GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev: "Status-kvonun dəyişməsi Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir"

Prezident İlham Əliyev: "Status-kvonun dəyişməsi Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir"

Tarix: 16-03-2017, 22:19 Bölmə :Siyasət Baxış: 525
Prezident İlham Əliyev: "Status-kvonun dəyişməsi Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir"

Status-kvonun dəyişməsi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir.

gundemxeber.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib:

Dövlət başçısı bildirib: "Azərbaycan özü də erməni təcavüzü, ərazimizin işğalı nəticəsində müharibə və humanitar fəlakətdən əziyyət çəkir. Bu işğal 20 ildən artıqdır ki, davam edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır.

Orada bütün infrastruktur dağıdılmış, bütün tarixi və dini abidlərimiz isə məhv edilmişdir. ATƏT oraya faktaraşdırıcı iki missiya çərçivəsində nümayəndə və müşahidəçi göndərmişdir. Onların hesabatlarında aydın bildirilir ki, orada bütün tikililər, Azərbaycanın tarixi irsi tamamilə məhv edilmişdir.

Bu münaqişə Ermənistanın öz qonşusuna qarşı təcavüzünün, habelə separatçılığın və müharibənin nəticəsidir. Bir milyon azərbaycanlı bundan əziyyət çəkir, qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu rəqəm isə dünyada adambaşına düşən qaçqın sayına görə ən yüksək göstəricilərdəndir.

Bu gün Azərbaycan əhalisinin sayı 10 milyona yaxındır. Münaqişə başlayanda bu rəqəm 8 milyona bərabər idi. Yəni 8 milyonun 1 milyonu 1990-cı illərin əvvəlində yurd-yuvasından məhrum edildi. Bu, gənc bir dövlət üçün çox ciddi siyasi, iqtisadi və sosial problem idi. Çünki həmin vaxt Azərbaycan yoxsul ölkə idi, iqtisadi xaos hökm sürürdü və gələcək iqtisadi inkişaf üçün vasitələr mövcud deyildi. Bundan əlavə isə işğal edilmiş ərazilərdən gəlmiş 1 milyon insanın ehtiyaclarını təmin etmək lazım idi.

Əlbəttə, o zamandan bəri Azərbaycan inkişaf etmişdir və biz soydaşlarımız üçün lazımi yaşayış şəraiti yaratmaq iqtidarındayıq. Ancaq münaqişə həll olunmamış qalır.

Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etmişlər ki, orada Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir və burada sitat gətirmək istəyirəm, "dərhal və qeyd-şərtsiz olaraq Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması" tələb olunur.

Lakin həmin qətnamələr kağız üzərində qalır, Ermənistan onlara məhəl qoymur və onların qəbul edilməsindən artıq 25 il keçib. Bütün bunlar bir tərəfdən beynəlxalq qurumlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Digər tərəfdən, bu, bir daha ardıcıl mövqeyin olmamasını göstərir. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Bizə gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur, qaçqın və məcburi köçkünlərimiz hələ də doğma torpaqlarına qayıda bilmirlər.

Biz bunu ikili standartlar siyasəti hesab edirik. Təəssüflər olsun, ümumilikdə bu gün dünyada baş verənlər onu nümayiş etdirir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəkləri və cari siyasi maraqlarına uyğun təhrif olunur.

Hesab edirəm ki, BMT çərçivəsində islahatlar və ümumiyyətlə beynəlxalq təşkilatların qərarlarının icrası barəsində danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir.

Qərarlar qəbul olunub icra edilmirsə, müəyyən çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün bir təhlükədir. Bu o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər.

Bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, bu təcavüz, işğal və dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bax, o zaman bu, ədalət və vahid standartın göstərici olacaqdır.

Bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır.

Bu, region üçün təhlükədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi sülh və sabitliyə daimi təhlükədir. Biz münaqişənin sülh yolu ilə həllini arzulayırıq. Ancaq biz onun real həllini istəyirik. Ermənistan isə status-kvonun saxlanılmasını istəyir və vasitəçilərin - BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransa, Rusiya və ABŞ-ın mühüm bəyanatlarına məhəl qoymur. Həmin dövlətlərin rəhbərləri dəfələrlə status-kvonun qəbuledilməz və onun dəyişməli olduğunu bəyan etmişlər. Status-kvonun dəyişməsi isə işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: “Azərbaycan humanitar fəlakətlə üzləşib”

    İlham Əliyev: “Azərbaycan humanitar fəlakətlə ...

    31-10-2013, 10:46

  • 
  • İlham Əliyev beynəlxalq təşkilatları sərt tənqid etdi – (Yenilənib)

    İlham Əliyev beynəlxalq təşkilatları sərt tənqid ...

    31-10-2013, 10:56

  • 
  • Prezident: “Terrorizm Ermənistanın işğalçı siyasətinin tərkib hissəsidir”

    Prezident: “Terrorizm Ermənistanın işğalçı ...

    16-11-2015, 15:45

  • 
  • İlham Əliyevdən Qarabağ açıqlaması - BMT-nin Forumunda

    İlham Əliyevdən Qarabağ açıqlaması - BMT-nin ...

    26-04-2016, 12:30

  • 
  • Ermənistanın işğalı nəticəsində Azərbaycana 818 milyard dollardan çox ziyan dəyib

    Ermənistanın işğalı nəticəsində Azərbaycana 818 ...

    18-11-2015, 15:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu