AÇIQLAMA

    Artur Rasizadə işinin başındadır” - Nazilər ...

    15-07-2013, 11:07

  • 
  • Nazirlər Kabinetinin  tərkibi: kim haralıdır?

    Nazirlər Kabinetinin tərkibi: kim haralıdır? ...

    23-11-2014, 01:39

  • 
  • Nazirlər Kabinetində atışma: Polis güllələndi

    Nazirlər Kabinetində atışma: Polis güllələndi ...

    4-12-2014, 23:38

  • 
  • Baş nazir postunda hakimiyyətdaxili oyunlar

    Baş nazir postunda hakimiyyətdaxili oyunlar ...

    21-04-2013, 13:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu