GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » NAZİRİN BÖYÜK ETİRAFININ SİRRİ AÇILDI

NAZİRİN BÖYÜK ETİRAFININ SİRRİ AÇILDI

Tarix: 5-02-2017, 20:21 Bölmə :Siyasət Baxış: 630
NAZİRİN BÖYÜK ETİRAFININ SİRRİ AÇILDI

Prezident konfransı tərk edəndən sonra nə baş verib?

Konfransı sonadək “demokratik ab-havada” davam etdirmək niyə mümkün olmayıb?

Yanvarın 30-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans bir-sıra maraqlı məqamları ilə yadda qalıb. Xüsusən də onun, əgər belə demək mümkünsə, ikinci hissəsi…
Qeyd edək ki, iş adamlarının, sahibkarların da iştirak etdiyi konfransda nazirlərin çıxışından sonra Prezident İlham Əliyev yekun nitqi söyləyərək, toplantını tərk edib. Bundan sonra konfrans iqtisadiyyat naziri Şahin Müstafayev, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə davam etdirilib. Prezidentin göstərişi ilə onlar sahibkarların problemlərini dinləyiblər.
Həmişə əvvəlcədən hazırlanmış mətnlərlə çıxış edən sahibkarların inkişafdan, qayğıdan danışmasına, ən uzağı ümumi problemləri qabartmasına öyrənən nazirlər, konfransın ikinci hissəsini də mətbuatın iştirakı ilə davam etdirərək, zaldakı iş adamlarına çıxış imkanı yaradıblar. Bir növ konfransı demokratik ab-havada keçirdiklərini nümayiş etdirmək üçün zala mikrofon paylayıblar. Hər kəsə çıxış etmək, sual vermək imkanı yaradıblar. Ancaq daxil olan ilginc məlumata görə, qarşılaşdıqları mənzərə bunu çox davam etdirməyə imkan verməyib.
Belə ki, Prezidentin yekun nitqində söylədiyi fikirlərdən cəsarətlənən iş adamları nazirləri çox çətin suallar qarşısında qoyub, çaş-baş vəziyyətə salıblar…

NAZİRİN BÖYÜK ETİRAFININ SİRRİ AÇILDI

Qeyd edək ki, konfransdakı yekun çıxışında ölkə prezidenti İlham Əliyev məmurlara xəbərdarlıq edərək, korrupsiya və rüşvətxorluq hallarına son qoymağı, insanların qayğılarına diqqətlə yanaşmağı, kobudluğa, yekəxanalığa yol verməməyi tapşırıb: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır… Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim…”.
Məhz Prezidentin bu çıxışından çəsarətlənən və ölkədə yaranmış böhranla bağlı ciddi çətinliklərlə üzləşən iş adamları konfransın ikinci hissəsində sözün həqiqi mənasında “od püskürüblər”.
Mikrofonu götürüb çıxış edən sahibkarların demək olar ki, hamısı dövlət qurumlarına, əsasən də vergi və gömrük orqanlarına qarşı ciddi iradlar səsləndiriblər. Vergi orqanlarında, gömrükdəki neqativ hallarla bağlı konkret faktlar ortaya qoyaraq, nazirdən və komitə sədrindən cavab istəyiblər.

Məsələn, sahibkarlardan biri vergi orqanlarının ondan 1 milyon pul tələb etdiyini söyləyərək, nazir Fazil Məmmədovdan bunun əsaslandırmasını istəyib. Nazir deyib ki, belə bir şey olmamalıdır. Digərləri gömrüklə bağlı konkret məsələlər ortaya qoyublar (Bizə verilən məlumata görə GK sədri Aydın Əliyev konfransı digər həmkarlarından tez tərk edib-red.).
Belə bir mənzərə ilə qarşılaşacaqlarını gözləməyən nazirlər, komitə sədri iş adamlarının çıxışları, sualları qarşısında çıxılmaz vəziyyətə düşüblər. Verilən suallara cavab verməkdə çətinlik çəkiblər.
Vergilər naziri Fazil Məmmədovun neçə gün mətbuatın müzakirə predmeti olan məşhur açıqlamasını da məhz iş adamlarının çıxışları, sualları qarşısında çətin vəziyyətə düşərək, qeyri-ixtiyari olaraq verdiyi bildirilir.
Xatırladaq ki, nazir tezliklə “artıq vergi ödəmələrinin” ləğv oluna biləcəyini bəyan edib. “Cənab Prezidentin verdiyi qanunvericilik aktlarına və mənə verdiyi şifahi göstərişlərə əsasən artıq ödəmələr sistemi tezliklə ləğv olunacaq. Amma qanunvericilikdə nəzərdə tutulanlar istisna olmaqla”, - deyə F. Məmmədov ölkə ictimaiyyətini bu etirafı ilə şoka salmışdı.
Ancaq nə onun qanunsuz “haqq” yığımının etirafına dair bu çıxışı, nə də Aydın Əliyevin vəziyyəti düzəldəcəklərinə, şəxsən nəzarətə götürəcəyinə dair fikirləri sahibkarları sakitləşdirməyib. Çıxış üçün ayağa duranlar konkret faktlar ortaya qoymaqla, onlardan problemlərin həlli üçün hansı addımlar atılacağına dair cavab istəyiblər.
Vəziyyətin belə hal alması nazirləri konfransda yaratdıqları demokratik ab-havaya son qoymağa məcbur edib. Əvvvəlcə media təmsilçilərini konfrans zalından çıxarıblar. Sonra isə zala çıxışlar üçün paylanılmış mikrofonlar yığılıb. Bundan sonra konfrans qapalı şəkildə davam etdirilib. Və çox güman ki, ənənəvi qaydada…

İ.İsmayılbəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıbala Abutalıbov Prezidentə hesabat verdi

    Hacıbala Abutalıbov Prezidentə hesabat verdi ...

    23-12-2013, 14:00

  • 
  • Prezident İlham Əliyev: "Bu il bütün sosial proqramlar tam icra ediləcək"

    Prezident İlham Əliyev: "Bu il bütün sosial ...

    26-01-2016, 13:50

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • İlham Əliyev məmurlara və övladlarına xəbərdarlıq etdi - Video

    İlham Əliyev məmurlara və övladlarına xəbərdarlıq ...

    26-01-2016, 17:10

  • 
  • İlham Əliyev “Naz-lifan” tövsiyyə etdi, Nazim İbrahimov 200 minlik “Mercedes” aldı - FOTOLAR

    İlham Əliyev “Naz-lifan” tövsiyyə etdi, Nazim ...

    12-10-2016, 11:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu