Azərbaycanda həyata keçirilən siyasətin məqsədi ölkəni gücləndirmək, müstəqilliyi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib. Prezident sosial məsələlərin həllinin bütün proqramlarda nəzərdə tutulduğunu bildirib: “Azərbaycan vətəndaşı daha da yaxşı yaşamalıdır. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşıya məqsəd kimi qoyulub. Prezident məmurun xalqın xidmətçisi olduğunu, vətəndaşa xidmət, kömək göstərməli olduğunu qeyd edib: “Məmur özünü təvazökar aparmalı, özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?