“Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir. Bu dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 ildən artıqdır, uzanır”
“Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz uzun illərdir, ermənilərin işğalı altındadır. Azərbaycan humanitar fəlakətlə üzləşib. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətlərimiz, tarixi və milli abidələrimiz dağıdılıb”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında deyib.
Dövlət başçısı ATƏT-in iki dəfə əraziyə faktaraşdırıcı missiya göndərdiyini, onların sənədlərində də Azərbaycanın mədəni, milli abidələrinin dağıdıldığının əksini tapdığını qeyd edib: “Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir. Bu dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 ildən artıqdır, uzanır. Bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurduna, doğma torpağına qayıtmalıdır. Bu, çox böyük humanitar fəlakət ölkəmizin ümumi inkişafına ciddi zərbə vurur”.
* * *
Bu gün Azərbaycan paytaxtında III Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.
Virtualaz.org-un APA-ya istinadən xəbərinə görə, forumda Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət üzvləri, deputatlar, 100-dən çox ölkədən rəsmi şəxslər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.
İki gün davam edəcək tədbir çərçivəsində qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla XXI əsrin perspektivləri və çağırışları, aktual humanitar problemləri müzakirə ediləcək.
Forum çərçivəsində 8 istiqamət üzrə dəyirmi masalar təşkil olunacaq: “Texnologiyaların konvergensiyası və gələcəyin konturları”, “XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”.
Qonaqların Azərbaycanın bir sıra bölgələrinə səfəri də nəzərdə tutulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?