Ölkə parlamentinin siyasi repressiya qurbanları və siyasi partiyalar haqqında qanunlara dəyişiklik etməyə hazırlaşdığı bildirilir. Bu haqda Milli Məclisdən bildiriblər. "Siyasi partiyalar haqqında qanun"a dəyişikliklər təklif edilir. Bundan başqa “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna da dəyişiklik layihəsi hazırlandığı qeyd edilir. Hər iki qanunlara təklif olunan dəyişikliklər Milli Məclisin insan hüquqları komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Dəyişiklik təkliflərinin detalları açıqlanmır. “Siyasi partiyalar haqqında qanun" 1992-ci il iyunun 3-də qəbul olunub. Qanuna son dəyişiklik 2015-ci ilin mart ayında edilib. “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanun isə 1996-cı ildə qəbul edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?