Klassik Xalq Cəbhəsi Partiyasının 18 iyul 2016-cı ildə İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
KXCP İdarə heyəti, Azərbaycan hökümətinin elektrik enerji daşıyıcıları qiymətlərinin son artırılmasına münasibət bildirib :
Ümumdünya səviyyəsində uzun müddətdir enerji daşıyıcıların qiymətinin ciddi azalması fonunda ölkədə birdən birə elektrik enerjisi daşıyıcılarının qiymətinin qaldırılmasını süni, məntiqsiz və elmi cəhətdən əsaslandırılmamış sayan KXCP, hakimiyyətin növbəti dəfə büdcə problemlərinin, qüsurlu idarəçiliyinin, çatışmamazlıqların vətəndaşların hesabına həll edilməsi cəhdi kimi qiymətləndirir.
KXCP, topdansatışla pərakəndə istifadəçilərin ödənişində ciddi fərqin vətəndaşların əleyhinə həll olunmasını yol verilməz hesab edir.
KXCP hesab edir ki, Tarif Şurası bu məsələyə yenidən baxmalı və yeni infilyasiya dalğası yaradacaq qərarına düzəliş etməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?