Bu gün Sabunçu rayon məhkəməsində ləğv edilən MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib. gundemxeber.az "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin onların barəsində olan həbs qətimkan tədbiri qərarının ev dustaqlığı ilə əvəz olunması üçün verdikləri vəsatətlər təmin olunmayıb.
Prokuror zərərçəkən Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun digər prosesdə təqsirləndirilən Akif Çovdarovun da müdafəçisi olduğunu deyib və onun bu prosesdən uzaqlaşdırılmasını istəyib. Prokurorun vəsatəti təmin edilib və K.Nəsibov prosesdən uzaqlaşdırılıb.
Məhkəmə iclası başa çatdıqdan sonra polisin nəzarətində olan general Natavan Mirvətova məhkəmə binasından çıxarkən jurnalistlərə açıqlama verməkdən imtina edib və suallara "rədd olun buradan",- deyərək maşınına əyləşərək uzaqlaşıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?