Bu barədə martın 1-də məlumat yayılıb. Mənbənin məlumatına görə, müqavilə ilə xidmət edən hərbi qulluqçu Nver Babacanyan saat 16:50 radələrində aldığı güllə yarasından keçinib. Qondarma Dağlıq Qarabağ rejiminin hərbi rəhbərliyi mövqelərinə 10 mərmi düşdüyünü bildirir. Qeyd edək ki, son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində silahlı toqquşmalar, atışma və itkilərin sayının artdığı müşahidə olunur. Tərəflər bir-birlərini atəşkəs rejimini pozmaqda günahlandırırlar.
Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 144 dəfə pozublar. Nazirliyin məlumatında qeyd edilir ki, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib. Məlumatda Ermənistan tərəfinin öz itkilərini gizlətdikləri iddia edilir.
Sorğu
Yeni dizaynımız necədir?