GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İqbal Ağazadənin bir milyonluq videoları...

İqbal Ağazadənin bir milyonluq videoları...

Tarix: 15-01-2017, 19:00 Bölmə :Siyasət Baxış: 470
İqbal Ağazadənin bir milyonluq videoları...

İqbal Ağazadənin bir milyonluq videoları...Ümid Partiyasının sədri: “Milli Məclisdəki çıxışlarım olan elə videolar var ki...”

Son zamanlar sosial şəbəkədə Ümid Partiyasının sədri İqbal Ağazadənin 2015-ci ilə qədər deputat olduğu dönəmdə Milli Məclisdəki müxtəlif çıxışlarının videosu yayılır. İndiyə qədər heç yerdə efirə verilməyən həmin çıxışlarda İqbal Ağazadə tənqidlə yanaşı ölkədə iqtisadi, maliyyə vəziyyətinin ciddi tədbirlər görülməyəcəyi halda pisləşəcəyini bəyan edir, belə olmaması üçün təkliflər irəli sürür.

İqbal Ağazadənin illər sonra, özü də artıq deputat olmadığı vaxtda parlament çıxışlarının videosunun sosial şəbəkədə yayılması maraq və sual doğurur. Həmin videoların yayılması nostaljidən irəli gəlir, yoxsa “zamanında demişdim” taktikasından qaynaqlanır?

İqbal Ağazadə bildirdi ki, Milli Məclisdəki çıxışları hələ o dövrlərdə youtube-də yerləşdirilib və indi sosial şəbəkədə yayılması onun özünün yox, digər müxtəlif sosial şəbəkə iştirakçılarının addımıdır: “Həmin çıxışlar tarixin müxtəlif dönəmlərində sosial şəbəkə iştirakçıları tərəfindən paylaşılıb. Adətən həmin videolar biz tərəfdən yox, daha çox sosial şəbəkə iştirakçıları tərəfindən paylaşılır və böyük maraqla qarşılanır. Bunun təşəbbüskarı əslində biz deyilik. Təşəbbüskar sosial şəbəkədə digər iştirakçılardır. Biz də onlara ”bunu etməyin" deyə bilmərik.

Edirlər və böyük maraqla da qarşılanır. Mənim Milli Məclisdəki çıxışlarım olan elə videolar var ki, bir milyondan yuxarı izləyicisi var, on minlərlə paylaşım edilir. Biz də bunu kənardan izləyirik. O videoalar ən azı ona görə maraqla qarşılanır ki, o çıxışların heç bir efirə verilməyib, heç biri vətəndaşlara göstərilməyib. Sosial şəbəkənin imkanlarından, həm də sosial-iqtisadi vəziyyətin ağırlığından və problemlərin çoxluğundan insanlar daha çox maraq göstərir baxır. İnsanlar baxır və deyir ki, sən demə zamanında bütün bunları deyilibmiş.

O videoların yayılması bizim bir nostaljimiz deyil. Biz siyasi proseslərdə nostalji ilə hərəkət etməmişik və etmirik. Sözümüzü demişiksə, Azərbaycan dövlətinin və xalqının maraqları üçün demişik. Bundan sonra da deyəcəyik. O dövrdə dediklərimizi indi paylaşırlar və dəyər verirlərsə, onlara sadəcə minnətdarlıq etmək borcumuzdur".

İqbal Ağazadə vaxtı ilə Milli Məclisdəki çıxışlarında ciddi real tədbirlər görülmədiyi halda ölkənin sosial, iqtisadi durumunun ağırlaşacağı barədə dedikləri mənfi proqnozların xeylisinin gerçəkləşməsindən qətiyyən sevinmədiyini vurğuladı: “Ürək ağrısı ilə qarşılayıram mənfi proqnozların gerçəkləşməsini. O zamanlar hökumət üzvlərinə dəfələrlə bildirirdim ki, bu sistem dünyada təcrübədən uğurla çıxmayan, iflasa uğramış sistemdir, bu sistemlə uzağa getmək mümkün deyil, bu sistemi dəyişmək lazımdır. Təkliflərimizi də irəli sürürdük. Təəssüflər olsun ki, hətta 10 il əvvəl dediyimiz fikirlər bu gün özünün təsdiqini tapdı, hökumət o mənfi proqnozların reallaşmaması üçün addımlar atmadı. Bu gün də proqnozlarımız və həmin proqnozların gerçəkləşməməsi üçün irəli sürdüyümüz təkliflər var. Təəssüf ki, bu təklifləri də nəzərə almırlar. Bir neçə il sonra deyəcəyik ki, bunu da zamanında demişdik. Mən heç vaxt sadəcə tənqid etməmişəm, təkcə proqnozlar verməmişəm. Mən həm də təkliflər irəli sürmüşəm ki, nə etmək lazımdır. Təkliflərimin arxasında da kifayət qədər əsaslandırılmış arqumentlər qoymuşam. Sadəcə üzülürəm ki, gəldik bu mərhələyə çatdıq. Halbuki, bizim ölkəmiz tamam fərqli vəziyyətdə ola bilərdi.

Dünya iqtisadi krizisi artıq bitib. Artıq dünyanın inkişaf etməkdə olan ölkələrində iqtisadi göstəricilər müsbət saldo ilə özünü göstərir. Yalnız neftdən asılı olan ölkələrdə mənfi saldolar var. Azərbaycanın görməli olduğu işlər var. İstər mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılmasından tutmuş izafi büdcə xərclərinə yol verməməkdən tutmuş iqtisadi sferada Azərbaycana xas doktrina qəbul olunmasına qədər çoxsaylı təkliflərimiz var idi. Təəssüf ki, qəbul olunmadı. Nəticə isə ortadadır.

Buna görə çox üzgünəm. Mən heç bir halda Azərbaycanın kataklizmlərlə üzləşməsini arzulamıram. Heç bir halda dövlətimin zəifləməsinin tərəfdarı deyiləm.

Hakimiyyətdə YAP-ın, yoxsa Ümid Partiyasının olması mənim üçün ikinci dərəcəlidir. Mənim üçün birinci dərəcəli məsələ dövlətin, xalqın mənafeyidir. Dövlətim güclü olsun, demokratik azad cəmiyyət qurulsun, insanlarımızın sosial rifahı yaxşı olsun, güvənli cəmiyyətdə yaşasınlar heç biz heç vaxt hakimiyyətə gəlməyək. Bu, mənim üçün qəbul olunmuş ehkamdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqbal Ağazadənin müavini istefa verdi

    İqbal Ağazadənin müavini istefa verdi ...

    10-10-2013, 14:33

  • 
  • İqbal Ağazadənin dairəsində şok gəlişmə - Nəticələr dəyişir

    İqbal Ağazadənin dairəsində şok gəlişmə - ...

    2-11-2015, 15:24

  • 
  • İqbal Ağazadənın “125”ləri dağılır – İstefa dalğası

    İqbal Ağazadənın “125”ləri dağılır – İstefa ...

    12-06-2015, 14:26

  • 
  • MSK İqbal Ağazadənin dairəsinin nəticələrini sıfırladı

    MSK İqbal Ağazadənin dairəsinin nəticələrini ...

    6-11-2015, 01:11

  • 
  • MSK sədri Araz Əlizadə ilə İqbal Ağazadənin nəticələrini açıqladı - Foto (Yenilənib)

    MSK sədri Araz Əlizadə ilə İqbal Ağazadənin ...

    2-11-2015, 15:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu