Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu FETÖ-nun 15 iyun çevrilişə cəhd gecəsi xarici ölkələrin XİN rəhbərləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinə zəng edib. Bu barədə Anadolu Agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. Çavuşoğlu çevrilişə cəhd gecəsindən başlayaraq, qısa müddətdə NATO baş katibi Yens Stoltenberq, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Avropa Şuasının baş katibi Tyorborn Yaqland, ABŞ Dövlət katibi Con Kerri, İngiltərə Xarici İşlər naziri Boris Conson, İran Xarici İşlər naziri Cavad Zərif, Fransa Xarici İşlər naziri Jan Mark Ayro, Ukrayna Xarici İşlər naziri Pavel Klimkin, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və s. olmaqla ümumilikdə 35 ölkənin xarici siyasət idarəsinin rəhbərinə zəng edib. Maraqlı məqam odur ki, Çavuşoğlunun həmin gecə zəng etdiyi xarici siyasətlə məşğul olmayan yeganə nazir Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Çavuşoğlunun bu nazirləri və beynəlxalq qurum rəhbərlərini çevriliş cəhdi barədə məlumatlandırdığı ehtimal olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?