Nazirin vitse-prezidentlik yolunu nə bağladı? Kənd təsərrüfatı naziri vitse-prezidentlik ümidlərini itirib
Mənbənin məlumatına görə, Heydər Əsədov aqrar sektorun inkişafı üçün islahatçılar komandasında təmsil olunmaq niyyətində imiş.
Nəqliyyat naziri Ziya Məmmədovun qudası olan KTN rəhbərinin ambisiyaları beşikdə boğulub. H.Əsədov Trampın prezident seçilməsindən sonra iki nazir qudanın haimiyyətdə daha yüksək postlara gedəcəyinə həvəslənmişdi.
İqtidar “mətbəx”indən gələn son xəbərə görə, H.Əsədovun planı iflas edib. Nazirin 6 vitse-prezident postundan birinə göz dikməsinə baxmayaraq, ona “qırmızı işıq” yandırılıb.
Mənbə qeyd edir ki, KTN şefinin şansları var idi. Postneft dövründə aqrar sektorun inkişafı üçün konsepsiya ilə çıxış etmək, islahatlar paketi təqdim etmək əlverişli fürsət idi.
Ancaq Əsədov nazir fəaliyyəti dövründə heç nə ilə yadda qalmadı. Əksinə, ekspertlər də, şikayət məktubları da, təqdim olunan faktlar da belə rəy yaradıb ki, H.Əsədov aqrar sektoru sıradan çıxarıb.
Aqrar sahənin intensiv inkişafına birbaşa əngəllər yaradan problemlərin həllini qeyri-peşəkərlardan formalaşdırılmış Kənd Təsərrüfatı Nazirliyinin ümüdünə qoymaq olmaz.
Qeyri-peşəkarlığın səviyyəsinə bax ki, Nazirliyin məsul sözçüsü iki-üç gün bundan öncə televiziyaların birinə müsahibə verərkən bildirir ki, ölkədə 2016-cı ildə filan hektar çay plantasiyası salınıb, filan hektarda da fındıq tingi əkilib.
Bunun müqabilində cari ildə çay və fındıq istehsalında kəskin artım gözlənilir. Nazirlikdə məsul vəzifə tutan bu adam ən azından bilmir ki, çay tingi əkildikdən 7 il , fındıq tingi isə 4 il sonra məhsul verir.
Xəbərdə bildirilir ki, həm aqrar sektorda qeyri-peşəkar olması, həm Trampın tramplin ola bilməməsi Heydər Əsədovun vitse-prezidentli yolunu bağlayıb.
KTN şefi nazir oğlunun qayınatasıdır. Bu da kürəkənin sayəsində nazir qayınatanın iqtidarda mövqelərinin möhkəmlənməsi ilə nəticələnə bilərdi.
Hakimiyyət daxilində daşların tərpənməsinə əsas səbəb Vaşinqtonda Ağ ev sahibinin dəyişməsi olub. Kimsənin ağlına gəlməzdi ki, Tramp qalib gələ bilər və Məmmədovların çiçəyi çırtlaya bilər, bu da kürəkəni Trampla işbirliyi olan KTN şefinin iqtidarda dayaqlarını gücləndirər.
Məlum olur ki, birinci vitse-prezident və vitse-prezidentlər müvafiq situasiyalarda prezidentin səlahiyyətlərini icra etmək statusuna malikdirlər. Bu da hakimiyyət daxilində ikincilik uğrunda mübarizəni yenidən alovlanmasına səbəb olub.
Vergilər naziri Fazil Məmmədov, prezidentin köməkçisi Natiq Əmirov, Dəmir Yolları QSC sədri Cavid Qurbanov, İqtisadiyyat naziri Şahin Mustafayev və başqalarının adları çəkilib.
Həmin siyahıya Ziya Məmmədovla Heydər Əsədovun qoşulması rəqabəti qızışdırıb. Bundan sonra vitse-prezidentlik uğrunda kompromat savaşı daha da alovlanacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?