GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Deputatdan yarımayan Binəqədi

Deputatdan yarımayan Binəqədi

Tarix: 8-02-2017, 01:11 Bölmə :Siyasət Baxış: 568
Deputatdan yarımayan Binəqədi

Kəmaləddin Qafarovla Madər Musayevin dosyesi

“Paytaxtın Binəqədi rayonu üzrə üç deputatı var. Onlar Azay Quliyev, Kəmaləddin Qafarov və Madər Musayevdir. Azay Quliyev ölkənin ictimai-siyasi həyatında fəal deputatdır. Həm beynəlxalq müstəvidə, həm yerli arsenalda onun fəaliyyətini, mətbuatda çıxışlarını, parlamentdə təkliflərini görmək mümkündür. Amma eyni sözləri adıçəkilən iki deputat haqda söyləmək mümkün deyil. Çünki onların fəaliyyəti biznes müstəvisindədir”.

Binəqədili seçicilərin sözlərinə görə, hər iki deputatdan yarımayıblar. Seçicilər K.Qafurovla M.Musayevin fəaliyyətsizliyindən, mandata şəxsi biznesin toxunulmazlığı kimi baxmasından da beziblər.

Onlar taleyi ilə barışıblar deyə hər iki deputatdan xeyir görməyən seçicilər biznes işində onlara uğur arzulayırlar. Seçicilər yazırlar ki, M.Musayevlə K.Qafarovu onların canına urcah edənlərdə günah görürlər.

“Kəmaləddin Qafarov və Madər Musayev Binəqədi rayonunda seçki ərəfəsində mələk kimi görünürdülər. Görən deyərdi ki, qarşıdakı 5 ildə də belə olacaqlar, xidmət göstərəcəklər. Elə ki seçki qurtardı, hər iki deputat qeybə çəkildi. Yəqin ki, 2020-ci il seçkilərində zühur edəcəklər. Onların başı biznesə elə qarışıb ki, növbəti seçkidə ayılacaqlar. Paytaxtın Binəqədi kimi böyük rayonunun deputatı fəal olmalıdır. Bu rayonun sosial problemlərindən tutmuş iqtisadi çətinliklərinə qədər xirtdəyə çatıb. Belə bir böyük rayonun millət vəkili daim seçiciləri ilə təmasda olmalı, görüşlər keçirməli, Binəqədi rayon icra hakimiyyəti ilə danışıqlar aparmalıdır”.

Adı ilk dəfə eşidilən və elə ilk dəfə deputat seçilən Kamaləddin Qafarovu nəinki seçiciləri tanımır, həmkarları və mətbuatda ilk dəfə onunla tanışdır.

İndiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib. Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov ölkənin ən vacib sahəsinin - Səhiyyə Komitəsinin üzvüdür.

Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır.

Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı olub. Bu biznesin toxunulmazlığı da mandat sayəsində baş tutub. Beləcə daha bir biznesmen deputatın sayı parlamentdə artıb.

Hacı Madərin millət vəkili kimi seçicilərini qane etmədiyi və yalnız mandatdan biznesinin toxunulmazlığını qoruması üçün istifadə etdiyi deyilir.

Bu seçkilərdə də öz biznesini inkişaf etdirmək üçün deputatlığa namizəd olması hacı Madərin seçiciləri tərəfindən narazılıqla qarşılanıb. Onlar məntəqələrə gedərkən bu namizədə səs verməyəcəklərini söyləyiblər.

Onun Binəqədidə bir sıra biznes sahələrinə sahib olduğu söylənilir. Bu baxımdan böyük bir marketlər şəbəkəsinin məhz deputata bağlı olduğu da iddialar sırasında yer alıb.

Məlumatlara görə, Madər Musayevə məxsus marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur. Sadəcə, yaxın adamlarının adına sənədləşdirilib. Bir zamanlar Hacı Madər demişdi ki, deputatlıqdan həzz alır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Seçkilərdən sonra deputatınızı görmüsünüzmü?" — Binəqədidən videosorğu

    "Seçkilərdən sonra deputatınızı ...

    25-02-2016, 16:44

  • 
  • Parlament jurnalistləri Azay Quliyevin seçki qərargahında olublar

    Parlament jurnalistləri Azay Quliyevin seçki ...

    26-10-2015, 14:28

  • 
  • “European Tobacco” deputatdan alınıb

    “European Tobacco” deputatdan alınıb ...

    28-06-2013, 13:48

  • 
  • Azay Quliyev seçki kampaniyasına yekun vurdu

    Azay Quliyev seçki kampaniyasına yekun vurdu ...

    30-10-2015, 23:30

  • 
  • Kamaləddin Qafarov deputatdır yoxsa kəşfiyyatçı? - İlginc dosye

    Kamaləddin Qafarov deputatdır yoxsa kəşfiyyatçı? ...

    26-01-2017, 00:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu