GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “MƏNDƏN BAŞQA HANSI NAZİR DÖYÜŞDƏ İŞTİRAK EDİB?” – Keçmiş müdafiə nazirindən sərt açıqlama

“MƏNDƏN BAŞQA HANSI NAZİR DÖYÜŞDƏ İŞTİRAK EDİB?” – Keçmiş müdafiə nazirindən sərt açıqlama

Tarix: 29-01-2017, 20:44 Bölmə :Siyasət Baxış: 352
“MƏNDƏN BAŞQA HANSI NAZİR DÖYÜŞDƏ İŞTİRAK EDİB?” – Keçmiş müdafiə nazirindən sərt açıqlama

“İndi Daşaltı əməliyyatını faciə adlandırırlar, KİV-lər yazır ki, əməliyyatda 90 nəfər itki verilib. Bütün bunlar cəfəngiyyatdır, hamısı bir-birindən götürüb səhv məlumatları yazır. Əməliyyat zamanı cəmi 34 nəfər həlak olmuşdu, bununla bağlı məhkəmə də olub. İndi rəqəmləri 90-a qaldırırlar. Leyla Yunus demişdi ki, orada 120 nəfər zabit həlak olmuşdu, halbuki o zaman Müdafiə Nazirliyinin ştatında cəmi 47 nəfər zabit olmuşdu”.

Bu sözləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Tacəddin Mehdiyev “Daşaltı əməliyyatı” haqqında danışarkən deyib.

T.Mehdiyev daha sonra bunları əlavə edib: “Əməliyyat zamanı erməni tərəfdən 80 nəfər həlak olmuşdu. Bütün dünya praktikasında belədir ki, hücum edən tərəf müdafiə olunan tərəfdən 3 qat artıq itki verməlidir. İndi o yalançı rəqəmləri belə götürsək, yəni bizdən 90, ermənilərdən 80 nəfər həlak olub desək, yenə də buna uğursuz əməliyyat demək olmaz. Bu rəqəmləri kimlərin sifarişiylə şişirdirlər bilmirəm, heç olmazsa orada döyüşən insanlara qiymət versinlər. Onlar igidlik göstəriblər, onların əməyinin üzərindən xətt çəkməsinlər. Bu ürəkağrıdıcı bir şeydir. O əməliyyatda döyüşənlər vətəni sevən insanlar olublar və fədəkarcasına döyüşüblər. Erməniyə hücum edən tərəf biz olmuşuq və erməni bizdən qat-qat artıq itki verib. Satqınlıq nəticəsində əməliyyat pozulub, tam qələbəylə başa çatmayıb. Amma bir kəndə girilib, kənd götürülüb və buna görə də Daşaltı əməliyyatı uğurlu əməliyyat sayılır. Bu ayrı məsələdir ki, kəndi axıracan əlimizdə saxlaya bilməmişik, satqınlıq nəticəsində geri çəkilmişik”.

Sabiq nazir onu da vurğulayıb ki, belə məsələlər haqqında yazanda, danışanda həqiqəti yazmaq, demək lazımdır: “Azərbaycan ordusunun bütün komanda heyəti cəsarət tapıb, hücum əməliyyatları keçirsəydi, heç nəyimiz olmayan vaxtda da biz heç bir torpağımızı itirməzdik. Bu məsələlərdə yazanda vətənpərvər mövqe tutmaq lazımdır. Məsələn, aprel ayında verən hücum əməliyyatı oldu və orada da itkilər verdik. İndi durub orada həlak olanların sayını şişirtmək insanlarda ruh düşkünlüyü yaratmaq olar. Daşaltı əməliyyatı ilə bağlı da demək lazım idi ki, hücum edən tərəf müdafiə olunan tərəfdən az itki verib. Amma başladılar yalan yazmağa, yalan deməyə, güya mən səriştəsizlik etmişəm. Məndən başqa hansı müdafiə naziri döyüşdə şəxsən iştirak edib? Kim öz övladıyla gedib döyüş gedən bölgədə iştirak edib? Bəsdirin daha, bu xəyanətə, satqınlığa son qoymaq lazımdır. Biz orada can qoyduq, ancaq bizi satdılar. Satqınlığın başlanğıcı da məhz oradan başladı, qoymadılar biz qələbə qazanaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daşaltı əməliyyatından 22 il ötür

    Daşaltı əməliyyatından 22 il ötür ...

    26-01-2014, 00:39

  • 
  • Əfqanıstan Silahlı Qüvvələri Qəndəhar aeroportuna hücumu dəf edib, 61 nəfər həlak olub

    Əfqanıstan Silahlı Qüvvələri Qəndəhar aeroportuna ...

    10-12-2015, 20:13

  • 
  • Türkiyə Parlamentinin atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb

    Türkiyə Parlamentinin atəşə tutulması nəticəsində ...

    16-07-2016, 11:13

  • 
  • Azərbaycanda 1 gündə 9 adam həlak oldu

    Azərbaycanda 1 gündə 9 adam həlak oldu ...

    3-08-2015, 15:55

  • 
  • İki hərbçi həlak olub

    İki hərbçi həlak olub ...

    28-03-2016, 14:33


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (232)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu