27 fevral 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Yığıncaqda, KXCP-nin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qəbul etdiyi qərarların icrası haqqında deyilənlər nəzərə alınmışdır.
Dövlətimizə qələbə arzulayan KXCP - İdarə Heyətinin yığıncağında, işğal olunmuş ərazilərimizdə gedən son döyüşlər, düşmənin və onun beynəlxalq dəstəkçilərinin məkirli siyasəti, Azərbaycan tərəfinin təcavüzkarlara adekvat münasibət göstərmədiyi haqqında, geniş müzakirələr aparılmış , uyğun qərarlar qəbul edilmişdir.
Yığıncaqda təşkilati məsələlər də müzakirə edilmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?