GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyev Abid Şərifovu hədələdi

İlham Əliyev Abid Şərifovu hədələdi

Tarix: 14-01-2017, 12:18 Bölmə :Siyasət Baxış: 572
İlham Əliyev Abid Şərifovu hədələdi

Xəbər verildiyi kimi ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib. Prezident iclasdakı yekun nitqində iqtisadiyyatın bir çox sahələri ilə bağlı mövcud olan problemlər və planlar barədə danışıb.

Prezidentin çıxışında yer verdiyi məqamlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədədir.

Prezidentin çıxışından belə məlum olur ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb. Və İlham Əliyev bildirib ki, limanın birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Prezidentin çıxışından sitat : “Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər»


Bəs prezidentin bu sərt xəbərdarlığı kimlərə ünvanlanıb? Strateji əhəmiyyət daşıyan iqtisadi layihənin həyata keçirilməsini ləngidənlər, bu işə görə məsuliyyət daşıyanlar kimlərdir?

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməli 2010-cu ildə qoyulub. Kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.

Nəqliyyat Nazirliyinin rəsmi saytında göstərildiyi kimi liman kompleksinin 400 hektarlıq ərazisinin tikintiyə hazırlanması, habelə Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi “Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də “Evrascon” ASC tərəfindən aparılmaqdadır.

Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın “Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilib.

Prezidentin çıxışından dərhal belə nəticəyə gəlmək olar ki, iradların Hollandiya şirkətinə dəxli yoxdur. Bu iradlar məhz yerli şirkətə-“Evrascon” ASC-yə aiddir. Çünki limanın quru hissəsində tikinti, kran və qurğuların alınıb quraşdırılması işləri məhz bu şirkətə sifariş verilib. Və belə məlum olur ki, prezident ötən il ərzində limanın tikintisini bilavasitə nəzarətində saxlayıb və yaranmış problemlərə görə hansısa iri məmurlar buna görə əməlli başlı tər tökməli olublar.

“Evrascon” ASC (Əvvəlki adı “Azərkörpü” ASC) baş nazirin müavini Abid Şərifova bağlı şirkət hesab edilir. Mətbuat Şərifovun “Evrascon”la bağlılığına dair əvvəllər dəfələrlə yazıb. O da yazılıb ki, bu şirkət hazırda ciddi maliyyə sıxıntısı içərisindədir, şirkətin digər layihələrində işləyən fəhlələr aylarla əmək haqqı ala bilmir. Dəfələrlə “Evrascon”un işçilərinin əmək haqqının ödənilməsi tələbi ilə aksiyalar keçirdiyi məlumdur. Bir sözlə, “Evrascon” Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi tikintisi vaxtında tamamlanmalı olan strateji layihə üçün heç də yaxşı reputasiyalı podratçı hesab edilə bilməz. Axı bu layihədən ölkə iqtisadiyyatının şaxələndirilməsi, Azərbaycan üzərindən keçən İpək Yolu beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılması və beləliklə də ölkənin tranzit gəlirlətinin artımı baxımından çox şey asılıdır. Necə ola bilər ki, podratçı şirkət dövlət büdcəsindən tikinti üçün ayrılmış vəsaitləri istifadə etməyib? Bu, doğrudan da ciddi məsuliyyətsizlik və təsərrüfatsızlıq hesab oluna bilər. Və belə görünür ki, prezidentin səbri tükənib və o, Abid Şərifova bağlı şirkətə sonuncu sərt xəbərdarlığını edib. Cəza tədbirlərindən birinin nədən ibarət olacağını da deyib-büdcə vəsaitləri hesabına inşa edilən tikinti layihələrinə buraxılmamaq. Bu isə “Evrascon” ASC üçün tam iflas demək olardı.

“Evrascon” ASC-in icraçı direktoru Manaf Şirinov özü də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. Mətbuatda yazılanlara görə o, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında şikayətlənib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə görə 50 milyon manatlıq sifariş verilmişdi. Və tələb edilmişdi ki, işlər vaxtında təhvil verilsin. Ancaq M.Şirinov iddia edir ki, həmin pulu ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. O vaxt isə manat artıq dəyərdən düşmüşdü. “Biz layihəni işləmək üçün məcbur olub maliyyə institutları ilə müqavilə bağlayaraq kreditlər aldıq. Özü də dollar və avro ilə”-Şirinov şirkətin səhmdarlarına niyə divident vermədiyi haqda narazılıqlara cavab olaraq özünü müdafiə etməyə çalışıb. (Virtualaz.org)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı limanının tikintisi ilə bağlı YENİ XƏBƏR

    Bakı limanının tikintisi ilə bağlı YENİ XƏBƏR ...

    21-11-2016, 14:46

  • 
  • İlham Əliyev Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayırdı

    İlham Əliyev Prezidentin Ehtiyat Fondundan 5 ...

    18-02-2016, 20:22

  • 
  • Prezident İlham Əliyev nazirləri topladı

    Prezident İlham Əliyev nazirləri topladı ...

    1-09-2015, 14:23

  • 
  • İlham Əliyev Nazirlər Kabineti ilə bağlı sərəncam verdi

    İlham Əliyev Nazirlər Kabineti ilə bağlı sərəncam ...

    21-10-2013, 13:29

  • 
  • Bakı təmiz göllər şəhəri olacaq

    Bakı təmiz göllər şəhəri olacaq ...

    11-01-2015, 11:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu