«Azəryolservis» rəhbəri nəqliyyat nazirinə qarşı olan qüvvələri bir araya gətirir gundemxeber.az Nəqliyyat naziri Ziya Məmmədovla müavinləri arasında çəkişmə başlayıb. Məlumata görə, nazirin rəhbərlik etdiyi qurumda yaratdığı mühit nazirlik işçilərinin qəzəbinə səbəb olub. Artıq nazirliyin rəhbər işçiləri nəqliyyat nazirinin bu hərəkətlərini həzm edə bilməyib və ona qarşı çıxıblar. Mənbə deyir ki, nazirlikdəki məsul şəxslər artıq Ziya Məmmədova qarşı «soyuq müharibə» elan edib. Artıq işçilər Ziya Məmmədovdan üz döndərib və nazirin amansız iş rejiminə etiraz ediblər. Bir sözlə, Ziya Məmədovun nazirlikdə hegemonluğu və işçilərə qarşı amansız mövqedə olması nazirə baha başa gəlib. Mənbənin dediyinə görə, nazirə qarşı çıxan işçilər nəqliyyat nazirinin müavini, «Azəryolservis» MMC-nin rəhbəri Cavid Qurbanovun ətrafında birləşməyi qərara alıb. Mənbə daha bir maraqlı məlumat da açıqlayıb. Məlumata görə, nazirə qarşı başlanılan kampaniyaya Cavid Qurbanovla hətta düşmən mövqeyində olan, Musa Pənahovun dala qoşulduğu bildirilir. Mənbə deyir ki, uzun müddət eyni strukturda işləməsinə baxmayaraq bir-birinə düşmən kəsilmiş Musa Pənahovla Cavid Qurbanov artıq Ziya Məmmədovu yıxmaq üçün birləşmək məcburiyyətində qalıb. Hazırda Ziya Məmmədova qarşı başlanmış kampaniyaya bir tərəfdən Musa Pənahov, digər tərəfdən isə Cavid Qurbanov dəstək verir. Mənbə hazırda Ziya Məmmədovun nazirlikdə çətin duruma düşdüyünü deyir. Onun sözlərinə görə, əvvəlcə Musa Pənahov və Cavid Qurbanovun kampaniyaya dəstək verdiyini eşidən Ziya Məmmədov hər iki şəxsi vəzifəsindən azad etmək istəsə də cəhdi baş tutmayıb. Nazirə bu barədə yuxarıdan mesaj gəlib və ona hegemonluğuna son qoymaq tapşırığı verib. Əli hər yerdən üzülən nəqliyyat naziri artıq məcburiyyət qarşısında Musa Pənahov və Cavid Qurbanovla danışıqlar aparmaq qərarı verib. Mənbə deyir ki, artıq Ziya Məmmədov və kampaniyaının dayandırılması üçün lazımi addımlar atmağa hazır olduğunu bildirib. Amma nazir müavinləri Ziya Məmmədovun bu təklifini qəbul etməyib və kampaniyada iştirak etmədiklərini bildirib. Onu da qeyd edək ki, nəqliyyat nazirinə qarşı yaradılmış kompaniyada ən cimddi fiqurlardan biri məhz Cavid Qurbanov sayılır. Çünki, C.Qurbanov bu vaxta qədər bir neçə siyasi oyunlarda uğur qazanıb. O, zamanında Eldar Həsənovdan tutmuş, İsgəndər Həmidova qədər, İsgəndər Həmidovdan tutmuş Ziya Məmmədova qədər hamının üzünə gülüb. Bu gülüşlər onu vəzifə pillələrində yüksəldib. Bu gün artıq C.Qurbanov ciddi fiqura çevrilib. Nəqliyyat naziri Ziya Məmmədov şokdadır. Həmişə «bəli» və «xeyr» sözlərindən başqa söz işlətməyən Cavid Qurbanov üçün artıq Ziya Məmmədov «boss» deyil. Ziya Məmmədov yetişdirdiyi kadrın düşmənə çevrilməsitni həzm edə bilmir, yanlışlıqları ardıcıllıqla təkrarlayırdı. Bunlardan məharətlə istifadə edən Cavid Qurbanov isə yazıq görkəmində bu dəfə prezident İlham Əliyevin üzünə gülümsəyir. Bu gülümsərlik qəbul olundu və beləcə Cavaid Qurbanovun yeni həyat zamanı başladı. Cavid Qurbanovun başqa uğuru isə bu idi ki, o, artıq Eldar Həsənovdan sonra Kəlbəcər camaatının ağsaqqalı kimi özünü tanıtdırır, hətta Miskin Abdal nəslinin son dayağı kimi özünə şəcərə də yaratmışdı. O, artıq aristokrat bir şəcərənin imkanlı davamçısına çevrilmişdi. Bəylər Əyyubovun yaxınlarının yaşadığı kəndlərə belə yol çəkdirməyi özünə şərəf bilən cənab Qurbanov bu gün tam imkanları ilə generalın xidmətlərindən yararlanır. Bu komandada nə qədər olacağını deyə bilmərik, amma bu gün hakimiyyət daxilində ən ciddi mübarizələrdən biri Ziya Məmmədovla Cavid Qurbanov arasında gedir. Müavin artıq nazirinə qalib gəlmək üzrədir...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?