Azərbaycan Prezidentinin sərəncamı ilə Nəqliyyat Nazirliyinin ləğv olunması təkcə nazir Ziya Məmmədovun karyerasına son qoymadı. Azərbaycanlı ən varlı nazir müavinlərindən olan nəqliyyat nazirinin müavinləri Musa Pənahov və Arif Əsgərovun sonunun necə olacağı da sual altındadır. Ləğv olunmuş Nəqliyyat Nazirliyindəki mənbənin verdiyi məlumata görə, hər iki nazir müavini dünən səhər saatlarında iş yerlərinə gəliblər. Olduqca üzüntülü görünən Musa Pənahovla Arif Əsgərov bir neçə dəqiqə nazirliyin həyətində gəzişiblər. Hər iki şəxsi pəncərədən seyr edənlər onların məyusluqlarını açıq şəkildə görə biliblər. Təxminən 3-dəqiqə söhbətləşən hər iki oliqarx iş otaqlarına keçiblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?