GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir...

Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir...

Tarix: 23-02-2017, 21:34 Bölmə :Siyasət Baxış: 387
Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir...

Xəbər verildiyi kimi bu gün Azərbaycan müdafiə naziri Zakir Həsənov, Baş qərargah rəisi Nəcməddin Sadıqov və silahlı qüvvələrin komandanlığına daxil olan digər şəxslər təmas xəttində yaranmış əməliyyat şəraiti ilə bağlı təcili ön xəttə yola düşüb. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Zakir Həsənova cəbhədə yaranmış vəziyyət barədə kəşfiyyat məlumatları təqdim olunub. Bildirilib ki, düşmən təmas xəttinə əlavə qüvvələr, artilleriya sistemləri və texnika cəmləşdirir, qoşunların yenidən qruplaşdırılması aparılır. Zakir Həsənov düşmənə qarşı müvafiq cavab tədbirlərinin görülməsini əmr edib. Bu, təmas xəttində vəziyyətin dramatik ölçülərdə gərginləşməsindən xəbər verir.

Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir...

Qeyd etmək lazımdır ki, təmas xəttində ağır silahlardan istifadə olunmaqla yeni eskalasiya təqribən 2 həftə əvvəldən başlayıb. Və bu, Ermənistanda aprelə təyin olunmuş parlament seçkilərinin həlledici mərhələsinin, seçki bloklarının formalaşmasının yekunlaşması dövrünə təsadüf etmişdi.
Bu seçkilərdə Serj Sərkisyanın “Lifik Samo, “Rufo” və digər bu kimi kriminal mənşəli ayamalara malik oliqarxların yer aldığı, müdafiə naziri Vigen Sərkisyanın başçılığı ilə tərtib olunmuş seçki siyahısına qarşı həm ənənəvi müxalifət, həm Sərkisyanın komandasından bu yaxınlarda ayrılmış iri məmurlar-Seyran Ohanyan, Ovik Abramyan, Vardan Oskanyan və digərləri çıxış edəcək. Bu seçkilərin Sərkisyanın zəifləmiş siyasi mövqeləri fonunda, onun üçün heç də asan keçməyəcəyini təxmin etmək olar. Deməli təmas xəttində eskalasiya indi Serj Sərkisyana hava-su kimi gərəkli hesab edilməlidir.

Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir...

Təmas xəttində yeni eskalasiya başlatmaqla Sərkisyan nəyə nail olmaq istəyərdi? Belə görünür ki, onun məqsədi ötən ilin aprel döyüşlərində itirilmiş mövqelərin ən azı bir qisminin geri qaytarılmasına cəhd etmək, yaxud təmas xəttinin digər istiqamətlərində yeni mövqelər ələ keçirmək ola bilər. Hansı ki, erməni generalları və səhra komandirləri ötən ilin aprelindən bu yana vaxtaşırı olaraq itirilmiş ərazilərin geri qaytarılmasının “tezliklə baş verəcəyi” haqda bəyanatlar səsləndirirlər.

Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir...

Məsələn, bu günlərdə Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının katibi” (həmin vəzifəyə ötən il təyin olunub), general Vitali Balasanyan Talış kəndində olarkən apreldə itirilmiş ərazilərin “tezliklə azad ediləcəyi” haqda danışıb. Yaxud Ermənistan ordusunun Baş qərargah rəisi, general Movses Akopyan bir neçə gün əvvəl Azərbaycanla sərhəd Tavuş vilayətindən olan gənclərlə görüşü zamanı həmin regionun Movses kəndinin sakinlərinə “tezliklə təhlükəsiz şəraitdə yaşamaq” vədi verib.
General Movses deyib ki, onun adını daşıyan kəndin Azərbaycan mövqelərindən atəşə tutulmasının qarşısı “birdəfəlik alınacaq”. “Biz həmin istiqamətdə onlara qarşı cəza tədbiri həyata keçirəcəyik”-Movses Akopyan Azərbaycan ordusunun strateji yüksəklikdə yerləşən mövqeyinə hücumun olacağını anons edib.

Ermənistan ordusunun apreldə itirilmiş əraziləri geri almaq cəhdinin baş tutması mümkün olmasa belə (Azərbaycan ordusunun düşmənin ilk belə cəhdinə qarşı necə dağıdıcı zərbə vuracağını təxmin etmək çətin deyil-müəl.) təmas xəttində eskalasiya Sərkisyanın hakimiyyəti üçün seçkilərdə çox lazımdır. Bir qayda olaraq Ermənistandakı bütün seçkilərdə əsas “kozır” Qarabağ məsələsi olur və indi belə eskalasiya Sərkisyana xalqı öz hakimiyyəti ətrafında birləşdirməyə nail olmaq üçün işə yaraya bilər. Bu baxımdan təmas xəttində yaranmış son vəziyyət kifayət qədər ciddidir və Azərbaycan ordusunun komandanlığının təcili ön xəttə yollanması yaranmış vəziyyətin sıradan eskalasiya olmadığını deməyə əsas verir.
Belə vəziyyətdə nə gözlənilir və Azərbaycan ordusu hansı cavab tədbirləri görə bilər, yaxud görməlidir?

Birinci növbədə silahlı qüvvələrimiz düşmənin cəmləşmə rayonlarını dəqiq müəyyən edərək həmin qüvvələrin hərəkətə keçmə məqamında ləngimədən güclü əks-zərbələr endirməlidir. Bu, təmas xəttindən nisbətən aralıda mövqe tutmuş uzaqvuran artilleriya və zenit-raket sistemlərimiz vasitəsilə edilə bilər. Digər addım zirehli texnikanın ön xəttə yaxınlaşdırılması və düşmənin zirehli-piyada bölmələrinin mümkün həmləsini dəf etmək üçün hazırlıqların aparılması, təmas xəttinə sürətlə əlavə canlı qüvvə yerləşdirilməsi, o cümlədən xüsusi təyinatlıların qəfil əməliyyatlar üçün hazırlıq vəziyyətinə gətirilməsi ola bilərdi. Habelə düşməni cəmləşmə rayonlarından geriyə oturtmaq üçün başqa preventiv tədbirlərin görülməsi də heç şübhəsiz ki, komandanlıq tərəfindən nəzərdən keçirilir. Heç bir halda yol vermək olmaz ki, düşmən ötən ilin aprelində aldığı zərbələrdən sonra lovğalanmaq üçün hansısa üstünlüklər əldə etsin.

Fərhad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

    Qoşunların təmas xəttində növbəti monitorinq ...

    10-05-2016, 12:00

  • 
  • Əsgərimiz şəhid oldu

    Əsgərimiz şəhid oldu ...

    30-11-2015, 18:29

  • 
  • ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirib

    ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas ...

    9-06-2016, 00:39

  • 
  • Erməni komandanlığı Azərbaycan tanklarının döyüş mövqeyinə çıxdığını təsdiqlədi - (Yenilənib)

    Erməni komandanlığı Azərbaycan tanklarının döyüş ...

    2-02-2014, 13:03

  • 
  • Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və Ağdam rayonlarında olublar

    Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və ...

    1-05-2016, 22:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu