GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kamaləddin Qafarov deputatdır yoxsa kəşfiyyatçı? - İlginc dosye

Kamaləddin Qafarov deputatdır yoxsa kəşfiyyatçı? - İlginc dosye

Tarix: 26-01-2017, 00:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 382
Kamaləddin Qafarov deputatdır yoxsa kəşfiyyatçı? - İlginc dosye

Paytaxtın Binəqədi kimi böyük rayonunun millət vəkili barəsində informasiyalar məxfi saxlanır; nəinki seçiciləri, həmkarları və mətbuat da onu tanımır, spikerin isə yadından çıxıb

Adı dərman biznesinə və Milli Onkologiya Mərkəzindəki xəstələri soğan qabığı kimi soymaq işinə qarışmış mandat sahibi nəhayət ki, vikipedik məlumat yerləşdirib

Paytaxtın Binəqədi kimi böyük rayonunun deputatı fəal olmalıdır. Bu rayonun sosial problemlərindən tutmuş iqtisadi çətinliklərinə qədər xirtdəyə çatıb.

Belə bir böyük rayonun millət vəkili daim seçiciləri ilə təmasda olmalı, görüşlər keçirməli, Binəqədi rayon icra hakimiyyəti ilə danışıqlar aparmalıdır.

***

“Gündəm-Xəbər”in məlumatına görə, adı ilk dəfə eşidilən və elə ilk dəfə deputat seçilən Kamaləddin Qafarovu nəinki seçiciləri tanımır, həmkarları və mətbuatda ilk dəfə onunla tanışdır.

İndiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib. Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov ölkənin ən vacib sahəsinin - Səhiyyə Komitəsinin üzvüdür. Amma istər tibbi sığorta, istərsə tibb işçilərinin əmək haqları mövzusunda ağzını açıb danışmayıb.

Deputatla bağlı vəziyyət o dərəcədə idi ki, vikipediyada bioqrafik məlumat belə yox idi. Sanki millət vəkili deyil, kəşfiyyatçıdır, bütün informasiyalar məxfi saxlanır.

Hərçənd ki, K.Qafarov Binəqədi kiim böyük rayondan deputatdır. Bu tənqidlərdən və mediada səslənən ittihamlardan sonra deputat vikipedik məlumat yerləşdirib.

Çünki internet resurslarında Kamaləddin Qafarov yazanda seçki ərəfəsində 1-2 görüşü, dərman biznesinin olması haqda xəbərlər meydana çıxır.

Yeni avtobioqrafik məlumatda deyilir ki, 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. Rus və türk dillərini bilir.

2015-ci ildə 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.

Partiya mənsubiyyəti - Yeni Azərbaycan Pariyasıdır. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür. Ailəlidir, dörd övladı var.

Qəribədir ki, peşəsi maliyyəçi olan K.Qafarov onkoloji xəstəliklərin müalicəsi gedən tibb ocağında direktor müavinidir, üstəgəl də deputatdır.

Əslində, iqtisadi bilikləri olan bir deputat kimi təkcə səhiyyə yox, həm də Azərbaycanın indiki maliyyə sabitliyinin pozulmasından danışmalıdır.

Yəni, devalvasiya, böhran, çıxış yolları haqda fikir yürütməlidir, parlamentə və hökumətə təkliflər paketi olmalıdır. Amma heç səhiyyə sahəsindən belə danışmır. Sanki mandat susmaq üçün verilib.

Onu da deyək ki, deputat haqda bu günlərdə yayılan son xəbər valideynini itirməsi olub. K.Qafarovun atası, tanınmış həkim-farmaseft Nəsrəddin Qafarov uzun sürən ağır xəstəlikdən sonra yanvarın 4-də dünyasını dəyişib. Hörmətli deputata başsağlığı verir, Allahdan rəhmət diləyirik.

***

Bununla belə, “Gündəm-Xəbər”in məlumatına görə, millət vəkiliin passiv fəaliyyəti binəqədli seçiciləri də narazı salıb. Azərbaycanın siyasi-iqtisadi həyatı qaynar qazan kimi olduğu vaxtda K.Qafarov özünü Mozambikin deputatı kimi aparır.

Millət vəkilinin işi MM-də müxtəlif mövzularda çıxış etməkdir, məsələlər qaldırmaqdır. Adıçəkilən deputatı isə bir rəyini bilmək mümkün olmayıb.

Onun nə yağış fəlakəti ilə bağlı Binəqədidəki rüsvayçılıq haqda çıxışı var, nə rayon sakinlərinin şikayətinə reaksiyası, nə də yanan bina və digər hadisələr barədə mövqeyini görmək olar.

Yerli sakinlər və seçicilər də deputatını tanımır. Onların sözərinə görə, Qafarovun üzünü görməyiblər.

Deputat referendumla bağlı kiçik açıqlama verib və konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığını deyib. Bu baxımdan Qafarovu 5-ci çağırış seçkilərinin ən passiv deputatı adlandırmaq olur.

Parlamentarilər müxtəlif məsələlərə münasibət bildirir: bank sektoru, manatın taleyi, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələri, Qarabağ problemi və s. aktual mövzular ətrafında fikirlərini açıqlayır. Amma bu çıxışların heç birində Qafarovu görmək mümkün deyil.

***

“Gündəm-Xəbər”in məlumatına görə, K.Qafarovun adı Milli Onkologiya Mərkəzinin direktor müavini kimi də müxtəlif neqativ məsələlərdə hallanır.

Media üzərindən yayılan xəbərlərdə deyilir ki, bir qrup vətəndaş bu şəraitin yaranmasında səhiyyə naziri Oqtay Şirəliyevlə deputat Kamaləddin Qafarovu suçlayır.

Onların sözlərinə görə, Onkoloji Mərkəzin rəhbəri Cəmil Əliyevlə müavini Kəmaləddin Qafarov onkoloji xəstələr üçün manatın məzənnəsinə uyğun xidmət edir.

Həyatda yaşamaq ümidi itirilmiş bu xəstələrin kimyaterapiyası 300-400 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir.

Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutulmuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.

Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.

Klinika rəhbərliyi ölüm ayağında olan vətəndaşlara qarşı amansız rəftarı ilə diqqət çəkir. Səhiyyə nazirinə bu tibb ocağından kütləvi şikayətlər daxil olmaqdadır.

Eyni zamanda Prezidentə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də şikayət ərizələri göndərilir.

Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə qat-qat ucuz həyata keçirilir. K.Qafarov isə tibb ocağını necə idarə edirsə, seçicilərinə də qarşı elə millət vəkilidir.

Hətta bu günlərdə tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədə Milli Onkologiya Mərkəzini tənqid edib: “Bir müddət əvvəl şəxsiyyətinə hörmət bəslədiyim bir nəfər otağıma gəlib, sadəcə, onu dinləməyimi xahiş etdi.

Qardaşının həyat yoldaşının xərçəng xəstəliyinə tutulduğunu, bir həftədir onun müalicəsi ilə bağlı Milli Onkologiya Mərkəzində olduğunu bildirdi.

Maddi cəhətdən heç nəyə ehtiyacı olmasa da orada gördüklərini, xəstələrin durumunu mənə danışdıqca bir neçə dəfə ağladı.

Sonda özünün heç bir köməyimə ehtiyacı olmadığını və əgər imkanım olarsa, oradakı xəstələrin vəziyyətini az da olsa yüngülləşdirmək üçün bacardığımı etməyimi xahiş etdi”.

***

“Gündəm-Xəbər”in məlumatına görə, K.Qafarovun Mərkəzdəki gəlirləri dərman bazarında biznes qurmasına şərait yaradıb.

Mediada yer alan və deputat tərəfindən bu günədək təkzib olunmayan məlumatı diqqətinizə çatdırırıq. Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır.

Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır.

Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi

ilə bağlı olub. Bu biznesin toxunulmazlığı da mandat sayəsində baş tutub. Beləcə daha bir biznesmen deputatın sayı parlamentdı artıb.

Bu il bir çox deputatlar çıxışlarında yol verdikləri səhvlərlə xalqın qınağına tuş gəldilər. Son olaraq YAP-çı deputat Astan Şahverdiyevin Rusiyada çalışan həmyerlilərimizi “otxod” adlandırması bu məsələni bir daha gündəmə gətirdi.

Ardınca Hadı Rəcəblinin şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi ciddi ictimai qınağa tuş gəldi.

Hüseynbala Mirələmovun əhaliyə “az yeyin” deməsi isə bardağı daşıran son damla oldu. Bu günlərdə YAP-dan olan deputat İqbal Məmmədovun da gənc qarovulçunu döyməsi barədə mətbuatda məlumat yayıldı.

Təbii ki, bu məqamda ötən ilin dekabrında Məhəmməd Əmin Rəsulzadəni təhqir edən YAP-çı deputat Naqif Həmzəyevi də unutmaq olmaz...

Necə deyərlər, bu cür deputatları olan iqtidara heç müxalifət lazım deyil. Onlar mütəmadi olaraq çıxışlarında yol verdikləri bu səhvlərlə həm özlərinin, həm də hakim partiyanın imicinə ciddi şəkildə zərbə vururlar.

Bir sözlə, iqtidara əleyhinə hazırki müxalifətdən daha çox “iş görürlər”. Eləcə də siyahıda Kamaləddin Qafarov kimi passiv, “lal” deputatlar da var.

Onlar da xalqla təmas qurmur, işləmir, problemləri vaxtında həll etmir və nəticədə günün birində hansısa rayonda əhali ayağa qalxır, iqtidara başağrısı yaradır.

Deputatlar gərgin proseslərə qoşulmurlar, mətbuata çıxmaqdan çəkinirlər. Cəmiyyət onsuz da onlara layiq olduqları qiyməti verir.

İstər Hadı Rəcəbli, istər Naqif Həmzəyev, istərsə də Astan Şahverdiyevlə bağlı ciddi ictimai qınaq var. Onlar nə qədər üzr istəsə də həm iqtidarın siyasəti üçün, həm də özləri üçün mənfi imic formalaşdırırlar.

Hakimiyyət zaman-zaman onun siyasətinə arxadan zərbə endirən, mövqeyini zəiflətmək istəyən, xalqla üz-üzə qoyan, əhalini qıcıqlandıran çıxışlar edən məmurları cəzalandırıb.

Onlar ya işindən azad edilib, ya susdurulub, ya da bir müddət sonra kiçik bir vəzifəyə təyin edilməklə etimadsızlar siyahısına salınıb.

Yaxın keçmişdə İsmayıllı, Quba hadisələri, bəzi deputatların artıq-əskik çıxışları buna bariz nümunədir. Prezident İlham Əliyev xalqın heysiyyatına toxunan məmurları əsla bağışlamayıb.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AXTARIŞA” VERİLƏN DEPUTAT

    “AXTARIŞA” VERİLƏN DEPUTAT ...

    7-03-2016, 17:07

  • 
  • Əliağa Hüseynovu bir görən varmı?.. - Biz yox... seçiciləri onu axtarır!

    Əliağa Hüseynovu bir görən varmı?.. - Biz yox... ...

    15-10-2015, 20:48

  • 
  • Eldar Mahmudovun daha bir ortağı üzə çıxdı – Deputat Rüfət Quliyevlə bağlı şok faktlar açıqlandı

    Eldar Mahmudovun daha bir ortağı üzə çıxdı – ...

    20-10-2015, 13:34

  • 
  • "Seçkilərdən sonra deputatınızı görmüsünüzmü?" — Binəqədidən videosorğu

    "Seçkilərdən sonra deputatınızı ...

    25-02-2016, 16:44

  • 
  • “Milyarderlər İttifaqı”nın “KQB-şnik” üzvünün “mandat” sevgisi və GİZLİNLƏRİ…

    “Milyarderlər İttifaqı”nın “KQB-şnik” üzvünün ...

    11-09-2015, 16:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu